“Putin Paşinyanla yola davam etmək məcburiyyətində qalacaq”
“Rusiya Prezidenti Vladimir Putin və onun yaxın dostu Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ermənistanın baş naziri Nikol Paşinyana münasibətdə “yaxşı polis” və “pis polis” rolunu oynayırlar. Putin “İrəvan seçim etməlidir” xəbərdarlığından sonra Paşinyana telefon zəngi edərək ad günü münasibətilə onu təbik edib, Medvedev isə eyni gündə “Nikol sənin sonun pis olacaq” şəkildə təhqiredici status paylaşıb. Putin bircə kəlmə dostuna desə ki, “Paşinyanın ünvanına aşağılayıcı cümlələr yazma” məsələyə nöqtə qoyar”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Ancaq o bunu etmir, hətta Kremlin nəzarətindəki televiziya aparıcılarına və şərhçilərinə imkan yaradıb ki, Paşinyanı təhqirlərinə fasilə verməsinlər. Putinin özü isə Paşinyanı ad günü münasibətilə ona görə təbrik edib ki, Ermənistanda 7 iyun parlament seçkisində onun qələbə qazanacağını özü üçün məyyənləşdirib. Aşağılar təhqir edəcək, Putinin özü isə növbəti 4 il də Paşinyanla yola davam etmək məcburiyyətində qalacaq”, - deyə o, bildirib.
Vasif
Digər Xəbərlər
23 Iyun 2026 20:23
Numan Kurtulmuş TÜRKPA Beynəlxalq Katibliyini ziyarət edib
23 Iyun 2026 20:07
Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşdü - FOTOLAR
23 Iyun 2026 19:00
Hakan Fidan Azərbaycanın Türkiyədəki səfiri ilə görüşdü
23 Iyun 2026 18:56
Numan Kurtulmuş Azərbaycana gəldi
23 Iyun 2026 17:27
Prezident onları təltif etdi - SƏRƏNCAM
23 Iyun 2026 16:51
"Bu, Azərbaycan-Türkmənistan dostluğunun konkret ifadəsi kimi çıxış edir" - Deputat
23 Iyun 2026 16:47
Türkmənistan Mərkəzi Asiyanın və Türk dünyasının ayrılmaz hissəsidir
23 Iyun 2026 15:21


Bakı -°C

