Əbülfət Mədətoğlu: SƏN VARSANSA ...
Kirpiklərim düyün düşüb , amma ki
Gözlərimin çuxurunda bürküdü...
Söyləyəndə dil- dodağım yanma ki, -
Bu ağrılı bir havadı - türküdü!..
Sinəm boyu sıralanıb cığır, iz
Addım başı qarşıma da çıxır iz!
Nə ləpirə, nə çəhlimə sığır iz -
Bəlkə bu da Allahın bir görküdü?!
Boğulsa da dərd yuvamda körpə qəm,
Bil ki, sənin ümidinə körpünəm!
Ona görə belə çılğın görükürəm -
Yolumdakı gizli səddi , hörgüdü...
Danışmıram daha tabdan, dözümdən -
Dünya keçib ürəyimdən, gözümdən!
Sən varsansa - razıyam mən özümdən -
Çiynimdəki Allahın bəxt kürküdü!
Digər Xəbərlər
27 Dekabr 2025 11:48
“Bu gün şair, artist, yazıçı, filosof, heykəltaraş, rejissor orden-medal, fəxri ad davası edirsə...”
25 Dekabr 2025 15:48
Taleyi göylərə yazılan insan - Fidan Abdurəhmanova yazır
25 Dekabr 2025 11:25
Adından boylanan söz adamı - Esmira İsmayılova yazır
25 Dekabr 2025 10:13


Bakı -°C

