“Operatorun əmri ilə dron müstəqil şəkildə hədəfə doğru enir”
“Azərbaycanın RD Smart şirkəti tərəfindən istehsal olunan Quzghun, Qirghi və Qirghi-S dronları İstanbulda keçirilən SAHA 2026 Beynəlxalq Müdafiə və Aerokosmik Sərgisində nümayiş etdirilir."Quzghun" hücum dronu optik müşahidə funksiyası sayəsində kəşfiyyat apara və uzaq məsafələrdə hədəfləri aşkarlaya bilir”.
Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
O, bildirib ki, ağıllı sistemdən istifadə edən dron hərəkətli və stasionar hədəfləri müəyyən edir və onların müşahidəsini davam etdirir:
“Operatorun əmri ilə dron müstəqil şəkildə hədəfə doğru enir. "Qirghi-S" isə FPV dronudur, lakin müasir tələblərə cavab vermək üçün hazırlanmışdır və ağıllı kompüter sistemi ilə təchiz olunub. Missiyadan asılı olaraq, dron döyüş rejimləri arasında keçid edə bilər, pilotun işini asanlaşdırır və vasitənin effektivliyini artırır. Dron həmçinin idarə olunan gündüz və gecə görmə kamerası ilə təchiz olunub və bu da onun görmə sahəsini genişləndirir”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
27 Oktyabr 2026 11:10
Təhlükəli hesab edilən mallar bazardan geri çağırılacaq
27 Oktyabr 2026 10:43
Nazirlər və komitə sədrləri bu tarixlərdə vətəndaşları qəbul edəcəklər - CƏDVƏL
27 Oktyabr 2026 10:22
Pensiya, aylıq müavinət və Prezident təqaüdü alanların sayı açıqlandı
27 Oktyabr 2026 09:37


Bakı -°C

