adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Iyun 2015 13:28
51003
RUBRİKA

"Ədalət"in vaxtı: Söhrab Tahirlə

"Zaman dəyişikliyidaha çox qələm adamları üçün çətin olur”, - dedi budəfəki həmsöhbətim. Həqiqətəndə, zamanla ən çox çarpışan yaradıcı insanlardır: həm özləri, həm dəbaşqaları üçün bu mübarizəni təsvir etməyə çalışırlar...  Özlərinə nə qədər çətin olsa da, hər yenizamanın təfəkkürünə, ideallarına, marağına işıq tuturlar. "Ədalət”in vaxtı”ndabu dəfə zaman yolçuluğuna illərin sınağından keçmiş qocaman şairlə çıxdıq:


Azərbaycanınxalq şairi, nasir, publisist Söhrab Tahir  - 1926-ci il avqustun 6-da İranın Astara şəhərindəsənətkar ailəsində anadan olub.  SovetOrdusunun İrana daxil olmasından sonra xalq hərəkatında fəal iştirak edib. 1946-cıildə Bakıya təhsil almağa göndərilib. Bakıda əvvəlcə Tibb Məktəbində stomatoloqvə feldşerlik ixtisası alıb, sonra Azərbaycan Dövlət Universitetinin filologiyafakültəsində oxuyub, Moskvada Maksim Qorki adına Ali Ədəbiyyat kurslarındamüdavim olub. "Azərbaycan" qəzeti və jurnalı redaksiyalarında bədiişöbələrdə müdir, redaktor, "Səhər" ədəbi-tarixi jurnalında başredaktor müavini olub. Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin,"Literaturnıy Azerbaydjan" jurnalı redaksiya heyətinin,"Yazıçı" nəşiryyatının bədii şurasının, Azərbaycan Ədəbiyyat Fonduidarə heyətinin üzvü, SSRİ ədəbiyyat fondu plenimunun üzvü, AzərbaycanYazıçılar Birliyi şeir şurasının sədri (1986-1991) olub. İnqilabi, ədəbi-ictimaifəaliyyətinə görə Təbrizdə "21 Azər" medalı və bir sıra başqamedallarla, Azərbaycan SSRİ Ali Soveti Rəyasət heyətinin Fəxri Fərmanı ilə təltifolunub. 2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə"Şöhrət" ordeninə layiq görülüb. 2010-cu ildə Rusiya Yazıçılarİttifaqı və onun Moskva şəhər təşkilatı nəzdində fəaliyyət göstərən Yazıçı-tərcüməçilərİttifaqının qərarı ilə Beynəlxalq V.V.Mayakovski ordeni ilə təltif edilib.

 

... Və SöhrabTahirin zamanla çək-çeviri:

 

– Zamannədir və sizin üçün nə əhəmiyyət kəsb edir?

–Zamanın mənası çox dərindir. Zamana çox məna verib, istənilən şəkildə şərh etməkolar. Məhz mənim üçün zaman dövranla, siyasi dünya, ictimai həyatla bağlıdır.Zaman var idi biz başqa ideologiya ilə yaşayırdıq. Başqa təfəkkürlə düşünürdük,qələm adamları o dövrün ideologiyasını tərənnüm edirdi. O zəmanə ilə nəfəsalırdıq və hesab edirdik dövran belə də davam edəcək. Amma zaman dəyişdi və bizdüşüncəmizi, ideologiyamızı dəyişənə, yeni dövrün siyasi, ictimai çağırışlarınauyğunlaşana qədər 10-15 il keçdi. Bu müddətdən sonra yeni çağla, başqa zamanınab-havasına uyğunlaşdıq.

 

– Buproses sizcə, asan oldu?

– Yox, çətinkeçdi. Xüsusilə də qələm adamlarına, siyasi-ictimai şəxslərə. Bəlkə də, sıravifəhlə, mühəndis, müəllim, həkim üçün asan oldu, çünki onlar həmişə gördükləri işi yenidən davam etdirirdilər. Amma ictimai təfəkkürüolan şəxslərə, ədiblərə ümumiyyətlə,dəyişikliklərə uyğunlaşmaq çətin olur. Çünki bütün təfəkkür kökündən dəyişilməlidir.Sovet rejimi ilə, müstəqil Azərbaycan ideologiyası bir-birinə tamamilə ziddolan, bir-birini rədd edən sistemlərdir. Zamanınağırlığı, bax, burda özünü göstərir.

 

"Zaman, siyasi rejim bir-birini əvəzləyəndə olan ədəbiyyataolur


– Bəsbir-birindən kəskin fərqlənən bu zamanların hansında yaşayıb-yaratmaq bir qələmadamı üçün rahat idi, hansında daha münbit şərait olub?

– Odövrdə ədiblər, xüsusilə şairlər öz qələmi ilə dolanardılar. Şeir qəzetdə çıxandaqonorar verilirdi, radioda, televiziyada səslənirdi, ona da qonorar ayrılırdı.Üstəlik, tərcümə şöbəsində rus dilinə tərcümə edilirdi, onun üçün də ayrı bir qonorar ödəyirdilər. Yəni bir şeirdən 4 dəfəgəlir götürülürdü. Amma o dövrdə tematik cəhətdən çox böyük məhdudiyyətlərvardı. Şair kitabı çapa verəndə başda mütləq Lenini tərənnüm etməliydi. Bu tələbihəyata keçirib, senzuradan keçdikdən sonra, o biri mövzular – ana, sevgi, təbiətvə s. haqqında rahatca yazmaq olardı. Amma müstəqillik dövründə o məhdudiyyətlərin,senzuranın hamısı qaldırıldı, mövzu genişliyi yarandı. Amma qonorar məsələsi, ədiblərinöz qələmi ilə qazanmağı da getdi, indi bir şair öz kitabı ilə dolana bilmir. Həriki dövrün, əlbəttə ki, üstün tərəfləri var. Düzü,Sovet dövrünü heç vaxt pisləməmişəm. Çünki o dövrün həqiqətən də yaxşı cəhətlərivar idi. Xüsusilə ədəbiyyata, kitaba, elmə maraq aşılayırdı, insanların maariflənməsiön plandaydı. Təbii ki, hər bir rejimin çatışmazlıqları olur. Amma zaman, siyasi rejim bir-birini əvəzləyəndə olan elə ədəbiyyata olur. Nə üçün90-cı illərdə Yazıçılar Birliyinin fəaliyyəti zəiflədi? Çünki siyazi zaman dəyişmişdi.Qələm adamları arasında çaşqınlıq yaranmışdı.Bu da öz növbəsində ədəbiyyata marağı azaltmışdı.

 

– Azərbaycanədəbiyyatının ən tanınmış simaları ilə – Mirzə İbrahimov, Məmməd Araz, İsmayılŞıxlı kimi şəxslərlə çiyin-çiyinə işləyib, dostluq etmisiniz. İndiki dövrün ədəbi nümunələriilə, təbii ki, tanışsınız. Ədəbiyyat bir nöqtədə dayanmır, o da zaman selindəöz axarı ilə davam edir. Zaman ədəbiyyatda nəyi dəyişdi? Sizin dövrün ədibləriilə bu dövr arasında hansı fərqi, yeniliyi görürsünüz?

– Ən əsasıkeyfiyyət fərqini hiss edirəm. Daha böyük fərq mövzuda özünü göstərir. Dediyimkimi o dövrün ədibi Soveti tərənnüm edirdi. Fikir azadlığı yox idi, darmövzularda yazırdılar. Amma bu günün yazıçı və şairləri üçün mövzu sərbəstdir,düşüncə daha genişdir, qələmi, iradəsi azaddır. Bu günün yazıçısı QabrielMarkes kimi dahi yazıçının mövzusuna rahatlıqla müraciət edə bilir, ondan bəhrələnibAzərbaycan təfəkkürünə, adət-ənənəsinə uyğun əsərlər yarada bilir. Bu da yerlioxucu ilə yanaşı, xarici ölkələr üçün də maraqlıdır. Hansı ki Sovet mövzuları,yaradıcılığı kapitalist ölkələrin oxucuları və ya yazarlarına xoş gəlmirdi. Görürdülərki, yalnız bir mövzu ətrafında yazılır, sanki bir heykəl qurub ətrafınatoplaşıblar, ona görə də qəbul etmirdilər. Amma bu dövrün həm oxucularının, həmədiblərinin fikri artıq dünya düşüncəsinə uyğun gəlir. Belə olanda da, mən şəxsənüstünlüyü indiki ədiblərə verirəm.

 


"Gənc ədiblərinyaşlı qələmdaşlarını bəyənməməsi bütün zamanlarda olub”

 

– İndikiqələm adamları, xüsusən də gənc yazarların əksəriyyəti əvvəlki dövr yazarlarını,əsasən 60-cıları çox vaxt qəbul etmirlər, hətta müəyyən dərəcədə aqressiya davar. Sizcə, bu, nə ilə əlaqədardır: nəsillərarası savaş, ya həddindən artıq sərbəstlikdəndir?

– Bu məsələyətoxunmağınız yaxşı oldu, çünki bu mövzuda həmişə fikir qarışıqlığı var, onuaçmaq lazımdır. Mənim fikrimcə, bu, nəsillərarası qarşıdurmadır, ondanqaynaqlanır. Gənc ədiblərin yaşlıqələmdaşlarını bəyənməməsi bütün zamanlarda olub. Sovet dövründə də beləydi: özündən yuxarıda olan,tanınmış yazıçı və ya şairin əsərlərini yeni nəsil bəyənməzdi. Sizə deyim ki, ovaxt Məmməd Arazla bir yerdə Moskvada oxuyurduq, həm də yaxın dost idik. Təxminən1953-54-cü illər idi. Səməd Vurğunun yeni kitabı çıxmışdı.Zəng elədim Məmməd Araza ki, təzə kitabı oxumusan? Dedi hə, oxumuşam. Fikrimisoruşdu. Cavab verdim, o şair deyil ki! Elə Məmməd Araz da təsdiqlədi ki, həyaza bilmir. Təsəvvür edin: Səməd Vurğunu bəyənmirdik! Bizim öz aləmimiz vardı.Az qala, yuxuda özümüzə heykəl qoyurduq. Oyanan kimi heykəlimizdağılırdı (gülür). Qayıtdıq Bakıya, doğma mühitə, öz adət-ənənələrimizə. Azərbaycandanbaşqa heç bir ölkədə bacı qardaşa "Can, qardaş” deməz, ana balasına "ayağınınaltında ölüm, ay bala” deməz. Bu əziz, şirin mühit bizi özümüzə qaytardı. Oxuduğumuzrus ədəbiyyatı, öyrəşdiyimiz rus mühiti bizim üçün uçubgetdi. Bir gün yenə də Səməd Vurğunun yeni kitabını oxuyurduq. Zəng elədim MəmmədAraza ki, gəl bir bu kitabı müzakirə edək, dedi ehtiyac yoxdur. Səməd Vurğunböyük şair imiş, biz onu başa düşməmişik. Yəni biz hələ Səməd Vurğunu qavramaqüçün yetişməmişdik.

 

– Vaxtkeçdikcə insan zamana bir az həssas olur, hardasa küskünləşir. Öz əsərlərinizdəzamanı nə dərəcədə əks elətdirmisiniz? Başqa cür desək, zamanla çək-çevirinizolubmu?

– Bir həqiqətvar ki, insan yaşlaşdıqca, hər şeyə başqa cür yanaşır, asan qəbul etmir, bəyənmir.Mənim yaşıma, yəni 89-a çatanda isə daha həssaslaşır. Baxmayaraq ki,yaşıdlarımla nisbətdə daha nikbinəm, amma yenə də bir çox şeyi bəyənə bilmirəm.Bəzən hər şey mənə gülməli, bəzən təkrar gəlir. Müşahidə edirəm ki, bu günoğlumun başına gələnlər, 40 il bundan öncə mənim başıma gəlib. Amma çox şeyidemirəm, içimə atıram, heç kəsə bildirmirəm. Əlbəttə, zaman keçdikcə insanınxarakteri də dəyişir. Gözəlliyə, poeziyaya, kitaba münasibət, zövq dəyişir.Vaxt vardı gözələ baxıb heyran qalardım, indi gözələ baxıb deyirəm ki, görəsənbu deyingəndir, ya yox... İçimdə saxladığım narazılıqları da vərəqlərə köçürürəm.Fəlsəfi şeirlər də elə bu zaman yaranır. Sevginin özündən çox, onun fəlsəfəsiadamı narahat edir.

 

nsanı məhrumiyyətlər, həsrət, ağrı-acı şair edir

 

– Bu 89ildə zaman sizə daha çox verdi, yoxsa aldı?

– Mən həyatımdanrazıyam. Hərdən mənə deyirlər ki, başına bu qədər hadisələr gəldi, 12 ilsürgündə yaşadın. Ayaqqabın olmadı, qışda sürgündə corabla məktəbə getdin. Təsəvvüredin, anamın ayaqqabısı yox idi, atamın 45 ölçülü ayaqqabısının burnuna pambıqtəpib geyinərdi. 36-37 ölçülü ayağında o ağır çəkmələrigüclə sürüyüb bazara gedərdi. Düşmənləriniçində, ağır şəraitdə yaşamışıq. Türk olduğum üçün farslar məni həmişə təhqirediblər. Mən də onları cavabsız qoymamışam, söymüşəm, döymüşəm. Atama şikayətediblər, axşam o da məni döyüb. Bu çətin həyatdan sonra Bakıya qayıtmışıq.1946-cı ildə Bakıda müharibə təzə qurtarmış bir vaxtda, böhranlı günlər idi.Qara çörək üçün camaat saatlarla növbədə durardı. Özüm həftələrlə ac qaldığım günlər olub. Yataqxanada gecə ac yatanda kağız yazıbqoyurdum ki, mən ölsəm, bilin ki, aclıqdan ölmüşəm. Amma səhər yenəsağ-salamat, qıvraq oyanardım, yazdığıma gülərdim. Əlimə pul çatana qədər, işədüzələnə qədər belə çətin şəraitdə yaşamışam. Amma yenə də dözmüşəm. Yenə də həyatımdanrazı qalmışam. Çünki heç bir dövlətli uşağı şair ola bilməz, insanı məhrumiyyətlər,həsrət, ağrı-acı şair edir. Varlı nə istəyir qabağına gəlir, kasıb isə quru çörəyiyeyib ləziz yeməkləri xəyal edir. Zəngin adam istədiyi qızı ala bilir, yoxsulunisə əli sevgisinə çatmır, başqası ilə evlənsə də ilk məhəbbətiniunuda bilmir. Həsrət, kədər bu cür yaranır. Beləcə onun təxəyyülü güclənir, hərşeyi xəyalında təsvir edir, gücü qələmə verir. Ona görə kasıbdandahi şair, yazıçı çıxır. Düşünürəm ki, nə yaxşı ki kasıb olmuşam, məhrumiyyətlərgörmüşəm, xalqı tanımışam. İndinin özündə də avtobusa minirəm, halbuki oğlumunmaşını var, hara istəsəm aparar. Bunu heç kəsə deməmişdim,sizə deyirəm. Niyə belə edirəm? Xalqın içində olmaq üçün... İctimai nəqliyyatdainsanlar bir-biri ilə xalq dilində danışır, dava edəndə bu dildə edir., sevinəndədə bu dildə sevinir. Bunlar mənə ilham verir, belə şeyləri görməsəm, yaza bilmərəm.

 

"Dostlarım ömürlərini mənə bağışlayıb getdilər

 

–Vaxtınızı necə keçirirsiniz? Daha çox nəyə həsr edirsiniz?

–Dostlarımla görüşürəm, oturub söhbətləşir, müzakirələr edirik. Düzdür,dostlarımın çoxu – Məmməd Araz, Cabir Novruz, Nəbi Xəzri, Bəxtiyar Vahabzadəyoxdu indi. Onlar ömürlərini mənə bağışlayıb getdilər... Gözəl xatirələrim varonlarla. Bir-birimizin evinə gedib-gələrdik. Dostluğumuzun qədrini bilmişik. Qələmdostlarım mənim haqqımda çox şeirlər, poemalar yazıblar. İndi dostlarım azdı, ammasağ olsunlar, evə gəlib mənə dəyirlər. Məmməd Arazla zamanın sınağından keçmiş möhkəm, 40 ilindostluğu olub aramızda. İradə Tuncay gözümün önündə böyüyüb. Tez-tez bizim evəgələrdi. Aqil Abbas da tez-tez deyir, əmi niyə bizə qonaq gəlmirsən? Xətrimiçox istəyir. Oğlu Tuncayın toyunda ağsaqqal kimi çıxış edib dedim ki, dostum MəmmədAraz həmişə istəyib ki, oğlu olsun. Deyərdi ki, oğlumolsa, adını Bahadır qoyacam. Çıxışımda bunu xatırlayıb dedim ki, Məmmədin oğluoldu, amma adı Bahadır yox, Aqildir...  

 

– Vaxtlabağlı insanlara nə tövsiyə edərdiniz?

– Əgərinsan ömrünü mərhələlərə bölsək – yeniyetməliyə, gəncliyə, qocalığa, ahıllığa hərbiri üçün ayrıca tövsiyə etmək olar. İndiki gəncliyin fəaliyyəti, yaşaması üçüngözəl şərait var. Üstəlik, daha çox yeni texnologiyalardan, ixtiralardan başçıxarırlar, bizdən daha informasiyalı, dünyagörüşlüdürlər. Bunlardanfaydalansınlar, öyrənməyə həmişə meyilli olsunlar. Yetkin yaşda, qocalıqda dahaçox güzəştə getsinlər, həyata, ailəyə, hadisələrə daha müdrik, məntiqliyanaşsınlar. Bu günün qadını daha təhsilli, fəaldır. Kişiləri demək olar ki, hərsahədə üstələyiblər, xanımların qədrini bilsinlər. Həmişə zarafatca demişəm ki,kişinin gərək bir ayağı, qadının da bir qulağı olmasın. Yəni kişi çox gəzməsin,qadın da çox qeybət eşitməsin. Allah hər kəsə cansağlığı versin. 


Biz də "Ədalətin” vaxtı”nınqonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik. 


Şəfiqə Şəfa