adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Aprel 2015 19:08
55200
RUBRİKA

"Ədalət"in vaxtı: Elçin Mirzəbəyli ilə

Zaman vaxtını "öldürmək” istəyənlərin həmişə axırınaçıxır. Bunu anlayan insan, əlini vaxtın "qanına bulamaz”,  həmsöhbətimin dediyi kimi vaxtın qatiliolmaz. Müdrik  insan vaxtın əhəmiyyətinidərk edir, onun səmərəli keçməsi üçün çalışır, sabahı düşünür, bu günün vaxtqatilləri isə zamanın sabahkı qara siyahısında yer alır.  Öz dəyərli vaxtını "Ədalət”in vaxtı”nda bölüşən bu dəfəki qonağımızıtanıyaq:

Şair-publisist,ictimai-siyasi xadim Elçin Mirzəbəyli - 1967-ci il avqustun 12-də Lənkəran şəhərindədoğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini vəSankt-Peterburq Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunu bitirib. AzərbaycanDövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Respublikasının MədəniyyətNazirliyində müxtəlif vəzifələrdə çalışıb. "Sevil" kinoteatrınındirektoru, "Sara" TV-nin "Xəbər" departamenti direktorununmüavini və redaktoru, "Üç nöqtə" qəzetinin redaktoru olub. AzərbaycanDövlət Televiziyasında (AzTV), "Space", "Sara"telekanalında müəllif proqramları ilə çıxış edib. Məhəmməd Füzulinin 500illiyinə həsr olunmuş filmin rejissoru, Bəxtiyar Vahabzadə, Rüstəm Behrudi vədigər görkəmli şəxslər haqqında çəkilmiş filmlərin müəllifi və rejissorudur. NaxçıvanDövlət Musiqili Dram Teatrında Nəriman Nərimanovun "Nadir şah"dramına quruluş verib. "Nadir şah" dramı Türkiyə və İranda uğurlanümayiş etdirilib. Şeirlərinə Abbas Əhməd,Nailə Mirməmmədli, Hikmət Mirməmmədli, Hatəm Nəbioğlu və digər tanınmışmusiqiçi və bəstəkarlar tərəfindən mahnılar bəstələnib. Bu mahnıların arasındaAbbas Əhmədin ifa etdiyi "Ürəyim yanar" mahnısı daha çox populyarlıqqazanıb. Şeirləri, esseləri və publisistik məqalələri Azərbaycan, Türkəyə vəRusiyada nəşr olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Gündəlikyayımlanan "Xalq Cəbhəsi" qəzetinin baş redaktorudur.

"Bir gecənintənhalığı", "İtirilmiş vaxtın adamı", "Poz bu sükutu","Sevgi məktubları"  və. s kitablarıişıq üzü görüb. "Tərəqqi" medalına, Beynəlxalq Türk Mədəniyyəti TəşkilatıTÜRKSOY-un Basın Onur Ödülünə (Mətbuat Şərəf Mükafatı) layiq görülüb, Ali MediaMükafatı ilə təltif olunub.

 

... Və ElçinMirzəbəyli ilə zaman yolçuluğu:


-  Zaman nədir və məhz sizin üçün nə əhəmiyyət kəsbedir?

- İlknövbədə yaşadığım və itirdiyim zaman kəsiyidir. Saat əqrəblərinə pərçimlədiyimizvaxt,  uydurduğumuz ölçüdür. Zamanın əhəmiyyətinə gəldikdə isə mən nə qədərki, yaşayıram zamanın içərisindəyəm, mən ondan, o isə məndən kənarda deyil. Mənolmadıqdan sonra ölçülər dəyişəcək yəqin...

 

- İnsan zamanölçüsünü uydurmaqla zamanı idarə edir, yoxsa özü özünü buxovlayır?

- İnsan zamanıidarə etmək gücündə deyil. O, yalnız hadisələrin axarını dəyişə bilər. Mənindiki halda yalnız öz adımdan çıxış edə, düşüncələrimi ifadə edə bilərəm.

 

Çarmıxa çəkildiyim

saat əqrəblərinin

sınmış çərxi-fələyi,

Bir bəyaz beşiküstə

bəyaz ölüm mələyi,

Nəhayətsiz biryuxu-

Qorxu...qorxu... qorxu...

 

Hər kəs özçarmıxını da, buxovunu da öz çiynində, öz qollarında daşıyır. Hər kəs özünəbuxovlanıb.

 

- Hər haldazamana təsir etmiş, hətta onun istiqamətini dəyişmiş insanlar da var. Sizcəbunu kimlər bacarır? Zaman özümü seçir qəhrəmanlarını?

- Zamanınyox, hadisələrin, tarixin gedişatını dəyişməyi bacaran insanlar var və olacaqda. Bunu bacaranlar isə seçilmişlərdir. Burada isə müxtəlif amillər rol oynaya bilər: şəxsi keyfiyyət, xarakter, yaranmıştarixi şərait, toplum və şans. Qəhrəmanları da, anti-qəhrəmanları da onlara layiq olan toplum və butoplumun inkişaf səviyyəsi müəyyənləşdirir.

 

"Kimlərsəzamanın nəbzini əyilərək, kimlər isə ayaq üstə tutur”

 

-Ümumiyyətlə,zamanın nəbzini tutmaq asandır?

- Bu fərdikeyfiyyətlərlə bağlı olan məsələdir. Mənə görə insan ətrafında baş verənləridaim diqqət mərkəzində saxlamalı, daim inkişaf etməli, yeni çağırışlara hazırolmalıdır. Buna zamanın nəbzini tutmaq deyilirsə, o zaman bir o qədər də çətinolmadığını deyə bilərəm. Bəzən insanın seçim etmək şansı olmur...Ya yaranmış vəziyyətə uyğunlaşmalı, ya da məhv olmalısan. Burada da hər şey fərdinözü ilə, onun xarakteri ilə bağlıdır. Kimlərsə zamanın nəbzini əyilərək, kimlərisə ayaq üstə tutur.

 

- Maraqlıdır, siz bunlardanhansına aidsiniz? Və... sizcə zaman sizi layiqli qiymətləndiribmi?

- Mənöz yerişimi yeriyirəm. Çünki mənim üçün zaman nisbi anlayışdır. Mən zamandanyox, zaman məndən keçir. Ona görə də öz nəbzimi tuturam. Həm də oturaraq, bilgisayararxasında...

 

- Zamandanşikayətçi deyilsiniz ki?

- Təbii ki,yox. Zamansadəcə vaxtdır.Yaradanın öz, yaradılanın isə öz vaxtı var. Zamandan şikayətçi olmaq, təxminəninsanın qolundakı saatdan şikayətçi olmasına bənzəyir. Nə qədər ki, yaşayırsan ixtiyarında olan anınecə sərf edəcəyin səndən asılıdır.

 

"Keçmişdənasılıb qalmıram

 

-"İtirdiyimzaman kəsiyi" dediniz, bəs təəssüfləndiyiniz zaman kəsiyi olubmu? Keçmişləbağlı "kaş ki"lər sizi narahat etmir ki?

- Təəssüfləndiyimvaxtlar da olur. Amma keçmişdən asılıb qalmıram. Keçmişsadəcə lokal, yaxudqlobal mənada yaşanmış zaman kəsiyidir, tarixdir. Bu mənada mənim üçün daha çoxsabah var. Ola bilsin ki, ani olaraq, "kaş ki" tərəddüdünü ağlımdankeçirim. Amma bu ani olacaq. Çünki hadisələri geriyə qaytarmağın mümkünolmadığını yaxşı başa düşürəm.

 

-Bəzi insanlarvar öz zamanlarında doğulmadıqlarından təəssüflənirlər. Bu nədən qaynaqlanır: xəyalgücündən, yoxsa həqiqətənmi zamanın belə "yanlış"ları ola bilər?

- Bizim dünyayanə zaman gələcəyimizi müəyyənləşdirmək imkanımız yoxdur. Buməsələdə insana seçim azadlığı verilməyib. Sizin sualınızda ehtiva olunan insantiplərinin bunun üçün müxtəlif səbəbləri ola bilər. Məsələn, özünü büruzə verməkimkanlarının məhdudluğu, natamamlıq kompleksi, psixoloji problemlər və s. 100il sonra nələrin baş verəcəyini bilmək maraqlı olardı. Amma... insana bu qədərömür və yenidən doğulmaq şansı verilməyib. Ona görə də hər kəsin öz zamanındadoğulduğunu düşünürəm. Yoxsa ilahi harmoniya pozulardı.

 

- Amma"zaman yolçuları"nın olduğu artıq sübuta yetirilib...

- Mən belə bir sübutla tanış deyiləm. Bu barədə fərziyyələrola bilər. Adətən fantastik filmləri izləməyə vaxtım olmur. Hətta uşaqlıq illərimdəbelə fantastikaya meyilli deyildim.

 

- O zaman fantastikadan yenidən ədəbiyyata keçək. Zaman ədəbiyyatıngözü ilə necə görünür?

- Bir ədəbiyyat adamı olaraq bu sualla bağlı yalnız özmülahizələrimi bölüşə bilərəm. Ona görə də təbii, səmimi bir zaman kəsiyiyaşayıram. Zaman da mənim gözümdə məhz belə görünür. Yəni necə var elə...


"Ömrün geriyəsayımı başlayıb”

 

- Zamanın sizdənaldıqları çox olub, ya verdikləri?

- İnsan üçün əndəyərli olan onun ömrüdür. Artıq ömrün geriyə sayımı başlayıb. Nə qədər ki, yaşayıram bu dünyada qazandıqlarımın müəyyənqədər əhəmiyyəti var, şübhəsiz. Amma nəzərə alsaq ki,qazandıqlarımızı özümüzlə aparmayacağıq, o zaman fərd olaraq qazandığımız heç nəyoxdur. Lakin yaratdığımız əsərlərlə, təbliğ etdiyimiz dəyərlərlə bizinsanlığa, bəşəriyyətə nələrisə qazandıra bilərik. Əgər bu çərçivədən yanaşsaq,zamanın məndən aldığı heç nə yoxdur, mənim zamana,sabaha, gələcəyə verdiklərim var. Ömrü isə verən Allahdır, zaman deyil.

 

- Kimdənsoruşsan, vaxtın yel kimi uçmağından gileylənir. Siz necə, vaxtın tempini tuta bilirsiniz?

- Dostum Rəşad Məcidin bu məsələ ilə bağlı çox maraqlıfikirləri var. Onun qənaətinə görə, müasir insan onaverilən ən qısa zaman kəsiyində belə özündən əvvəlkilərdən daha çox yaşayır. Təsəvvüredin 100 il öncə harasa səfər etmək üçün günlərlə, bəzən isə aylarla yol getməliolurdun. Amma indi bir neçə saatdan sonra istədiyin yerdə, yaxud yerlərdə olabilərsən. Telefonla, yaxud digər kommunikasiya vasitələri ilə bir neçə dəqiqə ərzindəonlarla insanla təmasda ola bilərsən. Yaşamaq həm də təəssüratdır. Vaxt uçmur,insanın iddiaları, istəkləri artır. O, daha çox təəssürat, yaşantı istəyir. Daha dərinhisslər arzulayır. Mən də həmçinin...

 

- Yəni istədiyinizişlərə vaxt çatdırırsınız...

- Əgər çox istəyirəmsə,çatdırıram. Ən önəmlisi, insanın öz seçimidir. Üzərimdə bir çoxöhdəliklər, işimdən doğan məsuliyyət var. Əgər yalnız özümü, öz arzularımıdüşünsəm,nəinki vaxt çatdıraram, hətta vaxtımı sərf etməyə yer belə tapmaram... Ammaözümlə yanaşı, başqalarını da düşünməli, zamanımı mümkün qədər paylaşmağıbacarmalıyam.

 

- Vaxt qrafikinəəməl edən insansınız, yoxsa hər şey ekpromt baş verir?

- Mümkün qədər əməletməyə çalışıram. Amma bizim sahədə gözlənilməyən hadisələrin baş verməsi anişidir. Buna görə də ekspromtları da qrafikimə daxil etməyi bacarıram.

 

"Vaxt qatillərinintələsinə düşməməyə çalışın”

 

- Vaxtla bağlıinsanlara tövsiyəniz?

- Əlinizdə olanzamandan daha keyfiyyətli istifadə edin. Daha çox yox, daha dərin təəssüratlaraüstünlük verin. Arzuladığınız ömrü yaşayın. Başqalarının arzu və istəklərinəqurban getməyin. Türkiyə türklərinin təbirincə desək, duyğu sömürücülərinin,vaxt qatillərinin tələsinə düşməməyə çalışın. Tanrının sizə, məhz sizə verdiyiömrü özünüz kimi yaşayın.


Biz də "Ədalətin” vaxtı”nınqonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.

  

Şəfiqə Şəfa