“Hər dəfə atəşkəs üçün razılaşırdıq və dərhal başqa ərazini ələ keçirirdik...”
“Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi. Qurtuluş gününün şifrələri. 1993-cü ilin mayında Azərbaycanın eyni anda üç cəbhəsi var idi - qərbdə işğal altında gedən hərbi müharibə, şimalda polkovnik Sürət Hüseynovun Bakıya doğru yürüşü, cənubda isə yetişməkdə olan separatism, hamısı eyni həftələrdə üst-üstə yığılaraq yarandı”.
Adalet.az xəbər verir ki, bunu politoloq Əziz Əlibəyli deyib.
Onun sözlərinə görə, ölkənin faktiki olaraq neçə hakimiyyət mərkəzinə parçalandığını o dövrdəki hərbi sənədlərdən və nəticənin özü göstərir:
“1993-cü ilin yayında Azərbaycan bir-birinin ardınca Ağdərəni, Ağdamı, Füzulini, Cəbrayılı, Qubadlını itirdi, və bu itkinin birbaşa səbəbi cəbhədən çox paytaxtın çöküşü idi. Ermənistanın eks-prezidenti Robert Koçaryan həmin dövrü xatırlayarkən bunu açıqca etiraf edirdi: "Tarix dönə-dönə təkrarlanırdı. Biz başqa rayonu alırdıq, dərhal o rayon aktuallığını itirdi, ardınca yeni qərar çıxırdı və dərhal vasitəçilər ortaya çıxırdı. Hər dəfə atəşkəs üçün razılaşırdıq və dərhal başqa ərazini ələ keçirirdik. Bu işdə azərbaycanlılar bizim üçün ən yaxşı köməkçilərə çevrilmişdilər." (Koçaryan, 2019).Yolboyu heç bir icra hakimiyyəti Hüseynova müqavimət göstərmədi. Bu detalı ayrıca qeyd etmək lazımdır, çünki dövlətin yıxılmasını silahın gücü müəyyən etməmişdi, ona inamın tükənməsi müəyyən edirdi və "Tufan"ın uğursuzluğu Bakı istiqamətinə hərəkət edən texnikadan daha önəmli bir şeyi sübut etdi: hökumətin öz strukturu daxilindən boşalmağa başlamışdı. Girov götürülmüş Baş prokuror İxtiyar Şirinov silah təhdidi altında rəsmi fərman imzaladı: Prezident Əbülfəz Elçibəy "vətənə xəyanətdə" ittiham edilir, onun həbsi barədə qərar çıxarılır. Öz kabinetindən uzaqda, Gəncədə silahlı adamların gözaltında saxlanılan, hüquqi mənada tamamilə əsarət altında olan bir prokuror ölkənin prezidentini "həbs etdi". Bu cümləni yazmaq özü absurddur, lakin sənəd belədir, baş verdi, imzalandı. Həmin fərmanın hüquqi qüvvəsi sıfır idi, lakin siyasi mesajı bütün aydınlığı ilə oxunurdu: hakimiyyətin öz daxilindən çıxan bu siqnal Elçibəyin mövqeyini tamamilə boşa çıxarırdı.17–18 iyun gecəsi Prezident Əbülfəz Elçibəy Bakını tərk etdi. Heç kəsə xəbər vermədən, heç bir rəsmi açıqlama olmadan, nazirlərinə, müşavirlərinə, mühafizəçilərinə bildirmədən, sadəcə gecənin içində şəhərdən çıxdı, doğma Kələki kəndinə getdi”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

