adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Yanvar 2015 16:46
50895
RUBRİKA

"Ədalət"in vaxtı: Gülüstan Əliyeva ilə

Həyatda sonradan anlayacağın şeyləri nədənsə, öncədənyaşamaq lazım gəlir. Bəlkə də bu, Tanrının bəndəsinə olan mərhəmətidirki, öncə yaşadıqlarımızı anlamamaqla, onun ağırlığını, acısını bilmədən bu yükü çəkirik.Elə anlamadığımıza görə də dözə bilirik. Amma Tanrının mərhəmətini sui-istifadə etməyində acısını çəkən, yaşadıqlarını anlamayanlar olur. Bu idrak çək-çevirində isə əlimizdənqum kimi süzülən zamandır ki, elə həmsöhbətimin dediyi kimi: "Zamanın yeriniheç nə ilə doldurmaq mümkün deyil”. Zamanın sabit olmadığını, yaşadıqlarınıanlayan qonağımızı tanıyaq:

Xanəndə Gülüstan Əliyeva - 1967-ci ildə Yevlaxdadoğulub. Kiçik yaşlarından musiqi ilə məşğuldur. 1981-ci ildə keçirilən Cəncİstedadların Respublika Müsabiqəsində üç turun üçündən də əla qiymət alaraq1982-ci ildə Bülbül adına orta ixtisas musiqi məktəbinə təhsil almağa göndərilib.Görkəmli xanəndə İslam Rzayevdən muğamın sirlərini öyrənib. 1985-ci ildə məktəbifərqlənmə ilə bitirib. Elə həmin il Dövlət Konservatoriyasında açılan muğamsinfinin ilk tələbəsi və ilk məzunu olub. 1990-cı ildə konservatoriyanı fərqlənməilə bitirib. 1995-1996-cı illərdə Muğam Teatrında solist işləyib. 1997-ci ildənAkademik Opera və Balet teatrının solistidir. "Leyli və Məcnun"daLeyli, "Aşıq Qərib"də Şahsənəm, "Şah İsmayıl"da Ərəbzəngi,"Gəlin qayası"nda Sənəm, "Arşın mal alan"da Cahan, "Oolmasın, bu olsun"da Sənəm, "Natəvan"da xanəndə qız obrazlarınıyaradıb. Milli Konservatoriyanın və İncəsənət Gimnaziyasının müəllimidir. 2005-ciildən əməkdar artistdir.

 

...Və  Gülüstan  Əliyevanın zaman anlayışı:

 

 - Zaman nədir, sizinüçün nə əhəmiyyət kəsb edir?

- Zaman nəinki mənim üçün, bütün dünya üçün ənçatışmayan, hətta əlçatmaz bir məfhuma çevrilib. Zamanın yerini heç nə ilədoldurmaq mümkün deyil. Onu əvəzləmək olmur.

 

"Həyatımız zamandan, onun anlarından, məqamlarıdanibarətdir”

 

- İnsan zamanı idarə edə bilərmi?

- Heç vaxt! Bu mümkün olan şey deyil. İnsan istəsə dəbunu bacarmaz. Ən yaxşı bacardığımız şey zamanın qədrini bilmək olar. Yəni çalışıbhər şeyi öz zamanında, vaxtında edə bilərik. Əslində, həyatımız zamandan, onun anlarından,məqamlarıdan ibarətdir.


- Zamanın sizdən aldıqları çox olub, ya sizin zamanaverdikləriniz?

- Zaman məndən çox şey alıb. Mən isə hələ istədiyimkimi zamana töhfə verə bilməmişəm. Amma əminəmki, zamana bəxş edə biləcəyim çox şeylər var. Təki bu zaman içində mənə də vaxtqalsın.

 

"Zaman atlı olub, mən piyada”

 

-Zamandan şikayətçi olmusunuzmu?

- Həmişə. Zamanla dostluğum baş tutmayıb. O atlı olub,mən piyada... Deyirlər ki, zaman bütün yaralarısağaldır. Mən bu fikirlə qətiyyən razı deyiləm. Sevdiyin insanlarin itkisi sagalarmi?!Nə vaxt tərpətsən qanayır:

Əzizim ağlamaqdan,

Qaralar bağlamaqdan,

Bağda yarpaqqalmadı

Yarama bağlamaqdan....

  

"Zamanla ayaqlaşmağı bacaran insanlar işlərini düzgünquranlardır”

 

- Ümumiyyətlə, zamanın nəbzini tutmaq asandı?

- Çox çətindir. Özü də bu gün, bu zəmanədə. Çox nadir adamlar  bunu bacarır.


- Fələk tərəfindən seçilmişlərə, yoxsa zamanlaayaqlaşmaq üçün dəridən-qabıqdan çıxanlara bu qismət olur?

- Bəxt bir naxışdır. Amma əzm də, əlbəttə vacibdir.Güman ki, zamanla ayaqlaşmağı bacaran insanlar yəqin işlərini düzgün quranlardırki, vaxt da onlara işləyir. Elə sənət adamları da Allahın digər insanlar içindənseçdikləridir. Onlar hər bir zamanda olublar, olacaqlar da! Düşünürəm ki, bu da Allahın bizə bəxş etdiyi qismətvə ya alın yazısıdır. Biz də bununla mükafatlandırılmışıq.


-Bəzi insanlar öz zamanlarında deyil, başqa dövrdədoğulmalı olduqlarından gileylənirlər. İnsanı belə düşünməyəvadar edən nədir? Və siz öz zamanınızdasınızmı?

- Təəssüf ki onu biz planlamırıq. Nə vaxt, hansı zamandayaşamağımız bizdən asılı deyil. Hər hansı bir zəmanənin nə günahı, əgərinsanlar saxta, yalançı, yaltaq və meşşandılarsa?!


- Heç ürəyinizdən başqa zamanda, dövrdə yaşamaq istəyikeçməyib?

- Başqa zamanda yox, amma başqa ölkədə yaşamaq istəmişəm.


- "Zaman insana verilən bir fürsət, eyni zamandamöhlətdir” deyirlər...

- Bəli əslində möhlətdir, dünya isə bir tamaşaçı. Bizbu zaman içində - həyat səhnəsində bizə verilən rolu oynamalıyıq. Əlbəttə ki,bu rolun öhdəsindən layiqincə gəlməyə çalışmalıyıq.

 

"Ayırdığım zamana dəyməyən insanlara təəssüflənmişəm”

 

- Həyatınızda vaxt itkisi olubmu və ən çox nəyə təəssüflənirsiniz?

- Ayırdığım zamana dəyməyən insanlara, vaxtımı alan vəbuna layiq olmayan kəslərə təəssüflənmişəm! Həyatımda ən coxheyfsiləndiyim, bəlkə də özümü ən çox danladığım elə bu olub.


- Bəs bilərəkdən vaxt öldürdüyünüz məqamlarınız olub?

- Bəli. Bu çoxdan baş verib. Məndən asılı olmayan səbəblərdənbaş versə də, təəssüf ki, olub.

 

"24 saata 48 saatın işini görürəm,amma yenə də vaxt çatmır”

 

- Vaxtınızı necə bölürsünüz, planlı şəkildə yaşayanadamsınız?

- İnanın çox vaxt bu gün hansı paltarı geyəcəyimi düşünməyə belə vaxtım olmur.Hərdən də axşamdanözümə bir plan cızıram, səhər açılanda yenə aləm dəyir bir-birinə. Nə qədər bölməyə çalışsam da çatmır. Bəzən zarafatladeyirəm ki, 24 saata 48 saatın işini görürəm, amma yenə də vaxt çatmır. Məncəxoşbəxt o adamdır ki, zamanı ayarlaya bilir.


- Daha çox vaxtınızı nə alır?

- Sənətimlə əlaqədar gedəcəyim tədbirlərə görə salonlardaoturmaq. Bir də məni ən çox dəli edən çəkilişlərdə gözləməkdir.


-Vaxtla bağlı insanlara nə tövsiyə edərdiniz?

- Heç vaxt zamanı əldənverməyin! Həyatınızı bir göz qırpımında belə olsa, boş və mənasız keçirməyin.Həyat elə qısadır ki!..


Biz də "Ədalətin” vaxtı”nınqonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.


Şəfiqə Şəfa