ƏBÜLFƏT MƏDƏTOĞLU: SEVGİMİN...
("Bir qadına..." silsiləsindən)
İndi payız fəsli deyil, mən bilən
Bəs niyə tökülüb gülü, sevgimin?!
Sazaqmı boylanan, qarmıdı gələn -
Soyuyub, üşüyür külü sevgimin!..
Ümid didiklənib, kədər doğulub,
Ürəyə yüz yerdən xətər toxunub...
İçində hıçqırıb - səsi boğulub -
Elə bil tutulub dili , sevgimin!..
Dünyaya sevinib, gülməyə gəldi -
Amma qarğışlandı - gülləyə gəldi!
Anlaya bilməmiş gül , nəyə gəldi ?-
Döydü qapısını ili, sevgimin!
Əbülfət, güvəncin ötən an olub,
Sənin ağladığın quru can olub!
Bu qəfil gedişdən ruhun qan olub -
Çıxıbdı əlindən əli, SEVGİNİN!..
Digər Xəbərlər
28 Sentyabr 2026 14:32
Ölünü dirildən Yazı (Aqil Abbasın "Rəmiş" povesti üzərinə) - Sərvaz HÜSEYNOĞLU yazır
28 Sentyabr 2026 09:59
Əbülfət Mədətoğlu: ŞƏHİD ANASININ GÖZLƏRİ
27 Sentyabr 2026 08:00
ŞƏHİDLİKDƏN ZƏFƏRƏ: 27 SENTYABRIN YADDAŞIMIZDAKI YERİ
26 Sentyabr 2026 12:41


Bakı -°C

