ƏBÜLFƏT MƏDƏTOĞLU: MƏNİ BU YUXUDAN...
və yaxud 18 + ŞERİ
Özünü tapıbdı izim izində,
Gücünü artırıb dizim dizində...
Gözüm gözündədi, üzüm üzümdə -
Məni bu yuxudan oyatma, Allah!
Ağac yuxusudu, daş yuxusudu,
Quru yuxusudu, yaş yuxusdu...
Bəlkədə əbədi qış yuxusudu -
Məni bu yuxudan oyatma, Allah!
Əlim əl içində, ruh ruha bələk
Sinəmə saçların səribdi mələk!..
Hətta unudubdu özünü fələk -
Məni bu yuxudan oyatma, Allah!
Günəşi çaşdırıb Ayın işığı
Yığıb gözünüzə yayın, işığı!
Onun gözəlliyi sayıb işığı -
Məni bu yuxudan oyatma, Allah!
Dodağın tamından bal yalan olub.
Vücudun ətrindən gül talan olb...
Məni bu Cənnətə bir salan olub -
Məni bu yuxudan oyatma, Allah!
Göyün altındayam, yerin sətində
Xoşbəxtlik hakimdi bütün mətində!
Diləyi tək budu, Əbülfətin də -
Məni bu yuxudan oyatma, Allah!
Digər Xəbərlər
12 Mart 2026 13:50
Leyla Əliyeva yeni şeirini təqdim edib - FOTO
12 Mart 2026 10:04
““Ulduz”lu görüşlər” bu dəfə “Mütaliə mədəniyyəti”nə həsr olunub
12 Mart 2026 09:00
RƏMİŞSEVƏRLƏRƏ RƏMİŞSAYAĞI HƏDİYYƏ
11 Mart 2026 14:08


Bakı -°C

