adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
20 May 2015 12:42
50811
RUBRİKA

"Ədalət"in vaxtı: Qəşəm Nəcəfzadə ilə

Zaman hər kəsiəhatə edib, hər birimizdə öz təsirini qoysa da, ona münasibətimiz, dəyərimizbaşqadır – fərdidir. Maraqlıdır ki, bəzən zamana baxışımız öz içimizdən deyil,peşəmizin gözündən süzülür. Aktyor zamanı səhnədən görür, ictimai-siyasi xadimzamana bəşəri problemlərdən yol salır, jurnalist onu hadisələrdə axtarır...şair isə qələminin ucunda – sətirlərə düzdüyü misralarında zamanla çək-çeviredir. Olsun – sənətimiz seçdiyimiz yoldur və mənzil başına aparan sürət isəƏlahəzrət Zamanın özüdür. Bu dəfə zamanı şeirlərdə aradıq, bu axtarışda bizəyardım edən qonağımızı tanıyaq:   

Şair Qəşəm Nəcəfzadə - 1959-cu ildə İmişli rayonunun Əliqulular kəndində anadan olub.1981-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinibitirib. Uzun illər orta məktəb və universitetlərdə ədəbiyyat müəllimi işləyib.Hazırda Azərbaycan Yazıçılar Birliyinin "Azərbaycan" jurnalındapoeziya şöbəsinin müdiri, uşaq ədəbiyyatı seksiyasının rəhbəridir.

QəşəmNəcəfzadənin şeirləri Azərbaycanda və xarici ölkələrin mətbuat orqanlarında müntəzəmçap olunur. Əsərləri türk, rus, gürcü, ingilis, polyak, özbək, alman və başqadillərə tərcümə edilib. Şairin Azərbaycandan başqa, Hollandiyada ("Eenwording –Birləşmə” holland dilində, "Sketches of prison – Həbsxana etüdləri” ingilisdilində – 2007), Tehranda ("Barmaqların öpüşü” fars dilində – 2009), Türkiyədə("Savaş, ayakkabı, ölüm” – 2008) və Kolumbiyada ispan dillərində kitabları nəşrolunub.

Şairuşaq şeirlərinə görə Azərbaycan Yazıçılar Birliyinin Tofiq Mahmud adınamükafatına, bundan başqa Beynəlxalq Rəsul Rza Mükafatınalayiq görülüb.


...Və QəşəmNəcəfzadə ilə zaman yolçuluğu:

 

– Zamannədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

– Zamanpoeziyanın bir anlıq ayaq saxladığı yerdir. Mənim bütün şeirlərimdə zaman və məkanmövzusu var. İstər adicə bir qələmdən, bir yarpaqdan da yazsam, zaman və məkananlayışı yaradıcılığımda əsas xətt təşkil edir. Orada zaman dayanır vəzamansızlıq başlayır. Çünki təbiət, insan həyatı elə ən çox zamanla bağlıdır.Bir dahinin sözü var: "Kim yaşlananda atasına bənzəyirsə, demək qocalır”. Yaxudbir şeirimdə deyirəm: "Zaman yanımdan elə keçir ki, saqqalımın nə vaxtbitməyindən xəbərim olmur. Biri mənə söyləyir – niyə bu qədər qocaldın, aysaqqalı ağarmış?”

 

"Təqvimdən, tarixdən daha dəqiq şeir zamanı göstərəbilir

 

– Niyəməhz zaman bu qədər sizə ilham verir? Nədir sizi zamanda bu qədər çəkən?

– Zaman,əslində mücərrəd bir anlayışdır. Əgər biz saatın əqrəblərini qarışıq bir tərəfəyönəltsək, onunla da işləyə bilərik. Yaxud təvəllüdümüzüpozsaq, heç nə dəyişməz. Biz zamanı saat əqrəbi, ay və gün tarixləri iləmaddiləşdirmişik. Belə götürəndə, o rəqəmlər olmasa, elə zamansızlıq yaranar.Zamanın əsas göstərici vahidini şeir hesab edirəm. Çünki insanların icad etdiyitəqvimdən, tarixdən daha dəqiq şeir zamanı göstərə bilir. Şeir yazıldığı zamanıbir anlıq tutub saxlayır. Şeirlə bilirsən ki, bunu nə vaxt yaşayıb, nə vaxtyazmısan. Nizami Gəncəvinin bir misrası var: "Mindənə sürünü görsə canavar, yenə də yoxsulun payını çalar” – bu XII əsrdəyazılıb, amma bu gün də aktualdır, min il sonra da öz gerçəkliyini qoruyubsaxlayacaq...

 

– Ondabelə çıxır ki, dəyişən zaman deyil, insanlar və dəblərdir?

– Bəli.Ona görə də həmişə demişəm ki, bütün şairlərin cəmi-cümlətanı bir kitabı olur.Onu bölüb 5 də edər, 10 da. Deyək ki, 80 illik ömrüm var və bu həyatımın içindəolub ki, 17 yaşıma da qaçmışam, 80-dən də yazmışam. Mənim bu yaş içində oyan-buyanagetməyim zaman içində gəzintimdir, 80 isə son – finiş xəttimdir. Olub ki,qocalıq şeirlərimi indidən yazmışam.

 

– Yerigəlmişkən, insanın onu əhatə edən zamandan başqa bir daxili zamanı da olur. Odaxili zamanda siz hardasınız, hansı yaşdasınız?

– Onudəqiq bilmirəm. Bircə onu bilirəm ki, şeirlərimdə dəyişirəm, istədiyim yaşdaoluram. Məsələn mən, sevəndə ayrılıq şeirləri yazmışam, ayrılanda isə sevgişeirləri... Bax elə bu, ömür içində zaman yolçuluğumdur. Ola bilsin ki,sevərkən bəri başdan ayrılığı görmüşəm.

 


"Zamanı çərçivəyə salıb, onun əsirinə çevrilmişik

 

– Yənizamanı qabaqlayırsınız...

–  Bəlkə də... Ayrılığın xofundan da irəli gələbilər. Ayrılığı duyub 10 il öncədən onun şeirini yazmışam. Ona görə az öncəqeyd etdim ki, poeziya zaman anlayışı ilə sıx bağlıdır. Mənə elə gəlir ki,harda şair varsa, onun şeirləri irfandır. Çünki bütün insanlar haradansa qopubgəlib. İnsan dünyaya çatanda nadanlaşır, o, yalnız gəldiyi yerdə kamildir. Bu, bütün dinlərə mənsub şairlərdə belədir, mövzu həmişə bu olub. Sadəcə,tədqiqatçılar poeziyanı, irfana, sürrealizmə, modernizmə, postmodernizməbölürlər. Amma bütün məqamlarda ədəbiyyatın bir hədəfi var: yaxşı yazmaq.Zamanı təhlil edəndə, öyrənəndə çox məsələlər üzə çıxır. Biz özümüz zamanı çərçivəyəsalıb, onun əsirinə çevrilmişik...


– Bəlkəzamanı yaratmaqla onu idarə edəcəyimiz düşünmüşük?

– Vaxtölçüsü iş, həyat qrafiki üçündür. İnsan vaxtı idarə edə bilər, zamanı yox.  Məsələn, günün bir tarixini çərçivəyə salmışıq.O zamanın məngənəsindən bizi Allah və şeir çıxarda bilər. Təəssüf ki, bizözümüz bu çərçivəni yaratmışıq: təvəllüdlərimizlə, iş qrafikimizlə,hətta şeirlərimizin altına yazılan tarixlə... Zaman anlayışını məhbəsə salmaqlaözümüzü dustaq etmişik. Xətib Təbrizi deyir: "Ey ölüm, gəl, həyat biziöldürdü”. Bizim düşmənimiz, ölüm yox, əslində həyatdır. Ona görə deyirəm ki,insanı zaman dustaqlığından şeir çıxarır. Məhz şeirdə insanın öz aləmi, öz zamanı olur. İstədiyi yaşa gedə bilir.Məsələn, mən şeir yazmaqla bütün zaman ölçülərini qırıram,zamanın üzərindən uçuram, şəxsiyyət vəsiqəmdən doğum tariximi pozuram  və s. Biz təkcə zamanı deyil, ədəbiyyatı da çərçivəyəsalırıq. Hər şeyi müqəddəsləşdirməyə çalışırıq. Bu Sovet ideologiyasından qalmabir şeydir.

 

– NiyəSovet ideologiyasına bu qədər qarşısınız ki? Həmin zamanda yaşamamısınız? Sizki Sovet ədəbiyyatının bəhrəsiniz?

– Mən1978-ci ildən çap olunuram, amma bir dənə də olsun Leninə, Partiyaya aid şeirimyoxdur. Bu günə kimi 27 kitabım çıxıb. Lakin heç birinə ön söz yazılmayıb.Sonuncu kitabda Vaqif Yusifli "Kaspi” qəzetində məqalə yazmışdı və onu götürübkitaba yerləşdirmişəm. Orada da müəllif məni tənqid etdiyi üçün ondan istifadəetmişəm. Dediyim odur ki, sovet dövründə yaşasam da o ideologiyanın əksinidüşünmüşəm.

 

İdeologiyabir-birindən kəskin fərqlənənayrı-ayrızamanları yaşayıb görmüsünüz. Hansı zamanda yazmaq sizə daha rahat olub?

– İndi.Təbii ki, bu dövrdə fikirlərimi daha rahat ifadə edirəm. Amma yenə də tamşəkildə deyil. Mənim indi də çap problemim var. Baxmayaraq ki, əksəriyyəti bunudanır, amma bu var. Yazanda da, müsahibə verəndə də bu problemlə rastlaşıram.İnkubator cücələri kimi bir-birinə bənzəyən cümlələri işlətməyə nə var! Əlbəttətəntənəli cümlələri çap edəcəklər. Bu axı çap deyil! Çap odur ki, mənim dediyimsözləri olduğu kimi versinlər,təəssüf ki verilmir...

 

"Zaman üstündən xətt çəkilmiş cümlələrdə gizlənir

 

– Çünkihər şey bir-birinə zəncirvari şəkildə bağlıdır, əlavə problem özü də məngənədir...

– Eləona görə də deyirəm ki, bu zəncirin buxovlarından yalnız şeirdə azad olmaqolar. Mənim belə bir şeirim vardı. Ona çoxları irad tuturdular:

Atamnəvələri ilə domino oynayır,

Nəvələriəl çalır, babalarının uduzmağına.

Anam sağolsaydı, atam domino oynamazdı,

Oynasaydıda, uduzmazdı...

 

Vəyaxud:

 

Gəlinlərinahara səsləyir atam,

Atamtələsir...

 

Busəsləməklə, tələsmək arasında elə bir zaman yerləşir ki, onun özü şeirdir. Atamona görə tələsir ki, gec dursa, gəlinləri süfrəni yığışdıracaq. Bax, zamanburda gizlənib. Adamlar düşünür ki, şeir misraları elə rəngarəng, biçimli,gurultulu olmalıdır. Şeir misraların, fikirlərin arasında qoyulan boşzamandadır. Təntənəli şeir gözləyən auditoriya buradakı gizli zamanı ayaqlayıbkeçəcək, onu anlamayacaq. Zaman üstündən xətt çəkilmiş cümlələrdə gizlənir.Poeziya da paralel zamanlarda, onların assosiasiyalarında yaranır. Sahil bağındao tərəfə gedən qızla, eyni istiqamətdə yolu qayıdan oğlan yuxarıdan baxandaparaleldir, qafiyədir.

 

– Şeirdəo zamanlamanı tuta bilirsiniz, bəs həyatda necə?

– Məncətuta bilirəm. Düzdür, vaxtla uzlaşmağı sevmirəm. Heç nəyi qəlibə salmıram. Mən hadisəyə doğru getmirəm, hadisə mənə doğru gəlir. Amma bəzən deyirlər ki, şairlər çox sadəlövh olurlar. Amma şəxsən bu,mənə aid deyil. Məni heç kim aldada bilməz, çünki həyatın hər üzünü bilirəm,çox çirkinliklərini görmüşəm. Heç özüm də saf, müqəddəs adam deyiləm. Həyatı daolduğu kimi qəbul edirəm. Ürəkdən kin-küdurəti çıxaraq: tam məhəbbətlə dəyaşamaq olmur axı! İnsan orqanizmi tam oksigenlə yaşaya bilməz, oksigenbolluğunda ölə bilər. Həm də ağaclara da karbon qazı lazımdır... Çirkinlikolmasa, gözəlliyi duymarıq, pislik olmasa, yaxşılığın qədrini bilmərik. Bunlarhəyatın paralelləridir. Bunu duymaqla həyatı, zamanı duyursan.

 

– Sizcə,bu zəmanənin adamısınız?

– Bəli,mən zəmanəmin adamıyam. Eyni zamanda, yaşadığım zəmanənin çərçivələrindən çıxabilirəm.

 

– Vaxtlabağlı insanlara nə tövsiyə edirsiniz?

–Ürəkləri istədiyi kimi yaşasınlar, özlərini qəlibə salmasınlar. Heç nəyin dədalınca qaçmasınlar, baş verən onsuz da olacaq.   

 

Biz də "Ədalətin” vaxtı”nınqonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik.


Şəfiqə Şəfa