“Tarixi köklərə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri Vətən müharibəsindən...”
“5 il əvvəl Azərbaycan və Türkiyə prezidentləri tərəfindən Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi qardaş ölkələrin strateji tərəfdaşlığını möhkəmləndirməklə bərabər regional təhlükəsizliyə də mühüm töhfələr verib”.
Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
O, bildirib ki, bu sənəd hər iki dövlətin bütün sahələrdə yarana biləcək istənilən təhdidlərin qarşısını almaq üçün birgə fəaliyyətləri nəzərdə tutan ciddi bir bəyannamədir:
“Tarixi köklərə əsaslanan Azərbaycan-Türkiyə münasibətləri Vətən müharibəsindən başlayaraq strateji tərəfdaşlıqda yeni istiqamət aldı. İkinci Qarabağ savaşında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, eyni zamanda digər rəsmilərin ölkəmizə dəstək nümayişi, hər an yanımızda olduqlarını bildirməsi bir çox dövlətlərin işlərimizə qarışmasına imkan vermədi. Müharibədən sonrakı dövrdə münasibətlər daha da inkişaf etməyə başladı. Bu əlaqələrin rəsmi sənədi isə 2021-ci il iyunun 15-də mədəniyyət paytaxtımız Şuşada imzalandı. Rəcəb Tayyib Ərdoğan ilk Qarabağ səfərində Prezident İlham Əliyevlə birgə tarixi sənədi yenilədilər”.
Onun sözlərinə görə, beləliklə, Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq və əlaqələr strateji tərəfdaşlıq müttəfiqlik səviyyəsinə yüksəldi:
“Tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoyan Şuşa Bəyannaməsi "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə"ni və "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında əməkdaşlıq və qarşılıqlı yardım haqqında Protokol"u, həmçinin "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə"ni özündə rəhbər tutur. Bu, ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, hərbi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsinin mühüm əhəmiyyətini ehtiva edir.Sənəddə beynəlxalq hüququn prinsip və normalarına, o cümlədən də Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsində birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanır. Həmçinin müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinin zəruriliyi ifadə edilir.Bütün bunlar Türkiyənin son illərdə hərbi, iqtisadi, siyasi sahədə güclü dövlətə çevrildiyini bir daha bəyan edir. Azərbaycanın da hərbi gücünə güc qatan qardaş ölkə ilə müttəfiqliyi rəsmiləşdirən bu sənədlə güclərimizi daha da artırır. Bəyannaməyə əsasən, Azərbaycan və Türkiyə müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi milli maraqlara söykənən məsələlərdə ikitərəfli və çoxtərəfli formatlarda həmrəylik və qarşılıqlı yardım prinsiplərindən çıxış edəcək.Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək. Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq.Tarixi sənəddə vacib məqamlardan biri də iki qardaş ölkənin silahlı qüvvələrinin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərdir ki, bununla bağlı işlər daha da sürətlənib.Xüsusən Türkiyənin hərbi sahədə böyük təcrübəsi, müdafiə sənayesinin inkişafı nəzərə alınaraq, ölkəmizin də bu təcrübələri öyrənməsi və müdafiə sənayesində, həmçinin orduda istifadəsi Azərbaycan Silahlı Qüvvələrini də dünyanın güclü, peşəkar kadrlarla və müasir hərbi texnika, silah-sursatla təchiz olunmuş ordusuna çevirib”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
18 Iyun 2026 10:58
Prezident Sammit iştirakçılarına müraciət ünvanladı
18 Iyun 2026 10:40
"Ermənistanın işğalçı qüvvələrinin xalqımıza qarşı etdiklərini heç vaxt yaddan çıxarmayacağıq" - Prezident
18 Iyun 2026 10:20
Hikmət Hacıyev Marius Lazurka ilə GÖRÜŞDÜ
18 Iyun 2026 09:51
"Ölkədə işsizlik aşağı həddə saxlanılır" - İlham Əliyev
18 Iyun 2026 09:48
"Azərbaycan qaz təchizatının coğrafiyası baxımından birinci yerdədir" - Dövlət başçısı
18 Iyun 2026 09:47
"Dostlarımızın sayı ilbəil artır" - Prezident
18 Iyun 2026 09:30
"Müstəqilliyin ilk 2 ili işğal və müharibə ilə yadda qalıb" - İlham Əliyev
18 Iyun 2026 09:30


Bakı -°C

