adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
30 Dekabr 2014 15:18
56254
RUBRİKA

"Ədalət"in vaxtı: Yasin Qarayevlə

"Zaman ən yaxşımüəllimdir,təəssüf ki, o, öz şagirdlərinə qarşı çox amansız və sərt olur”. Bunu bir fransızfilosofu deyib. Amma zaman elə dərin bir məfhumdur ki, təkcə filosofları yox, əhatəsindəolan, qanadının altına sığınmış hər kəsi müdrikləşdirir. Başqa sözlə, müəllim təkcəsay-seçmə deyil,  bütün tələbələrinidüşündürüb, nəticə çıxarmağa vadar edir. "Ədalət”invaxtı”nın bu qonağı da özü dediyi kimi bu sərt müəllimin öyrətdiyi, təcrübəverdiyi, yeri gələndə hətta tərs üzünü göstərdiyi tələbələrindəndir. Gəlinqonağımızın ömür yoluna nəzər salaq:

AzərbaycanınXalq Artisti Yasin Qarayev - 1946-cı ildə Şəmkir rayonunda dünyaya göz açıb. 1964-cü ildəM.F.Axundov adına Xarici Dillər İnstitutunun (indiki Azərbaycan DillərUniversiteti) İngilis dili fakültəsinə daxil olub və orada III kursa kimi oxuduqansonra, arzularının arxasınca getməyi qərarlaşdırırAzərbaycan Dövlət İncəsənət İnstitutunu (Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti) seçir. İnstitutunmusiqili komediya fakültəsini 1973-cü ildə bitirib, elə həmin ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrındayaradıcılıq fəaliyyətinə başlar. Doğma teatrın səhnəsində Cəlal (S.Vurğun"Komsomol poeması"), Qulu (S.S.Axundov "Tamahkar"), Əsəd(C.Məmmədquluzadə "Danabaş kəndinin məktəbi"), Şah (F.Məmmədov"Sirli dəyirman"), Azər, Əflatun (Elçin "Mahmud və Məryəm","Ölüm hökmü"), Mir Cəfər Bağırov (Ə.Əmirli "Cəza"), Qafar(S.Rüstəm "Çimnaz xanım yuxudadır") və bir çox başqa yaddaqalanobrazları məharətlə yaradıb. Y.Qarayev Milli televiziyada hazırlanan "Ağatların valsı" (Ş.Başbayev), "Bağdada putyovka var" (Ə.Əylisli),"Gəl qohum olaq" (İ.Məlikzadə) və başqa tamaşalarda özünəməxsusobrazlar ifa edib.

Y.Qarayev Azərbaycanteatr sənəti sahəsindəki xidmətlərinə görə 1991-ci ildə Əməkdar Artist fəxriadına, 2006 cı il mayın 15-də Prezident Mükafatına, 16-da isəXalq Artisti fəxri adına layiq görülüb. 


...Və YasinQarayevin zaman anlayışı:

 

"Zaman - həqiqətəndə təhlükəlidir”

 

- Zaman nədir vəsizin üçün nə əhəmiyyət kəsb edir?

- Zaman tək mənimüçün yox, hesab edirəm ki, kainatda canlı-cansız nə varsa hamısının, hərşeyin müəllimidir. Zaman öyrədir, təcrübə verir, yeri gələndə cəzalandırır, həttaməhv eləyib öldürür də. Zamandan elə buna görə də qorxuram. Onun hikkəsi, qəddarlığı,amansızlığı həqiqətən də təhlükəlidir. Əslində belə hesab edirəm  ki, zaman mənə görə, elə rahat yaşamaq əhəmiyyətikəsb edir.  Başqa sözlə, məni rahatburaxsın, sakit həyat tərzi sürüm!

 

- Sizcə, zamaninsanı rahat buraxarmı?

- Düzünə qalsayox, yerli-yersiz müdaxilə edib cəzalandırır. Gözləmədiyin halda zərbəsinivurur. Hər halda yaş təcrübəm buna əmin olmağa əsas verir. Zamanınamansızlığını çox görmüşəm. Bunu tale, alın yazısı  kimi də adlandırmaq olar. Yazıya isə pozuyoxdur. Nə etməli hakim – zamandır!

 

"Zamanınaldıqları verdiklərindən qat-qat çoxdur”

 

- Elə isəzamanın sizdən aldıqları çox olub, ya sizin zamana verdikləriniz?

- Zaman mənə 2 əsrdənpay verib. XX əsrdən 54 il, XX əsrdən isə hələlik 14 il yaşamışam, başqa sözləzaman mənə ilk növbədə həyat, vaxt fürsəti verib. Bununla belə, hesab edirəmki, zamanın aldıqları verdiklərindən qat-qat çoxdur. Zaman mənə bu sənətə gəlməkimkanı verdi, tamaşaçıların sevgisini, bunun müqabilində Xalq Artisti adınıverdi. Amma eyni zamanda nələr almadı ki!.. Hələ şəxsi həyatımı bir kənaraqoyuram. Torpaqlarımızın işğal altında olması, yüzlərlə şəhidimiz zamanın bizdənaldıqları deyilmi?! Ümumilikdə götürsək, Azərbaycan teatr və kino sənətinə ağıritkilər üz verdi, səhnəmizin nəhəng yaradıcıları, aparıcı simaları heç gözləmədiyimizhalda dünyasını dəyişdilər...  Bunun nəticəsidirki, Azərbaycan teatrı və kinosu hiss olunacaq dərəcədə laxladı. Hətta cəsarətlədeyə bilərəm ki, cılızlaşdı! Bu, təkcə mənim fikrim deyil, çoxsaylıtamaşaçılarla ünsiyyətim olur, onlardan eşidirəm.


- Ondainsanları cılızlaşdıran zamandır, yoxsa zamanı pis edən insanlardır?

- Yəqin ki,insan pisdir də... Zaman öz axarı ilə gedir, öz işindədir. Sadəcə olaraq, bəzənmüəyyən zaman çərçivəsində yarananlar daha uğurlu olur ya da əksinə. Sadəcəinsan zamanın sürətinə yetişə bilmir, nələrisə həyata keçirməyə ömrü yetmir.Hamı 90-100 il yaşamır. Bəlkə də itirilənlərin yerinə onlardan da yaxşısı gələcək...Amma o vaxtı da biz görə biləcəyikmi?! 

 

"Zamanın sürətinəyetişmək hər adamın işi deyil”

 

- Zamanın nəbzinitutmaq, onunla ayaqlaşmaq asandır?

- Hər adama nəsibolmur. Zaman elə sürətlə insanın yanından ötüb keçir ki, bu sürətə yetişmək həradamın işi deyil. Tuta bilmədinsə deməli, onu itirdin, itirdinsə, dəyərləndirəbilmədin, nəticədə isə onunla ayaqlaşa bilmirsən.

 

"Vaxt itkisi ən böyük itkidir”

 

- Yeri gəlmişkən,həyatınızda vaxt itkisi çoxmu olub?

- O qədər... Qəribədir,şüurlu insanıq, vaxtı itiririk, amma sonra vaxt axtarırıq. Vaxt itkisi isə ənböyük itkidir. Maddiyyat deyil ki, yerini doldura biləsən, pulla alasan. İtirilənvaxt geri dönərmi? – qətiyyən! Və bu itkinin də yerini heç nə vermir. Çünki birdə həmin yaşa gələ bilmirsən...  Vaxtı gərəkməcazi mənada əlində saxlaya biləsən, yəni ondan istifadə edə, faydalana biləsən.Vaxtı hara gəldi "xərcləyəndə”, ziyanını da ancaq adam özü görür.


- Bəs, bilərəkdənnecə, vaxt "öldürmüsünüz”?

- Desəmolmayıb, yalan olar. Xüsusilə son dönəmlərdə olub. Hesab edirəm ki, bu, yaşlabağlıdır. Məncə, təbii haldır. Hamı yaşlaşanda eyni olmur ki! Bəzən 70-80yaşında belə fəal insanlar olur. Çoxunun adını çəkə bilərəm. Məsələn,teatrımızın təməl daşlarını qoyanlardan biri – Məmmədağa Dadaşov, AğadadaşQurbanov, Suzanna Məcidova, Əliağa Ağayevin həyat yoldaşı Cəvahir İskəndərova vəbaşqaları. Onlarla birgə işləmişəm.  Ammabu gün əvvəlki kimi fəallıq yoxdur. Düzdür, tamaşalarım var, ayda bir neçə dəfəolur, bu yaxınlarda İlyas Əfəndiyevin "Sarıköynək və Valehin nağılı”nı qoyduq.Çox yaxşı izləndi, bəyənildi. Amma əvvəlki kimi sıx qrafikdə çalışmıram. Yenə dəçalışıram ki, çox vaxt "öldürməyim”. Nəvəmlə məşğul oluram, o gələnə kimiyazı-pozu ilə baş qatıram, kitab oxuyuram. Hətta evdə o qədər kitablarım var ki... Vaxtilə qastrollara gedəndə həmkarlarım, sənətdostlarımla birlikdə ancaq kitab alardıq. İndi  darısqallıqucbatından oxuyubbitirdiyim kitabları qohum-əqrəbayapaylayıram. 

 

"Hər şey özhökmündə, öz zamanında keçərlidir”

 

-Bəzi insanlarözlərini yaşadıqları zamana aid etmək istəmirlər. Ya əsrlər əvvəl, ya da sonradünyaya gəlməli olduqlarını deyirlər. Siz necə düşünürsünüz?

- Mən bunu cəfəngiyatsayıram. Zamanı yaradan, onu bizə ayıran qüvvə var. Hər şey öz hökmündə, özzamanında keçərlidir. Bu gün yaşayırıqsa, deməli bu zaman üçün yaradılmışıq.İnsan öz zamanından gileylidirsə, bu onun öz zəifliyidir. Zamanla ayaqlaşa bilməyibvə bunun  da günahını özündə görmək istəməməyindənirəli gəlir.

 

"İnsanlar zamanıqovmağa tələsirlər”

 

- Vaxtla bağlıinsanlara tə tövsiyə edərdiniz?

- Vaxtlarının qədrinibilsinlər. Ömür təqvimindən payız xəzanındakı kimi hər gün bir yarpaq düşür.Zamanın axdığı unutmasınlar. Bir də zamanı yola salmağa tələsməsinlər.Həmişə il dəyişəndə fikir vermişəm, görürəm ki, əl-ayağa düşürlər, bayramı qeydedirlər, şadlıq baxımından bu yaxşıdır, amma sanki insanlar zamanı qovmağa tələsirlər.Hər il də eyni şeylər, eyni tələskənliklər təkrarlanır. Bəlkə də hər yeni ildənyenilik, dəyişiklik ümidinin gerçəkləşməsini gözləyirlər, amma bunutələsmədən etmək olmazmı?! Hər tələsik dəqiqə ömürdən gedir axı!..Ən əsası insanlar özlərinə vaxt ayırmağı unutmasınlar!


Biz də "Ədalətin” vaxtı”nınqonağına Vaxtın onunla həmişə ədalətli davranmasını arzu edirik. 

Şəfiqə Şəfa