Əbülfət Mədətoğlu: Məzar başında pıçıldadığım...
(Atamın və anamın ziyarətində)
Gəlmişdim sizi görməyə,
Susdunuz anamla, atam...
Dünyanın heç bir yerində -
Belə qarşılanmır adam...
Sarıldım baş daşınıza
Dedim, sizdən qalan odam...
Fırlandım mən başınıza -
Necə fırlanırsa adam...
Görən ruhunus duydumu
Nə qədər doğmayam, yadam?!.
Yanan qəlbiniz doydumu -
Mən köçdən qalan adamam
...Gəldim ağlayıb gedirəm
Göz yaşım qalır sizinlə...
Sizdən bir rica edirəm -
Hələlik...gedim izinlə!..
Digər Xəbərlər
20 Dekabr 2024 12:37
Sahibə YUSİFİN ŞEİRLƏRİ
20 Dekabr 2024 09:10"Nəğmə də bir silahdır" kitabının təqdimat mərasiminin təəssüratları
19 Dekabr 2024 10:22Bənövşə qoxulu misralar... - Fuad Biləsuvarlı yazır
19 Dekabr 2024 09:34Təbiətin yenidən oyanışı kimi... - Ayaz Arabaçı yazır
19 Dekabr 2024 09:20