adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Iyun 2015 14:49
58648
RUBRİKA

"Ədalət"in vaxtı: Məhəmməd Rza Çalqın ilə

"Ədəbiyyatı zaman tənzimləyir.Zaman dəyişdikcə poetik üslubiyyətdə dəyişir”, - bu fikirləri güneyli həmsöhbətim deyir. O taylı-bu taylı Azərbaycanpoeziyası zamanın süzgəcindən keçib, müxtəlif üslubiyyətlərdə səslənsə də zənginliyini,böyüklüyünü heç vaxt itirmədi. İstər Güney, istərsə də Quzey poeziyası millətinruhunu, düşüncəsini özündə əks etdirib müxtəlif zamanlardan boylandı. Bəszamanımızda poeziyamız hansı məqamdadır? Şeirimizin bugünkü durumuna Cənubi Azərbaycanədəbiyyatının tanınmış gənc şairlərindən olan Məhəmməd Rza Cəfəri ilə göz gəzdirdik.

Çalqın təxəllüsü ilə yazıb-yaradan Məhəmməd Rza Cəfəri 1976-cı ilin martayinin 21-də Təbrizdə dogulub. Təbriz UniversitetindəRiyaziyyat və Kibernatika fakültəsində təhsil alıb. Hazırda Təbrizdəyaşayıb-yaradan şair 13 yaşından "qələmə sarılıb”. 25 yaşından sərbəst vəmodern uslubda yazır. Bundan başqa, təsviri sənətlə də məşğul olur.

Qeyd edək ki, bu günlərdə Bakıda keçirilmiş V Şairlər Gününə qatılan Calgınınçıxışları və şeirləri böyük maraqla qarşılandı. Müşfiq Mükafatina layiq görülənşair həmçinin, Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə qəbul edildi.

 

... Və Məhəmməd Çalqınla zamandan ədəbiyyata baxış:

 

– Otayda zaman necə axır? Güneyin insanı zamanla necə ayaqlaşır?


– Zamanməkana baxmadan öz işindədir. İnsanlar da zamanın axarında yaşamına, fəaliyyətinə davam edirlər, buna məcburdurlar, çünki zaman kimisə gözləmir.Buçağa ayaq uydurmağa çalışırlar, bacarırlar, müxtəlif sahələrdə fəaliyyət göstərirlər...


Zaman sizin ədəbi fəaliyyətinizdə nə kimi təsir göstərdi?

– Şeiryazmağa əvvəlcə əruz və heca vəznlərində başlamışam. 14 il bundan öncəyə qədər əsasənqəzəl, qoşma, gəraylı yazardım. Bunlar arasında çox uğurlu şeirlərim olub. Bugün İranda gənc şairlər mənim ənənəvi 4-lüklərdə yazdığım şeirləri izləyirlər,yəni o üslubda davam edirlər. Ammadaha sonra zamanın tələbinə uyğun olaraq modern üslubda yazmağa başlamışam,düşünürəm ki, müvəffəq olmuşam. Bu da var ki, İranda bir şair olaraq yaxşı tanınsam da,orada kitab çap etdirməmişəm.


– Səbəb?

– Özümistəməmişəm. Mənim ilk şeirlər kitabım Bakıda çıxacaq və bu, mənim üçün çox önəmlidir.Düzdür, İranda jurnal və qəzetlərdə, saytlarda müxtəlif şeirlərim dərc olunub. Bundan başqa dərnək və məclislərdəhaqqımda danışılır və tez-tez mənə müraciət olunur.


– Hansıdildə yazırsınız?

– Mənbütün şeirlərimi doğma türkcədə yazmışam. Farsca şeirlərim yoxdur, yazmaq istəməmişəm, mənə öz dilimdə yazmaq daha xoş gəlib. Bununlabelə düşünürəm ki, əsasəsərin özüdür. Əgər o maraqlıdırsa, onun hansı dildə yazılmağının önəmi yoxdur.


– MəhzAzərbaycan türkcəsində yazdığınıza görə hər hansı problemlər, deyək ki, təzyiqlərolurmu? Ümumiyyətlə, fars oxucusu Azərbaycan ədəbiyyatına, şairinə necə münasibətgöstərir?

– Şəxsənmənimçün problemlər olmayıb. Mən dövlətçilik əleyhinə çıxmamışam. Dəfələrlədövlət tədbirlərində çıxışlarım olub. Və fars mətbuatına hər hansı əsər də verməmişəm ki, görüm mənə təzyiqlər olacaq,ya yox?

 

"Dünya müstəvisində tanınmaqistəyən şair əvvəlcə tam yetişməlidir

 

– Bəs eləisə sizin indiyədək qarşınızı nə alıb ki, orada kitab çıxartmaq istəməmisiniz?

– Mən ədəbiyyataçox ciddi yanaşıram. Zənnimcə, özünü dünya müstəvisində tanıtmaq istəyən şair,geniş oxucu kütləsi əldə etmək istəyən ədib əvvəlcə tam yetişməlidir. Yəni əliqələm tutub bir yığın şeir yazdıqdan sonra tez kitab çıxartmağa tələsməməlidir.Müəyyən səviyyəyə çatana qədər gözləməlidir. Öncə bu yolda o, təcrübətoplamalı, püxtələşməli və özünü tamamilə hazır hiss etdikdən sonra kitab nəşretdirməlidir. Mən İranda tanınmış şairəm, bir qələm adamı olaraq sevilirəm.Buna rəğmən, indiyədək tələsməmişəm, özümühazırlamışam.  Məhz bu gün üçün özümühazır hesab edirəm. Mənə görə, artıq deyilən sözümü dərc edəcək qədər yetişmişəm. Artıq poeziyada öz üslubum, yolum var. Bu üslubum gələcəkdə Azərbaycan ədəbiyyatına necə xidmətedəcək, dəsti-xəttim gələcək nəsillərə nə kimi iz qoyacaq, töhfələr verəcək, bunu zaman göstərər.Amma mən özümə, qələmimə inanır və güvənirəm.


–  Bəs Bakıda necə, sizin əsərləriniz dərcolunub? Bu tayın naşirləri sizi nə dərəcədə tanıyırlar?

– Mənibu taya tanıtdıran, hətta deyərdim kəşf edən gözəl şairəmiz Fərqanə Mehdiyevaolub. Ondan sonra şair-tərcüməçi və bu gün mənim əziz dostim Səlim Babullaoğluyaradıcılığımı işıqlandırıb, "Kitabçı” jurnalında yer verib. Şimali Azərbaycanoxucusuna məni tanıdan bu iki şəxs olub. Və bu gün, məhz onların sayəsindədoğma Azərbaycanımızda məni hörmətlə qarşılayırlar, şeirlərimin, kitabımınçıxması üçün müraciət edirlər. Danışıqların nəticəsi olaraq yaxın gələcəkdə birya iki məcmuəmin nəşri nəzərdə tutulur.


– ŞimaliAzərbaycan şairləri demişkən, vaxtilə böyük şairlərimiz Rəsul Rza, SüleymanRüstəm, yazıçılardan Mirzə İbrahimov, Məmməd Səid Ordubadi Güney Azərbaycan ədibləri ilə sıx əməkdaşlıq edirdilər. Cənub dərdimizi, oradakıproblemləri öz əsərlərində işıqlandırırdılar. Bəs bu gün hər ikiAzərbaycan şairləri arasında münasibət, əməkdaşlıq necədir?

– Onudeyim ki, biz – yəni İran ərazisində yerləşən azərbaycanlıların öz doğma dillərindəakademik təhsili olmadığı üçün Azərbaycan dilini yüksək səviyyədə, təkcədanışıq deyil, bədii-ədəbi dil olaraq bu taydakı ədiblərimizdən,onların kitablarından öyrənirik. Bu danılmaz faktdır. Əgər onları oxumasaydıq,bizim öz türkcəmizdə bilgilərimiz akademik səviyyədə ola bilməzdi. Eləcə də ədəbijanrların bir çoxunu, milli üslubiyyəti burdakı şairlərimizdən öyrənmişik.Xüsusən də heca vəznində yazılan şeirlər cənub ədəbiyyatındakından qat-qatgüclüdür. İran azərbaycanlıları doğma şeiri ustad Şəhriyar, HəbibSahir, Əlirza Oqtay, Səhər Ərdəbili və başqaları ilə tanımaqla, BəxtiyarVahabzadə, Rəsul Rza, Fikrət Qoca, Ramiz Rövşənlə sevib. Sevdiyimiz, dönə-dönəoxuduğumuz, fəxr etdiyimiz Quzey Azərbaycan şairləri çoxdur, sadəcə, birqisminin adını çəkdim. Hətta cəsarətlə deyərdim ki, şairlərimizi burdakı azərbaycanlılardandaha yaxşı tanıyır və sevirik, daha çox oxuyuruq. Biz bir ürəyik, iki bədəndəçırpınırıq, bir sözük iki dodaqda səslənirik. Bu gün də müasir şairlərimizlə əlaqələrimizvar, yaxşı, hətta dost münasibətlərdəyik.

 

"Müasir şeir mədhiyyədən çıxıb sərbəstliyə can atır

 

Bugünkü poeziyamız- Quzey Azərbaycanın ədəbi mühiti haqqında nə deyəbilərsiniz?

– Azərbaycandadediyim kimi heca vəznində yazılmış şeirlər, xüsusən yuxarıda adlarını çəkdiyimşairlərdə çox güclü olub, amma heca vəzni ötən əsrdə qəbul edilən və sevilənidi. Bu gün dünya sərbəst vəznə üstünlük verir. Müasir poeziyanın vəzni budur.Amma təəssüf ki,burada modern ədəbiyyatatam çatmağı görə bilmədim. Bu yola başlanılıb, dünyanınanladığı sərbəst vəznə son zamanlar üstünlük verilir. Müasir Azərbaycan poeziyasında görüləsi çox iş var. Bəli, heca vəzni bizədoğmadır, qanımıza hopub. Lakin qəbul etməliyikki, bu gün, dünyanın şeiri sərbəst vəzndədir. Zamanın poeziya üçün tələbibudur. Bir milləti ən çox onun ədəbiyyatı ilə tanıyırlar. Ədəbiyyat millətininkimliyidir. Bir millətin güclü ədəbiyyatı həm də onun güclü siyasəti vəiqtisadiyyatı deməkdir. Bu gün müasir ədəbiyyatın ən əsas göstəricisi onun qəlibdən,diktədən çıxıb sərbəstləşməsidir. Müasir şeir özü formadan, mədhiyyədən çıxıb sərbəstliyəcan atır. Bizim keçmişdə çox zəngin ədəbiyyatımız olub, indi də güclü ədiblərimizvar. Amma bu gün o qələm adamlarımız dar çərçivədən çıxıb sərhədləri aşmaq üçündünyanın anladığı və qəbul etdiyi janra müraciət etməlidir.


– Bəs bu, bizim indiyə kimi qəbul etdiyimiz heca və əruz vəznini kölgədəqoymazmı?

– Bizklassiklərimizi, öncəki ədəbiyyatımızı danmırıq. Qeyd etdiyiniz şeir formasıonsuz da bizimdir, bütövlükdə şərq ədəbiyyatınındır. Biz milliliyimiziqoruyaraq dünyanı da nəzərə almalıyıq.


– CənubiAzərbaycan ədəbiyyatında modernləşmə nə həddədir?

– Oradavəziyyət nisbətən qənaətbəxşdir. Bu gün cənub ədəbiyyatında modernləşmə aşkargörünür, şairlərimiz sərbəst vəzndə maraqlı əsərlər ortaya qoyurlar. Təbii ki,bu yöndə püxtələşmə davam edir, yeni şairlərimiz yetişir.


"Qərb ədəbiyyatından modernliyi yamsılayırıq, hələ özümüz ola bilmirik"


– Amma oda danılmazdır ki, bu gün güneyli-quzeyli Azərbaycan poeziyası əvvəlki böyük təmsilçilərlə,adlarla dünyaya səs sala bilmir...

– Bununsəbəbi ondadır ki, müasir ədəbiyyatda qarışıqlıq var. Daha çox təqlid olunur. Sərbəstşeiri çoxları hələ anlamır: düşünürlər ki, biri qısa, digəri uzun cümlələribir-birinin ardınca düzməklə sərbəst şeir alınacaq. Və ya söz oyunu ilə diqqətcəlb etmək istəyirlər. Məsələn "mən xiyabanda gedirəm” cümləsini "xiyaban mənigedir” deməklə yeni ifadə yaratdıqlarını zənn edirlər. Amma modernlik sözünformasında, oyununda deyil, onun düşüncəsində, məğzindədir. Əvvəlcə gərəkşairin öz düşüncəsi modern olsun. Biz qərb ədəbiyyatından modernliyiyamsılayırıq, hələ özümüz ola bilmirik. Bizim güclü keçmişimiz, gözəlpoeziyamız var, onların əsasında sərbəst şeiri yarada bilərik. Belə olmayanda,qərb də bizi qəbul etməz. Gəlin özümüzü aldatmayaq. Sərbəst vəzn qərb ədəbiyyatındaartıq oturuşub, özünə yer edib. Onları təqlid etməklə dünyaya nümayiş olunmaqyerinə özümüzü gülünc vəziyyətə qoya bilərik. Qərb bizim modernliyimizi o zamanistəyəcək ki, orada bizim şərqliliyimiz, türklüyümüz itməsin, o təqdim olunan əsərlərdəbizə aid motivlər olsun.   


– Bəlkəsərbəst vəzn poeziyaya sonradan gəlib deyə,hələ təqlidlə məşğuluq. Bütün böyük rəssamlar öz tərzlərini tapana qədərbaşqalarını yamsılayıb, hətta şəkillərinin üzünü köçürüblər. Ola bilsin ki,müasir şairlər də hələ bu yolu keçirlər...

Əslində sərbəst vəzn bizə sonradan gəlməyib! Əksinə bizdən qərbə gedib... DədəQorqud boylarındakı nəzmiyyəyə baxaq. Yeri gəlmişkən, şeirlə nəzmi qarışdırmaqolmaz. Həmin boylar məhz sərbəst ölçüdə nəzmə çəkilib. Bu gün dünya şeirindəkisöz oyunu onlardan öncə elə bizim aşıq şeirlərimizdə olub. Hər millətin özünəxas bədiiliyi var. Şair təqliddən qaçmalıdır, özünəxaslıq poeziyada çox vacibamildir.


– Bu da danılmazdır ki, bizim dünyaya səs salan dahilərimiz – Nizami, Füzuli, Sabir, Şəhriyar vəbaşqaları dünyaya çıxacaqlarını düşünüb yazmayıblar. Öz üslublarında, qəzəlində,məsnəvisində xalq üçün yaradıblar. Amma bununla belə qərb onları məmnuniyyətləqəbul edir...

– Burdazaman faktorunu unutmaq olmaz. Dövran nəyi tələb edir, o da vacibdir axı! Ədəbiyyatızaman tənzimləyir. O vaxt dünya şərqə baxırdı, şərqdən öyrənirdi. Təkcə ədəbiyyatınıdeyil, elmini, icadını da şərqdəngötürürdü. Bu gün isə əksinə,biz qərbə baxırıq, onlardan öyrənirik. Bunu etiraf etməliyik, rollar dəyişib...Üstəlik, əruz da türk ədəbiyyatının bəhrəsi deyil. Bu bizə ərəblərdən keçib.İslam dinini qəbul etməyimizlə, ərəblərin ədəbiyyatını da qəbul etmişik, özümüzədaşımışıq. O zaman əruz vəzni hökmranlıq edirdi, bu zamanda da sərbəst vəzn. Düzdür, ərəblərdə poeziya həmişə güclü olub: klassik ədəbiyyatda da, müasir ədəbiyyatdada belədir. Farslarda son 50 ildə durğunluq müşahidə olunur. Modern poeziyada ənyaxşı göstərici Türkiyədədir, çox irəli gediblər. Azərbaycan isə, dediyim kimi,hələ öyrənir.


– Beləfikir var ki, təkcə Azərbaycanda deyil, bütün dünya poeziyadan doyub. Artıq nəsrəüstünlük verilir...

– Mənbelə deməzdim. Mən əksini düşünürəm. Bugünkü insanda 500 səhifəlik romanoxumağa vaxt yoxdur. Bu günün insanı daha sosial, daha məşğuldur. Bütünbunlardan özünə ayırdığı vaxtda irihəcmli əsərlər oxuya bilmir. Şeirə üstünlükverir, çünki şeir qısadır, vaxt aparmır. Kiçik ölçüdə böyük mətləbdən xəbərverir. İnsanlar şeirdən doymayıb, şeir öz yolunu itirib, azıb, hara gedəcəyinikəsdirmədən yol ayrıcında qalıb. Öncə şeiröz yolunu tapmalıdır. Biz yaza bilmirik,oxucuda günah yoxdur. Həm də bizdə müasir poeziya dili formalaşmayıb,daha doğrusu, fərdiləşməyib. Şairin gərək özünün dili olsun. Amma bu gün bunugörmək mümkün deyil. Sanki bütün şairlər bir məktəbdən, kobud da səslənsə,inkubatordan çıxıblar. Hamısı bir-birini təkrarlayır.


"Şimalda sevginin özündən yazılır, cənubda isə fəlsəfəsindən


– Cənublubir şair müsahibəsində demişdi ki, şimalda şeiri çox sadə yazırlar. Dərin, fəlsəfiməna yoxdur. Şeirin mənası üzdədir... Həqiqətənmi kənardan baxanda beləgörünür?

–Hardasa razılaşmaq olar. Amma bir şeyi də unutmaq olmaz ki, şimal ədəbiyyatındatəbiət, gözəllik şeirlərinə maraq çoxdur. Sanki burdakıların genində, iliyindəbu var. Təbitədə, gözəllikdə isə dərin məna axtarmağa dəyməz. Bu onsuz da üzdədir.Amma o taydakılar gözəllikdən bu qədər yaza bilmirlər. Orada fəlsəfi, siyasiçalarlara üstünlük verilir. Şimaldasevginin özündən yazılır,cənubda isə fəlsəfəsindən.


– Siz əsasənnədən yazırsınız?

– Şeirlərimdədaha çox etiraz mövzuları üstünlük təşkil edir. Qadağaları sevmirəm, azadruhluyam. Ona görə azadlığı qandallayacaq tabulara qarşı çıxıram. Bundan başqa, lirik şeirlərim də çoxluq təşkil edir. Amma ən əsası, fərqlənməyi sevirəm.  Bir şairin 500 şeiri olsa, ondan 10-utarixdə qalacaq. Amma bu o demək deyil ki, 490-ı lazımsızdır. Bu490 şairin düşüncəsini, kimliyini, getdiyi yolu göstərəcək. Onun illər boyu təcrübəsiniəyani nümayiş etdirəcək. Bəzi əsərlər olur ki, zamanında dəyərləndirilmir,anlaşılmır. Zaman keçdikcə o əsərin dəyəri, mahiyyəti ortaya çıxır. Düzdür,bütün zamanlarda keçərli olan, bütün nəsillərin qəbul etdiyi əsərlər də var.Poeziyanın qiymətini zaman özü verir:

 

Dərd düşüncə

Sətir sətiroxuduğun kitablar

Dərd yəni qürurunvitrinlərə əl açması

Gözləri anamınşəvə muncuğuna bənzəyən qızın

Əzrayılla qoşulubqaçması,

Dərd yəni mən -

qanadındanyaralanmış gövərçinəm

elə keçməböyrümdən.

Dərd yəni sən

Göy məscidin həyətindəkidərdlərin suyu çox şirindir, giləm

Ooooy  Təbrizim,

Dərdlərini görəndəölürəm...

 

– Bu günAzərbaycan ədəbiyyatında sizə yaxın olan, sizin üslubunuzda yazan şair varmı?

–Üslubuma yaxın olanı yoxdur. Nə bu tayda, nə də o tayda. Mən tam fərqliyəm.Demirəm tam müvəffəqəm, amma fərqliyəm. Bununla belə, burda sevdiyim, qəbuletdiyim şairlər çoxdur. Hətta məndən də qat-qat gənc şairlər gördüm ki, onlarınşeirlərindən böyük zövq aldım. Ramiz Rövşəni, Səlim Babullaoğlinu çox bəyənirəm.Səlim çox savadlı şairdir, yaxşı ədibdir. 


– Azərbaycanoxucusuna bir sözünüz, diləyiniz?

–Oxucuyla bərabər şairlərimizə də diləyim budur ki, kaş elə bir əsər yarada biləkki, onunla həm özümüzü, həm oxucumuzu zirvələrə apara bilək. Düşüncələrimizitam təfsilatı, səmimiliyi ilə oxucuya çatdıraq. Əgər bacarmasaq, bu, bizim zəifliyimizdir.Oxucunun könlünü ala, oxşaya bilək. Çünki onlar olmasa biz kimi ki?! Bizi şairedən oxuculardır. 


Biz də "Ədalətin” vaxtı”nınqonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.


Şəfiqə Şəfa