Rusiya Qarabağdan qaçan separatçıları Ukraynaya göndərir - Politoloq
“Rusiya əvvəllər də ermənilərdən silahlı qruplar formalaşdıraraq onları Ukrayna ilə savaşa göndərirdi. Ancaq onlar əsasən Rusiyada yaşayan ermənilər və Ermənistandan gələnlər idi”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Bu dəfə isə Rusiya Qarabağdan qaçan separatçılardan silahlı qruplar formalaşdıraraq Ukrayna ilə savaşa göndərib və bu faktı gizlətmədən dövlət televiziya kanalında yayımlayıb. Bu görüntünü ukraynalı dostlarıma, o cümlədən tanıdığım diplomatlara göndərdim. Ukraynaya dəstək verən beynəlxalq aləm, Qərb ölkələrinin rəsmiləri və diplomatları işğalçı qoşunların tərkibində Qarabağ separatçılarının döyüşdüyünü bilməli və bundan gərəkli nəticə çıxarmalıdırlar”, - deyə o, bildirib.
Vasif
Digər Xəbərlər
29 Iyun 2026 11:34
"Azərbaycan Türk dövlətlərinin məqsədlərinin həyata keçirilməsinə töhfə verir" - Ərdoğan
29 Iyun 2026 10:57
"Bunun bünövrəsində Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü mütərəqqi fikirlər dayanır" - İlham Əliyev
29 Iyun 2026 10:56
Prezident tədbir iştirakçılarına müraciət ünvanladı
29 Iyun 2026 10:13


Bakı -°C

