adalet.az header logo
  • Bakı -°C
06 Iyun 2026 14:30
60
SİYASƏT
A- A+

“Azərbaycanla bağlı materiallarının arxasında Netanyahu hökuməti dayanır...”

“İsrailin Baş naziri B.Netanyahu CNN TV vasitəsilə İran -Azərbaycan arasında böhran yaratmağa çalışır. ABŞ CNN telekanalında ABŞ/İsrailin İrana hücumu zamanı Azərbaycandan İsrailin istifadə etməsi barədə material verilib. İranın siyasi -hərbi rəhbərliyi çox gözəl bilir ki, Azərbaycandan İrana qarşı heç bir hərbi fəaliyyət olmayıb. Ümumiyyətlə, Azərbaycan İrana qarşı hücumda üçüncü ölkələrə heç bir vaxt icazə verməyib”.

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

O, Azərbaycanın İrana humanitar yardımlar göndərdiyini deyib: 

“Bu istiqamətdə kifayət işlər həyata keçirildi. Həmçinin Azərbaycanla İran arasında normal münasibətlər sistemi yüksək səviyyədə qorunub saxlanılır.İsrail Azərbaycanla İran arasında yüksək səviyyədə normal münasibətlərin davam etməsində maraqlı deyil. Azərbaycanın İrana humanitar yardımlarından B. Netanyahu administrasiyası məmnun deyil.Qeyd edim ki, İsrailin Livana hücumu ilə bağlı D.Trampla B.Netanyahu arasında kəskin konflikt yaranıb. CNN telekanalı anti-Tramp mövqeyə malikdir.D. Tramp adını daşıdığı Zəngəzur dəhlizi -TRİP layihəsi daima İran tərəfindən etirazla qarşılanır. Görünür, B. Netanyahu administrasiyası İranın bu dəhlizə qarşı hərəkətə keçməsində və Azərbaycanla münasibətlərin kəskinləşməsində maraqlıdır”.

Vasif ƏLİHÜSEYN