adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Mart 2015 18:55
47633
RUBRİKA

"Ədalət"in vaxtı: Ağəli İbrahimovla

Zaman və insanqarşılaşdırması, münasibətləri haqqında mülahizələr heç bir düşünən beyindənyan keçmir. Sadəcə, bunları düşünmək üçün insana bir an, məqam gərəkdir: vaxtıyetişəndə Əlahəzrət Zaman özünü xatırladır. Amma zamanı yaradıcı insanların qələmində,fırçasında görmək,  ona, həmçinin özdüşüncələrinə kənardan baxmaq deməkdir. Bəlkə də zamanla ən çox çarpışan dayaradıcı insanlardır: həm özləri üçün, həm də başqaları üçün bu mübarizəni təsviretməyə çalışırlar. "Ədalət”in vaxtı”nda bu dəfə zamana rəssam düşüncəsi və fırçasıilə yanaşdıq:

Azərbaycanın xalq rəssamı Ağali İbrahimov -  1946-cı il fevralın6-da Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra 1960-1966-cı ildən ƏzimƏzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1969-1974-cü illərdə isəM.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1966-cıildən ümumrespublika və beynəlxalq sərgilərdə iştirak edib, əsərləri Rusiya,Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstanvə digər ölkələrdə nümayiş olunub. 1975-ci ildən Azərbaycan Rəssamlarİttifaqının üzvüdür, 2007-ci ildə "xalq rəssamı" fəxri adına layiqgörülüb. Hazırda Rəssamlar İttifaqının katibidir. 

 

... Və Ağaliİbrahimovun zaman anlayışı:

 

"Bildiyimiz qədər bilirik, amma bilmədiyimizin sonuyoxdur

 

– Zamannədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

– Zamannə əvvəli, nə də sonu olmayan, Yaradan tərəfindən bəşəriyyət üçün təyin olunmuşbir prosesdir. Niyə məhz bəşəriyyət üçün? Çünki Allahın qatında zaman və məkananlayışı yoxdur və ya tamamilə bizim anlamayacığımız tərzdədir. Bəşər üçün nəzərdətutulan zaman anlayışını isə insan övladı sona qədər dərk edə bilməyib. Bizbildiyimiz qədər bilirik, amma bilmədiyimizin sonu yoxdur. Ta qədimdəninsanları bu anlayış maraqlandırıb, bizə qədər gəlib çatan daş kitabələrdə,papiruslarda, Brahmanların fəlsəfəsində, sonralar səmavi dinlərdə bu barədə çoxdanışılıb, ayrı-ayrı müdriklər bu barədə maraqlı fikirlər yürüdüblər, lakin nəqədər bəhs olunsa da zaman insan üçün anlaşılmaz qalıb. Böyük alim Eynşteyndeyirdi ki, "mən bir olan Tanrını tanıdım, onun necə yaratdığını bilirəm, ammanə üçün yaratdığını bilmirəm”.

Mənimfikrimcə, həyata gəlmiş insan yaşadığı ömür boyu kim olub və kim olaraq dayaddaşlarda qalacağını düşünməlidir. Yəni, hər bir düşünən insan, mütləqkimliyini və bu həyata niyə gəldiyini, məramını dərk etməlidir. Təbii ki, bu həradama nəsib olmur. Yerdən səmaya – doğuşdan ölümə gedən yol hamar deyil. DahiNizami Gəncəvinin belə bir sözü var: "Yer üzündə elə get ki, çalış otları daincitməyəsən, ona da ağır olmasın”.  Ammamüdriklərin sözlərinə əməl olunsaydı nə vardı ki! Təəssüf ki, bütün zamanlardainsanlar nəinki otları, bütövlükdə təbiəti, insanlığı incidiblər. Xüsusən indielə bir zamanda yaşayırıq ki, millətlərin, dinlərin bir-birinə nifrəti sonsuz dərəcədəartıb.

 

"Bu günün materializmi insanları korlayıb

 

–Deyirsiz, yəni zəmanə korlanıb?

Zəmanə yox, insanlar korlanıb...Bu günün materializmi insanları korlayıb. Əslində, elə bir dövran olmayıb ki, orda müharibə olmasın. Tarixəbaxsaq, hər bir zamanda müharibələr, itkilər, dağıntılar olub. Bəzi müharibələrinağrıları, psixoloji fəsadları indi də çəkilir. Amma bugünkü zamanın nifrətiidarəolunmaz hala gəlib. İnsanlar artıq bir-birini başa düşmək istəmirlər. İnsankəşf etdikcə, imkanları, şəraiti yaxşılaşdıqca mənəviyyatdan uzaqlaşır,maddiyata üz tutur. Bax, vaxtilə Cordano Brunonun, Qalileyin və digər alimlərinəllərinin altında heç bir vəsait yox idi. Kor-koranə ulduzları, qalaktikanı öyrənirdilər,amma bu gün müxtəlif icadlar, qurğular, texnika ola-ola onu lazımi istiqamətəyönəltmirlər, yəni qurmurlar, əksinə dağıdırlar.


– Beləçıxır ki, cəmiyyət inkişaf etdikcə, texnika irəlilədikcə insan və ya insanlıqgeriləyir...

– Bəli,tamamilə düz buyurdunuz. Bu da insanlığı məhvə aparır. Dünyanın çox ölkəsindəolmuşam, hər yerdə də fəsadlara rast gəlmişəm. Bəlkə də sıravi insan bunabarmaqarası baxa bilər. Amma yaradıcı insanı çox narahat edir. Mən o insanlardanamki, həyatda hər zaman müşahidəçi olmuşam. Yaşadığım bütün zamanlarda gördüklərimidüşünmüşəm, nəticə çıxarmağa çalışmışam. Adicə heyvanlarla münasibətdə çox şeyöyrənmişəm. İllərdir saxladığım bir itim var idi, artıq iki ildir ki, yoxdur,amma mən onu hər gün düşünürəm, onun mənə sədaqətinixatırlayıram. Acınacaqlıdır ki, insan heyvanı əhilləşdirir, onu bəsləyir,heyvan da əvəzində ölənə qədər ona sadiq qalır. Amma insanlar əsrlərdirbir-birləri ilə münasibətdədirlər, yanaşı yaşayırlar, bununla belə bir balacaaraları korlanan kimi düşmənə çevrilirlər, o duz-çörəyi unudurlar, vəhşiləşirlər.Mən "Soyqırım” adlı rəsm üzərində işləyirdim. Bu əsərə başlamazdan öncə ermənilərintəkcə Qarabağ müharibəsində deyil, ondan öncə, yəni əvvəlki əsrlərdə Qubada, Şamaxıdatörətdiyi qətliamlar haqqında oxudum, hətta o ərazilərdəki  kütləvi məzarlıqların şahidi oldum. İnanın ki,dəhşətə gəldim! Axı qonşu olduğumuz, çörək kəsdiyimiz, sovetlər dönəmində bir ideya altında yaşadığımız millət necə belə vəhşi ola bildi?! Bax, eləinsanlığın məhvi də budur!

 

"Zaman insanınmənəviyyatı ilə yanaşı formasını da dəyişir”

 

- Zamanla dəyişənnələr sizi narahat edir?

- İnsanların mənəvihisslərlə bağlı düşüncələri: məsələn mənim üçün xoşbəxtlik odur ki, başqalarınıxoşbəxt edə biləsən, insanlığın yaxşılığını istəyəsən. Amma kimsə xoşbəxtliyin əslmahiyyətini dərk etmədən ondan danışanda əsəbləşirəm: hardasa incidilən,zorlanan qadınları görüb, buna əhəmiyyət verməyib sonra da qadınlara olansevgidən necə danışmaq olar?! Başqasının çətin şəraitinə göz yumub, onunyanında var-dövlətdən necə dəm vurmaq olar?!

Narahat edən məsələlərdənbiri də insanların hər şeyi normal kimi qəbul etməsidir. Zaman insanın mənəviyyatıilə yanaşı formasını da dəyişir: artıq 3-cü cins də yaranıb – saqqallı qadın,özündə həm kişini, həm qadını birləşdirən insan, Evrovizion yarışmasında gördük...

Zamanla nələr dəyişmirki! Bu gün qəbul etdiyimiz gözəllik anlayışı belə zamana tabedir: İntibahdövrünün Mona Lizası bu gün olsaydı heç üzünə baxmazdılar: qaşsız, sönük qadın.Bu günün də arıq gözəlləri o vaxta düşsəydi qəbul olunmazdı. Zamanın özü yox, tələbləri,şərtləri dəyişir...

 


– Maraqlıdır,zaman anlayışını öz rəsmlərinizdə işləmisizmi?

– Mənimbelə bir əsərim var: "Sonun əvvəli”, orda zamanı bir proses olaraq ardıcıl şəkildə,yaradılışından tutmuş, bəşəriyyətdə əhəmiyyəti, dəyişkənliyinə qədər yaratmağaçalışmışam. Orda insanlar şeytan və mələk obrazında müxtəlif dövrlərdə, müxtəlifobrazlarda təqdim olunub. Bu elə zamanın özüdür! İnsanın zaman içində dəyişkənliyi...Bütün rəssamlar öz yaradıcılığında zamana yer veriblər. Çünki bu proses onlarıçox düşündürüb. İstər impressionizmdə, istər kubizmdə və yaxud sürrealizmdəzaman anlayışı aparıcı mövzulardan olub...

 

– Eləsürrealizmdə dayanaq: Bəlkə də, zamanla əlaqəli xüsusi diqqətlə işləyən, hətta buməhfumu sadə insanlara belə çatdırmağı bacaran ən yaxşı rəssam Salvador Daliolub. Onun təkcə "Axan saat”ı zaman haqqında nələr  "danışır”. Yeri gəlmişkən, qolunuzdakı saatda Salvador Dalinin məşhur "Axan saat”ı formasındadır... Bu, Daliyə olan sevgidəndir,yoxsa zamana xüsusi yanaşmadır?

–(Gülür) Müşahidə qabiliyyətiniz yaxşıdır.


– Sizdanışdıqca, əllərinizi sözlərinizə uyğun hərəkət etdirdikcə, təsadüfən gözümə dəydi...Amma maraqlı təsadüf oldu: zaman haqqında söhbət və gerçəklikdən yuxarıda, dayanmadanaxan vaxt...

– Ümumiyyətlə,təkcə rəssamlar deyil, bütün yaradıcı insanlar bəşəri, ilahi prosesləri öz əsərlərindəəks etdirməyə çalışıblar. Maraqlanıblar, yaradıblar, göstəriblər... Nə dərəcədəhamısında alınıb, bunu elə zaman özü göstərib. Əlbəttə ki, zaman və rəssam deyəndəilk ağla gələn də Salvador Dali olur. Onun bütün rəsmləri realizmin üstündə, özqəribəlikləri ilə "danışır”. "Axan saat” da həmçinin. Zamanın necə axıbgetdiyini, vaxtın necə qısa olduğunu sadə, amma dərin mətləbdə çatdırır. Təbiiki, Daliyə bir rəssam kimi heyranam, üstəlik zamana da yaradıcı insan kimixüsusi yanaşmışam.

 

"Hər şeyə ancaq mədəniyyət,incəsənətədəbiyyatlaqalib gəlmək olar

 

–  Həm sovetlər, həm də müstəqillik dönəminiyaşamaq sizə nəsib olub, hansı dövrdə yaradıcı insanlar üçün daha rahat idi?

– Qeydetdiyim kimi indi insanlar daha maddiyatçı olublar, xüsusilə gənclər. Onları sənət,kitab az maraqlandırır. Sovet dönəmində, yadıma gəlir, əlimizdən kitab düşməzdi.Bir maraqlı kitab tapanda dostlar arasında onu oxumaq üçün növbə tutardıq. Sovetvaxtı da yaradıcılığa diqqət vardı, amma bu gün, məhz bizim ölkəmizdə mədəniyyətvə incəsənət sahəsinə ayrılan diqqət, mən deyərdim ki, heç başqa ölkələrdəyoxdur. Ümumiyyətlə, müstəqillikdən sonra 20 il ərzində qazandığımızı heç 70ildə qazanmamışdıq. İstər iqtisadi inkişafımız olsun, istərsə də mədəni sahədə.Azad, müstəqil bir dövlətdəyaşayırıq, asılacağımız yoxdur. Muğama, rəssamlığa, xalçaçılığa, filmlərə çox böyük vəsaitlər xərclənir,başqa ölkələrdə təbliğ olunur. Yeni yaradıcı nəsil yetişdirilir. Çünki insanlarımızçox yaxşı anlayırlar ki, bu dünyada hər şeyə ancaq mədəniyyət,incəsənətədəbiyyatla qalib gəlmək olar. Bizim bir millətolaraq üstünlüyümüz də ondadır ki, çox istedadlı xalqıq. Bizim soy kökümüz, gözəl ənənələrimiz var. Bundan yararlanıb, öz adət-ənənələrimizi, milli mədəniyyətimizigərək daha da yaşadaq, təbliğ edək. Yaşlı nəsil sovetlər kimi qatı bir sistemdə öz milli mədəniyyətimizi, mənəvisərvətimizi böyük çətinliklə qoruyub bu günə çatdırdı, gənc nəslə təhvil verdi.Gənclərin də işi bunu yaşadıb, özündən sonrakı nəslə layiqincə ötürməkdir.

 

- Həyatınızdavaxt itkisi olubmu, "kaş ki vaxtımı boşa keçirməyəydim”, - deyə təəssüflənmisizmi?

- Olub, əlbəttə.Amma onlar da insan üçün bir təkandır, yanlışdan oyandırıb bir daha onu etməməyəçağırır. Bəzən adam hansısa bir işin vacib olub-olmadığını anlamır, bunusonradan dərk edir, amma arada itən vaxt olur. Bunsuz da mümkün deyil, səhvlərhəmişə olur, gərək onlardan dərs alasan.

 

"Əzizlərinitkisi ilə insan ölümü daha yaxından dərk edir”

 

- Bəs zamanınsizdən aldıqları necə, çoxmu olub?

- Ən ağrılı məqamlarımbu sualın cavabındadır. Zaman illəri alıb, yaxşı dostlarımı, əzizlərimi alıb. Qohum-əqrəbaAllahın verdikləridir, onları adam özü seçmir, amma əlbəttə ki, itkiləriağrıdır. Ancaq dostları insan özü seçir, ən çətin, ən yaxşı günlərini onlarlakeçirir. Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Əlövsət Əliyev və başqa yaxındostlarım, yəni bizim yaş dövrünün yetirmələri o vaxt 10-12 nəfər dostlar idik.Yığışardıq Buzovnada emalatxanaya, işləyərdik, söhbətləşərdik. Çox gözəl günlərimizvardı... Ən gözəl anlarımı əziz dostlarımla keçirmişəm. Lakin burda başqa bir məqamda var: əzizlərin itkisi ilə insan ölümü daha yaxından hiss edir, onu dərk edirvə ölümə hazır olur. Anlayırsan ki, bu qapıdan keçməlisən və ölüm xofu nisbətənyüngülləşir.

 


- Yəqin ki, rəssamplanlı şəkildə yaşamaz...

- Yaradıcı insanların özünəməxsus həyat tərzi olur,onlar bəzən, hətta çox hallarda özlərinə qapanırlar, başqa ənənələrləyaşayırlar. Azadlıq onlar üçün hava, su kimidir. Həyatda qul olmaq asanddır,azad olmaq çox çətindir. Çünki azad olmaq üçün gərək mübarizə aparasan, nələrdənsəimtina edəsən ki, buna da hər adamın iradəsi çatmır. Azad olanda insan bilirki, kimdir, bu dünyaya niyə gəlib və nəyə nail olmaq istəyir. Ancaq cəmiyyət, həyattərzi istər-istəməz insanı çərçivəyə salır. Mənim də özümə xas qəribəliklərimvar, tələblərim var. Hərdə mənə sual verəndə ki, harada yaşamaq istərdin deyirəmHindistanda.


– Niyə məhzHindistanda?

–Birinci səbəb günəşdir. Dünyanın çox isti yerlərində olmuşam, amma Hindistanistisi və günəşi başqa aləmdir. Gün işığı da mənim üçün çox önəmlidir. Məntutqun havanı sevmirəm, günəşli havanı sevirəm. Yaradıcılığımda da işıq əsas xəttdir.Ona görə də Hindistanı təkcə elə gün üçün seçərdim...


– VanQoq kimi... O da elə işıq arzusu, gün bolluğu istəyi ilə günəşli yerləraxtarır, tapanda da çılğıncasına işləyərmiş...

– Elədir!Bilirsiz ki, Van Qoqu maddi cəhətdən qardaşı Teo təmin edirdi, həftəlik yemək xərcigöndərirdi. Amma Van Qoq o pulun 3 gününü yeməyə, qalanını da rənglərə boyalaraxərcləyirdi. Aldığı o boyalar da günəş altında hədsiz işləməkdən quruyurdu. Rəssamonu qaşıyır, yenidən çəkməli olurdu, bir sözlə günəşlə mübahisə edirdi. Ammagünəşlə "mübahisə”nin özü belə çox xoşdur. Mənim Hindistan sevdam günəşdənbaşqa həm də bu millətin tarixi, fəlsəfəsi, brahmanların kitabələridir: çoxdiqqətimi çəkir.

 

"İnsan birzamanda ləyaqətini qoruya bilmirsə, başqa zamanda da edə bilməz”

 

Məkanıdediniz, bəs dövran olaraq hansı zamanda yaşamaq istərdiniz? Çünki var eləinsanlar: öz zamanlarında deyil, başqa dövranda yaşamalı olduqlarını deyirlər.

Həbelə insanlar var: biri elə mənim qızım (aktrisa və model Naina İbrahimovanıdeyir). Bəlkə də oynadığı rolların təsirindəndir, hərdən deyir, ata, kaş mənkeçmişdə yaşayardım. O dövrün təmtəraqlı geyimləri onun çox xoşuna gəlir. Ammamən yox, düşünürəm ki, öz zamanımdayam. Bu zamanda rəssamlara yaradılan şəraitdənçox razıyam. O ki qaldı problemlərə hər dövrün öz çətinlikləri var. Problemlərdənqaçmaq yox, onu həll eləmək lazımdır. Eləcə də hər zamanın öz gözəllikləri vəya üstünlükləri var. Bütün zamanlarda layiqli insanlar, əsl, mərd kişilər,yaxşı-pis adamlar olub. Müdrik o insandır ki, yaxşını, pisi bir-birindən ayırabilir. Bu isə zamandan yox, insandan asılı olan məsələdir. İnsan əgər birzamanda ləyaqətini qoruyub, işini qura bilmirsə, başqa zamanda da edə bilməz.     

 

- Vaxtla bağlıinsanlara nə tövsiyə edərdiniz?

- Müqəddəs Quranda deyilir: Bu günkü günü sabahkı günkimi yaşa!  Edəcəyi hər əmələ görə cavab verəcəyini insangərək unutmasın. Həyatı, insanları, işini sevsin. Vaxtını öz sənətinə həsr eləsin.Hər şeyi öz vaxtında eləməyə çalışsınlar.

 

Biz də "Ədalətin” vaxtı”nınqonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.


Şəfiqə Şəfa