adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Dekabr 2014 14:59
53221
RUBRİKA

"Ədalət"in vaxtı: Arif Quliyevlə

"Vaxt həyatımıza qoyulmuş sayğacdır, onu boşa sərfetməyin!” Aforizm kimi dillərdə gəzəcək bu kəlamı nə antik yunan, nə şərqfilosofları, qərb ədibləri deməyiblər. Qulaqlara sırğa olacaq bu ifadə "Ədalət”invaxtı”nın  budəfəki qonağı tərəfindən –müsahibənin sonunda, insanlara tövsiyə olaraq deyildi. Amma son, əvvəl bilməyən,həyatın istənilən anında bu tövsiyə su kimi axan zamanı dəyərləndirməkdə, həqiqətəndə öz çəkisini göstərəcək bir ifadədir. Elə isə məşhur həmsöhbətimizi  bir az da yaxından tanıyaq:

Azərbaycanın xalq artisti, sevilən gülüş ustası ArifQuliyev – 1950-ci ildə Şirvan şəhərində doğulub. Hələ körpə vaxtından valideynləriniitirən aktyor uşaq evində böyüyüb və çətin həyat sürüb. Amma bütün çətinliklərəbaxmayaraq, ayağa qalxa bilib, özünü geniş ictimaiyyətə təsdiqləyib. 1965-ciildə Bakı Mədəni-Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinədaxil olub, 1968-ci ildə Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyəgöndərilib. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun"Musiqili komediya aktyorluğu" fakültəsinə daxil olub, 1975-ci ildəMusiqili Komediya Teatrına dəvət edilib.

A.Quliyev müxtəlif səpgili və müxtəlif xarakterliobrazlar yaradıb. Teatr səhnəsində ifa etdiyi Şərbətəli (S.Dağlı, C.Cahangirov,"Təzə gəlin"), Salyanski (F.Əmirov, M.Əlizadə, "Gözünaydın"), Əli (M.Şamxalov, Z.Bağırov, "Qaynana"), Dursun (S.Rüstəmov,S.Rüstəmov, "Durna"), Mürsəl (S.Ələsgərov, S.Qədirzadə,"Gurultulu məhəbbət"), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, "Özümüzbilərik"), Tofiq (Ş.Axundova, N.Gəncəli, "Ev bizim, sirrbizim"), Səbzəli (M.Haqverdiyev, "Məhəbbət, şeytan və ağ ölüm")kimi obrazlar aktyorun komediya janrında yaratdığı uğurlu rollardan birqismidir.

 A.Quliyevin yaradıcılığında Azərbaycan Televiziyasıda geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı","Qaynana", "Lift əhvalatı", "Yarım ştat","Evləri köndələn yar" və başqa teletamaşalarda, "Bəyinoğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "Odünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim","Alma almaya bənzər", "Ağ gəmi" bədii filmlərində oynadığırollar tamaşaçıların rəğbətini qazanıb.

1982-ci ildə o, Respublika Gənclər mükafatına,1988-ci ildə Əməkdar Artist fəxri adına, 1993-cü ildə "Humay"mükafatına, 1994-cü ildə Xalq Artisti fəxri adına, 2006-cı ildə teatrdakıqazandığı uğurlara görə "Qızıl Dərviş" mükafatına layiq görülüb. 1988-ciildən Özəl Satira Teatrının bədii rəhbəridir.

 

...Və Arif Quliyevin zaman anlayışı:

 

– Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

– Zamanböyük bir məfhumdur, geniş miqyaslı anlamdır... Zaman illərin, dönəmin,dövranın bir çərçivədə birləşməsi, məsafəsi, ölçüsüdür. Məsələn, bizimzamanımız, vaxtımız dövrümüz deyilir, əslində bunlar sinonim anlayışlardır,amma məna eynidir. Bura insan ömrü də, dövran da, yaşadığımız vaxt-an da  daxildir... Zaman nələr görməyib ki, böyükdövlətlər, sülalələr yaradıb, inkişaf etdirib, süquta uğradıb, yəni zamanınimkanı böyükdür.

 

"Hərəmizbir cür zamandan istifadə etməyə çalışırıq”

 

– Zaman insanın içindədir, yoxsa insan zamanın?

– Hamı, bütün bəşəriyyət zamanın içindədir. Başqa sözlə, zamanın "papağ”ının altındayıq.Bizim öz zamanımız var ki, həmin zamanın içində yaşayıb, dövrümüzü başavururuq. Amma zaman qalır. Hərənin öz zaman kəsiyi var. Zaman görüntü deyil,biz onu yox, o bizi görür. Bütün gördüklərimizi, bildiklərimizi və ola biləcəkləriöz içində yığıb və vaxtı çatanda bizə göstərir. Biz sadəcə olaraq, seyrçiyik...Allahın verdiyi zaman çərçivəsində yaşayırıq, hərəmiz bir cür zamandan istifadəetməyə çalışırıq. İnsan qarışqa kimi əziyyət çəkir, dağı arana, aranı dağadaşıyır, qurdalanır, yaradır, yıxır... Ağıllı adam dərk edir ki, vaxt yetməyəbilər və verilən vaxtda çox iş görmək üçün əzmlə çalışır.


– İnsan zamana diktə edə bilər?

– Heçvaxt diktə edə bilməz! Kainat mövcud olandan öz oxu ətrafında fırlanır: alimlərbununla bağlı müəyyən kəşflər ediblər, amma hələ də yetərli deyil. Hələ dəkainatın necə yaranmasını, hansı gücdən enerji alıb idarə olunmasını dəqiq deyəbilmirlər, aça bilmirlər.  Kainatın,zamanın sirrini aça bilməyən insan ona necə diktə edə bilər?!

 

"Bütün kəşfləri,yenilikləri zamanının nəbzini tutan insanlar edib”

 

– Bəzi insanlar özlərini yaşadığı zamana aid etməkistəmirlər. Ya əsrlər əvvəl, ya da sonra dünyaya gəlməli olduqlarını deyibgileylənirlər...

– Onlarözlərini tapa bilməyən insanlardır. Özünə inamı olmayan, yaşadığı zamanlaayaqlaşıb özünü sübut edə, istiqamətini seçə bilməyənlərdir. Belə insanlar özbacarıqsızlığına don geyindirib, günahı başqalarının, ələlxüsus da zamanınüstünə atırlar. Amma düşünmürlər ki, insan pisi də yaxşını da özü edir, zamanınyönünü tutub özünü göstərə bilir. Bütün bu kəşfləri, yenilikləri zamanının nəbzinitutan insanlar edib. Vaxt var idi insan kosmosun ancaq xəyalını qurardı, ammazamanı gəldi kosmosu fəth etdi. Və ya digər texniki kəşflər olsun. Ağacıbasdırmaq üçün torpaq əllə qazılardı, ancaq indi texnika gətirib kiçik çalalarqazırlar, işçilər sadəcə, ağacı ora basdırırlar. Bu gün istifadə etdiyimiz,artıq adi görünən mobil telefonlar  nəvaxtsa inanılmaz bir şey olub. Amma insan bunu da bacardı, həmin vaxtını gözləyənzamanın çərçivəsində.  Hər bir zamanın öztəkanı, kəşfi və inkişafı var.  Bəzəninsan vaxtı qabaqlamağa çalışır, bunu bacaranlar da var, amma hər adamın işideyil.

 

"Zaman ovaxt üzünə gülər ki, sən onun qədrini, dəyərini biləsən”

 

– Zamanı düzgün dəyərləndirmək də hər adamın işideyil...

– Təbiiki! İnsan mütləq dərk etməlidir ki, hansı zamanda yaşayır, ona görə hərəkət etməlidir.Məhz bu zamanda vaxtı, fürsəti fövtə vermək olmaz. Çox ayıq-sayıq olmaqlazımdır. Ayağına gələn və ya yaxalaya bildiyin fürsəti sənə verilmişzaman-imkan daxilində dəyərləndirməlisən. Zaman o vaxt üzünə gülər ki, sən onunqədrini, dəyərini biləsən. Zamanın pisi-yaxşısı yoxdur, hər zamanın özüstünlükləri, öz fərqlilikləri var, bunu tuta bilməyən insan özündən küssün.Deyir, səndən hərəkət, məndən bərəkət. Zaman həmin o bərəkətdir, hərəkətlə, fəaliyyətlə,cəhdlə ondan yararlanmaq lazımdır.


– Məhz bu zamanın nəbzini tutmaq asandır?

– Buzaman ağıllı və tədbirli insanları sevir. Onun nəbzini tutmaq üçün yüz ölçübbir biçmək, ağıllı düşünmək lazımdır. Yaxşı münasibət, qarşılıqlı anlaşma,soyuqqanlılıq bu zamanın əsas şərtlərindəndir. Ümumilikdə götürəndə isə, indikizaman çox yaxşı zamandır: imkanları, icadları genişdir. Sovet vaxtı əl-qolumuzbağlı idi. Fərdi inkişaf strukturları yox idi. İndi azad yaradıcılıq, biznesvar, sərbəst düşüncə var. Sanki bizim üçün hər bir şərait yaradılıb, təki bizonu yaxşı dəyərləndirək.


– Zamanın sizdən aldıqları çoxdur, ya sizin zamanverdikləriniz?

– Zamanınmənə verdikləri daha çoxdur. Zaman mənə imkan yaradıb ki, böyük yaradıcılıqyoluna çıxa bilim. Zamanın töhfəsi deyilən bir anlam da var: bu töhfə ondanibarətdir ki, mən kimim-kimsəm olmadan, ata-ana görmədən ayaqda dura bilmişəm,öz sözümü demişəm. Zaman mənə şans verdi ki, özümü ayağa qaldıra, təsdiq edəbiləm. Həyat özü də elə zamandır, onunla vəhdətdir.


– Həyatınızda sizi təəssüfləndirən vaxt itkisiolubmu və ya bilərəkdən vaxt "öldürdüyünüz” məqamlarınız olub?

– Yox,vaxtın qızıl kimi dəyərli olduğunu həmişə anlamışam. Müdrik Nizami deyir ki:

İnsanda varsa da hünərdən əsər,

İnsan özü susar, danışar hünər.

Çalışmışam ki, hünərimi, bacarığımı göstərim. Mən səhnədədanışmışam, obrazlarda, rollarda sözümü demişəm.

 

"Vaxtı cilovlamaq istəyirik, amma özümüz vaxtıncilovuna düşürük”

 

– Yaradıcıadamlar, adətən, vaxt bölgüsünə riayət etmirlər...

– Vallah, vaxt o qədər tez keçir ki, gün açılmağıilə axşam olmağı bir olur. Çalışıram ki, bu sürətli məsafəni özümə layiq, vacibşəkildə istifadə edim. Bunu bacarıramsa, onun bəhrəsini də görürəm. Qabaqcadanplan tuturam ki, səhər hara getməliyəm, günorta harda olmalıyam, axşam hara dəvətliyəmvə s.  Amma həmişə vaxt yetmir. Bir dəgörürsən kimsə getdiyim yerdə məni saxlayır, baş ona qarışır, öz işimə ləngiyirəm.Vaxtı cilovlamaq istəyirik, amma özümüz vaxtın cilovuna düşürük.

 

– Vaxtlabağlı insanlara nə tövsiyə edərdiniz?

– Maksim Qorkinin bir sözü var: "Vaxtını, zamanını,ömrünü elə keçir ki, dönüb geriyə baxanda mənasız, boş, ləyaqətsiz anlarınıgörüb peşman olmayasan”. Çalışın, vaxtınızı səmərəli keçirin. Vaxt həyatımızaqoyulmuş sayğacdır, onu boşa sərf etməyin!  

 

Biz də "Ədalətin” vaxtı”nınqonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.

Şəfiqə Şəfa