adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Aprel 2015 13:45
52251
RUBRİKA

"Ədalət"in vaxtı: Firuz Mustafa ilə

İnsan və zaman – yaranışından bu yana bir-birinəhökm etməyə can atan iki qüvvə... Həmsöhbətimin dediyi kimi "tarixi və zamanıinsan yaradır. Əgər insan yoxsa tarix də, zaman da yoxdur”. Amma o da var kiözünə lazım olan insanı elə zaman yetişdirir, "zaman özü öz qəhrəmanlarını səhnəninönünə çıxarır”. Bu dəfə zamana sırf fəlsəfi prizmadan yanaşdıq. Amma əvvəlcəqonağımızı tanıyaq:

Yazıçı, filosof  Firuz Mustafa– 1952-ci ildə Gədəbəy rаyоnunun İsаlı кəndindəziyаlı аiləsində аnаdаn оlub. 1975-ci ildə Аzərbaycan Pedaqoji Universitetinfilоlоgiyа fакültəsini bitirib, 1978-80-ci illərdə АzTv-də müхbir, Кinоlаşmаidаrəsində sərəncаmçı dirекtоr, «Аzərbаycаn gəncləri» qəzеtində хüsusi müхbirkimi fəaliyyət göstərib. Uzun illər Az.Tv-də "İlğım” və "İdrak” verilişlərininmüəllifi və aparıcısı olub.1980-84-cü illərdə Аzərbаycаn ЕА Fəlsəfə və Hüquqİnstitutunun aspiranturasında təhsil alıb, sоnrакı illərdə еlmi işçi, bаş еlmiişçi, hаbеlə fəlsəfə каfеdrаsındа dоsеnt, Bakı Avrasiya Universitetinin elmiişlər və xarici əlaqələr üzrə prorektoru və kafedra müdiri, müхtəlif illərdə«Mааrifçi» və «Mədəniyyət» qəzеtlərinin Bаş rеdакtоru vəzifəsində çаlışıb. Fəlsəfəüzrə еlmlər dокtоrudur. İlk bədii kitabı 1985-ci ildə "Gənclik” nəşriyyatında,ilk elmi monoqrafiyası 1989-cu ildə "Elm” nəşriyyatında işıq üzü görüb. FiruzMustаfаnın onlarla еlmi və bədii кitаbı nəşr еdilib, ssеnаriləri əsаsındа birçox filimlər çəkilib. Əsərləri хаrici dillərə tərcümə еdilib. Firuz Mustаfа40-dan çox kitabin müəllifidir. Onlarla pyеsi müхtəlif dövlət tеаtrlаrındаtаmаşаyа qоyulub. Firuz Mustаfаnın yazdığı mətnlərə görkəmli bəstəkarlar- XəyyamMirzəzadə, Zabitə Məmmədova, Tahir Əkbər, Şahid Əbdülkərimov və b. musiqi bəstələyiblər.Cəfər Cаbbаrlı, "Humay”, habelə, Bеynəlхаlq Аvrаsiyа Fоndunun və Tеаtr Хаdimləriİttifаqının müкаfаtlаrı lаurеаtıdır. Azərbaycan Fəlsəfə Cəmiyyətinin vəJurnalistlər Birliyinin üzvüdür.

 

...VəFiruz Mustafa ilə zaman yolçuluğu:

 

– Zaman nədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

– Zamanmənim üçün hər şeydir, eləcə də hər şey zamandır. Zaman haqqında fiziklərin,filosofların, ədəbiyyatçıların, bioloqların özünəməxsus baxışları var. Hərəözünə münasib şəkildə  belə deyək, zamanıtənzimləyir. Mənim, dolayısı şəkildə  zamanla bağlı bir kitabım var: "Mədəniyyət vəqloballaşma”.  Burada zaman anlayışı adiadamların təsəvvür elədiyindən tamamilə başqa bir formada – fəlsəfi aspektdə nəzərdənkeçirilir. Çoxları bilmir, fəlsəfədə "sosial zaman” deyilən bir anlayış var. Sosialzamanın digər zamandan fərqi odur ki, burada baxış fərqlidir. Adi adamın təsəvvüründədahi ilə cahilin eyni məkanda yaşayır. Amma əslində onların eyni zamandayaşaması qeyri-mümkündür. Onların hərəsinin "öz” tarixi”, "öz zamanı” , "öz vaxtı”var.  Yəni mahiyyətcə, insanlar eynizamanda yaşayır, amma müxtəlif zamanların daxilində mövcuddurlar.

 

– Paralel zamanların?

– Bu eləparalel zamana yaxındır, amma bir az fərqlidir. Hərdən soruşurlar ki, məsələn,hansısa  ailə niyə yola gedə bilmədi,ayrıldı? Cavab verirəm ki, onlar ayrı-ayrı zamanlarda yaşayırdılar. Onların təfəkkürtərzi tamamilə fərqlidir: biri qalıb, məsələn, 12-ci əsrdə, digəri isə 22-ci əsrəkeçib – daha irəli gedib. Yəni zamanın özü bu mənada nisbi səciyyə daşıyır.Zaman, əslinə baxanda zahirən sırf təbiətlə bağlıdır. Amma, düşünürəm ki, bizzaman məfhumunu bu qədər işləyib dərk etməsəydik, yəqin ki, ona başqa cüryanaşardıq. Hər halda ibtidai icma cəmiyyətində zamana bu qədər dəqiqlikləyanaşmamışdılar, bu şəkildə qavranılmamışdı. Zaman anlayışı təkcə təbiətlə yox,həm də cəmiyyətlə bağlıdır, lap elə insan təfəkkürü ilə əlaqədardır.  Son vaxtlar belə qənaətə gəlmişəm ki, təbiətdəmövcud olan relyeflər cəmiyyətdə də mövcuddur. Hətta təfəkkürümüzdə də belə relyeflərvar, təbii ki, məcazi mənada. Bizim beynimizdə də uçurumlar, eniş-yoxuşlar,dağlar, dərələr var. Bəzən insan öz beynindəki uçurumdan yıxılır və özünə gələbilmir.     

 

"Tarixi vəzamanı da insan yaradır”

 

– Belə çıxır ki, insan zamanı özü qurandırsa, onu həmdə idarə edəndir...

– Zamanobyektiv gerçəklikdir. Bizim iradəmizdən asılı deyil. Az öncə qeyd etdiyimkimi, hərə öz zamanını qurur, yəni əslində zamanın içində də bir zamanmövcuddur. Başqa sözlə, qlobal zamanın içində bir lokal zaman da var. İnsanınseçdiyi yol birbaşa tarixdən keçir. Tarixi və zamanı da insan yaradır. İnsanyoxsa tarix də, zaman da yoxdur. Və onu da qeyd etmək lazımdır ki, bizə məlumolan "rəsmi” tarixdən başqa, yazılması mümkün olmayan bir tarix də var. O tarix... hər kəsin içində yaşayır. Və yaxud, belə deyək, hər bir fərdin öz təfəkkürüilə bağlı bir tarix də mövcuddur. Bu mənada yer üzündə yaşayan insan nəslinin hərbir üzvü "tarixçilərin” qərarlaşdığı "ümumi” tarixdən başqa, həm də "xüsusi”bir tarixi zonada yaşayırlar. Hər iki "tarix” paralel yaşayır. Amma bu "tarixlər”  heç vaxt kəsişmir.

 

– Amma zamana təsir edən, hətta onu yönləndirəninsanlar da var...

– Adişüurla yanaşanda bəli, zamanın axarını dəyişən insanlar var. Ümumiyyətlə,insansız zaman ola bilməz. Zamanın ölçülərindən biri də elə insanın özüdür. Bəli,zamana, eləcə də insanların həyatına, təfəkkürünə təsir edən insanlar olub və əlbəttəki, yenə də olacaq.

 

"Zaman özü özqəhrəmanlarını tarixin önünə doğru irəli itələyir”

 

– O insanlarızaman özü seçir?

– Burdaobyektiv və subyektiv amillər var. Bəzən zaman özünün insanlarını yetişdirir. Məşhuralman filosofu Heygel yazırdı ki, Yuli Sezarı, Makedoniyalı İskəndəri onlarıniçində yaşadığı zaman və cəmiyyəti yetişdirdi, eləcə də bu şəxsiyyətlər özləriyeni zamanı və cəmiyyəti yetişdirə bildilər. Gördüyünüz kimi, insan və zaman,insan və cəmiyyət bir-biri ilə sıx bağlıdır. Ona görə də nəhəng simaları, elminvə ədəbiyyatın bütün sahələrində qeyri-adi istedad sahiblərini zaman və cəmiyyətyetişdirir. Zamanın müəyyən situasiyalarında, kəsiyində bu cür adamların cəmiyyətətəsir etmək imkanı yaranır və elə həmin an həmin şəxslər üzə çıxa bilirlər.Zaman özü öz qəhrəmanlarını irəli itələyir, səhnənin önünə çıxarır. Zamanın vətarixin hökmü belə dahi şəxsiyyətləri yetişdirir, onlar da məhz zamanın yönünüdəyişə bilirlər. Cəmiyyətdə olduğu kimi, zamanın da öz istiqamət göstərənləriolur – mən buna "durna yolu” deyirəm. Nəzəri biologiya elmi  artıq çoxdan sübut edib ki, durna köçününsonunda uçan hər bir durna, öndə uçan durnanın uçuş dalğasından yaranan ən azmüqavimət zonasında, əgər obrazlı deməyə çalışsaq, "azad zonada” uçur. Yəniyaranan müqaviməti həmişə köçün önündə uçan durna qırır və ya zəiflədir. Bu, təbiətdədə belədir, cəmiyyətdə də. Yəni böyük köçlərin önündə uçan durna yol göstərir.Əslində bu "durna yolu” tarixin düz içindən keçir. Bu "marşrutu” seçmək və keçməkçox çətin olur. Bu, həm də elmin məşəqqətli yoludur.

Amma birməsələ də var ki, tarix boyu – zamanın bütün dönəmlərində qeyri-adi düşüncəsahibləri, fərqli insanlar öz cəmiyyətləri tərəfindən başa düşülməyib, qəbuledilməyib. Məsələn "Ölülər”dəki Kefli İskəndəri götürək: bu adamı yaşadığı cəmiyyətona görə "kefli” adlandırırdı ki, onun irəli baxışlarını qavraya, qəbul edəbilmirdi. Bu təkcə əsərdə deyil, adi, konkret həyatda da belədir. Belə adamlarmühitin gülüş hədəfinə çevrilirlər. Bir az qeyri-təvazökarlıq olsa da deyim ki,mənim dram və nəsr əsərlərimin əksər qəhrəmanlarını da cəmiyyət "həzm edə”bilmir. Onlar yaşadıqları mühitdə mariginal tiplər kimi özlərinə yer tapmaqda çətinlik çəkirlər.

 

– Bəlkə də onlar öz zamanlarında doğulmamışinsanlardılar. Belə insanlara tez-tez rast gəlirik: ya özləri dərk edirlər ki,yaşadıqları zamana aid deyillər, ya da kənardan açıq-aydın hiss olunur ki,onlar başqa zamanın insanlarıdırlar. Bu nədən qaynaqlanır?

– Əlbəttəbelə insanlar həmişə olub. Amma bu təkcə zamanla əlaqədar deyil, burda həm də məkananlayışı var. Bəzən kiminsə haqqında deyirik ki, "bu adam Avropada doğulubyaşasaydı, tamam başqa cür olardı, heç buranın adamı deyil”. Təbii ki, ordazaman anlayışı da, şəxsiyyətə münasibət də ayrı cürdür. Mənim belə bir kitabım,elmi-fəlsəfi traktatım var: "Sərhədsiz dünya”. Orada mən Şərq-Qərb məsələsini qabardıram. Təbii ki Qərbin zamanayanaşması başqadır. Qərbin və Şərqin özünəməxsus sakrallaşmış qayda-qanunları, əxlaqnormaları var. Bununla belə, Şərq və Qərb arasında əvvəlki dərin fərq artıq tədricəngötürülməkdədir. Çünki informasiya-texnologiya dövründə yaşayırıq, kitablarınıoxuyur, filmlərinə baxırıq, getdikcə mədəniyyətlərin bir-birinə qarşılıqlıinteqrasiyası artır.  Yəni azərbaycanlıilə ingilisin təfəkkürü arasında yüz il bundan qabaqkı fərq artıq götürülməkdədir.Mövcud prinsiplər təfəkkürə də öz təsini göstərir.

 

– Siz hansısa başqa bir zamanda yaşamaq istəmisiniz?

– Mənəelə gəlir ki, mən elə məhz bu zamanın insanıyam. Bəlkə də, bir az da qabağagetmişəm. Ətraf mühitdə, lap elə zamanın özündə çox şeylər məni təmin eləmir. 


"Zaman təkcə«köhnənin» üstündən хətt çəkmir; о, özü ilə «yеnilik» gətirir”

 

 – İki ayrı-ayrı zamanda, daha doğrusu, iki epoxada yaşamısınız. Bu zamanlar bir-birindən xeyli fərqlənir,hərəsinin öz qayda-qanunu, tələbləri var idi. Hansında yaşamaq daha rahatdı?

– Buna əlbəttəki, subyektiv cavab verə bilərəm. Mənə elə gəlir ki, bütün dünyada inkişaf həmişəyaxşılığa, irəliyə doğru gedir. Təkcə bizdə yox, ümumiyyətlə dünyanın istiqamətixilasa doğru dəyişməlidir. Dünya statik deyil, dinamikdir. Dünyada hər şey həran dəyişmədədir. Qlоbаllаşаn dünyаdа insаnın özü və həyаtı ilə bаğlı olanbütün nəsnələr, dəyərlər və münаsibətlər də anbaan dəyişir. Qlоbаllаşmаnın ağırdаlğaları çох şеyin üstündən ötüb kеçir, Ammа zaman təkcə «köhnənin» üstündən хəttçəkmir; о, özü ilə «yеnilik» də gətirir. Düzdür, insanların çoxu indi  pessimistdilər. Bəzən bu cür hallar məndə dəolur. Fikir vermisinizsə, adamlar tez-tez bu ifadəni işlədirlər: "Ötən günə günçatmaz, calasan günü-günə”. Hətta indi yaxşı vəzifədə olan birisi də keçmişin çətin,şəraitsiz vaxtlarını arzulayır.  Əslində, insanlar keçmiş zaman üçün ona görə xiffət edirlər ki, orada onların gəncliyi qalıb.Gəncliyin nostalgiyası onlara ötənləri yada saldırır. Hərdən mənə deyirlər ki,"Yataqxanada yenə yaşamaq istəyərsənmi?” Cavab verirəm ki, "18 yaşımı qaytarın,gedim yaşayım”. 

 

– Siz necə, zamandan şikayətlənirsiz?

–Zamandan şikayətlənməyə nə ehtiyac var? O gəlir-gedir, öz axarındadır. Bizböyük zaman içində öz "kiçik” zamanımızı yaşayırıq. Mənim əlimdə olsaydı,zamanı saxlayardım, onun qapısının ağzını qıfıllayardım.  Amma əldən nə gəlir?! Zaman geriyə dönməzdir,düzxətlidir,  bir istiqamətlidir. 

 

– Zamanla bağlı təəssüfləriniz olubmu, məsələn deyəkki, vaxt itkisi ilə bağlı?

– Nəkeçmişi, nə də gələcəyi redaktə etmək mümkündür. İnsan keçmiş səhvlərindən nəticəçıxarda bilər, amma yenidən səhv etməyə bilməz. Yalnız ölülər və dəlilər səhvetməzlər. İnsan öz səhvləri ilə həyatı öyrənir. Uşaqlıqdan anlayır ki, əlinioda vursan yandırar, bıçaq kəsər. Yəni hər kəs  bununla ağrını, pisi dərk edir. Heç olmasa, şəxsitəcrübəsini görməsə də, oxuduğu kitablarda, baxdığı filmlərdə o, səhv qorxusunuanlamalıdır. Adi insan çalışır ki, öz səhvlərindən, aqil insan isə başqalarınınsəhvlərindən nəticə çıxarsın.

 

– Zamanın sizdən aldıqları çox olub, ya verdikləri?

– Məncə, hesabbərabərdir.

 

– Kimdən soruşsan, vaxt azlığından gileylənir.Vaxtınızı necə bölürsüz, necə çatdırırsız?

–İstirahətdəki və iş prosesindəki zaman arasında böyük fərq var. Əlbəttə, zahirənnəzərdə tuturam, belə baxanda eyni sutka, eyni saatlardır. Amma gərgin işdəadamın başı qarışır deyə, vaxt sürətlə, həm də ildırım sürəti ilə uçur. Həyatın ritmio qədər sürətlə keçir ki, necə gəlib-getdiyini hiss etmirsən. Yeri gəlmişkən,bir bioloji zaman anlayışı da var. Yəni içimizdəki vaxt – zaman saatı.Daxilimizdəki o saat əqrəbi işləkdir: bizi səhər oyandırır, işə tələsdirir, günərzində işimizi vaxt içində ölçüb-biçir və s.

 

– Əsasən, nəyə gedir vaxtınız?

– Düzünüdeyim ki, əsas boş vaxtım düşüncəyə gedir. Daha sonra mütaliəyə, nəhayətyazı-pozuya çox vaxt ayırıram. Bundan başqa, bütün insanlar kimi, həyatiqayğılar, iş-güc, tədbirlər... Bunlar da zaman tələb edir...

 

– Vaxtla bağlı insanlara nə tövsiyə edərdiniz?

–  Hər kəs çalışsın öz vaxtını yaşasın.

 

Biz də "Ədalətin” vaxtı”nınqonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.

 

Şəfiqə Şəfa