adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
29 Iyul 2020 12:37
77645
MÜSAHİBƏ

"Ədəbi mühitin haqsızlığı məni qorxutmur" - MÜSAHİBƏ

Həmsöhbətimiz şairə Aysel Fikrətdir.

-Balaca Yazarlar Birliyi”niz var. Bu barədə bizi məlumatlandırardınız.

-Balaca YazarlarBirliyi təsadüfən yaranmayıb. Mən 1997-ci ildən İncəsənət Gimnaziyasındakinodramaturgiya fənnindən dərs deyirəm. Sizcə yazarlığı öyrətmək olar ? Əlbəttə yox . İstedadlı ,ürəyisözlə dolu şagirdlərimə istiqamət vermək,ssenari yazılış qaydalarını öyrətmək çox gözəldir. Heç zaman müəllim olmaq istəməmişəm .Universitetdəoxuyanda Kinostudiyada işləmək arzum idi. İncəsənət Gimnaziyasında yeni açılan kinodramaturgiya fənni üzrə müəlliməoldum .İlk illər çox çətin idi .Yaradıcılığını bölüşürsən . Düşüncələrinipaylaşırsan. Sənət müəllimim KamalAslanov mənə ssenari yazı qaydalarını necə öyrətmişdisə mən də onun metodu ilədərs deməyə başladım . 24 illik müəllimlik stajım var . Asan deyil , indi artıqözgə peşədə özümü görmürəm.Yazarlar birliyim isə son dörd ildə yaranan balacaqrupdu .Son qrupum bu birliyin yaranmasını çox istəyirdi . Biz hətta studiyabelə açdıq . Şagirdlər orda müəllif verilişləri çəkirlər . Ssenarini özləriyazırdı . Mən onlarla qürur duyuram. Birgün şagirdlərimə ədəbiyyatı sevdirdiyimi fərq etdim . Onlar düşünə bilirdi , ənazından özlərini ,düşüncələrini ifadəetməyi bacarırdılar. Biz Balaca Yazarlar Birliyini böyük sevgiylə yaratdıq . Hekayəmüsabiqələrində şagirdlərim uğur qazandı . Onlar Minskdə keçirilən beynəlxalqfestivalda dünya məktəblilərinin qatıldığı 800 nəfərin içində ilk üç yeritutanda daha çox sevinirdik. Balaca yazarlar birliyi daimi deyil . Bir qrupdu vəo uşaqlar məktəbi bitirib gedəcək . Bəlkə də heç yazar olmayacaqlar .Yalnız budəqiqdir ki, onlar gözəl düşünməyi , ədəbi düşüncəyə malik olacaqlar .Onlar həmişəcəmiyyətdə seçiləcəklər . Aralarında yazar da ola bilər . Bu məni sevindirər, əlbəttə.Onlar eyni zamanda gözəl danışıq qabiliyyətinə də yiyələnirlər. Hansıki, bizim cəmiyyətimizdə nadir rast gəlmək olur . Heç kimdən gizlin deyil ki,Azərbaycan filmlərini tanımayan ,klassik yazarlarımızı tanımayan bir gənclikyetişir . Biz şagirdlərə kitabı ,filmləri ,incəsənəti sevdiririk . Bunun nəyipisdir. Ən mühimi isə mənim balacayazarlar birliyimin öz aylıq qəzeti və jurnalı var . Balaca yazarlar birliyinininkşafında mənə bir yazar dostum da çox kömək edib. Hətta bizim balacayazarların kiçik hekayələrindən ibarət kitabçanın çıxmağında da böyük əməyi var.Şair Zaur Rəxşan . O da balaca yazarların rəsmi dostudur . Bizim vətənpərvərilk hərbi jurnalistimiz Əntiqə Qonaq da mənim yazarlarımın rəsmi dostudur . Bundanbasqa Yuneskonun Ədəbiyyat Və Jurnalistlər İttifaqından Bakı təmsilçiləri də bir necə dəfə açıq dərslərimizdəqonaq olub.Yüksək dəyərləndirilib . Bizim uğurlarımız sonsuzdur.Yeniliklərlədoludur .

-Uşaqları o yaşdan yazarlığa yönləndirmək. Bəlkəbaşqa sahədə uğurlu ola bilərlər. Siz özünüz ədəbi mühitin gerçəkliyinibilirsiniz. Uğur və qazanmaq baxımdan. Bir yandan da düşünürəm, onlarahaqsızlıq olur. Bəlkə ayrı sahədə uğur qazansalar onlar üçün daha yaxşı olar.

-Mən onlarınbaşqa sahələrə getməyinin qarşısını almıram .Əlbəttə, getsinlər . Onların buyaşda məşhur yazarların ustad dərsində iştirak etməsi ,Gürcüstan yazarlarbirliyində, Azərbaycan Yazıçılar Birliyində qonaq olması məncə uzun müddətyaddaşlarında qalacaq . Bu kimi tədbirlər onların işıqlı və gözəl uşaqlıqdövrünün olmasına nümunədir .Şagirdlərimdərslərdə bəzi esseist,yazar,şairlərlə görüşür . Bu görüşlərinbirində istedadlı yazarımız Gunel Natiq belə bir fikir dedi ki, biz uşaq olandabelə bir dərsimiz olmayıb . Bu 24 ildə dərs proqramında o qədər irəliləmələrolub ki ,universitetdə praktikada olanda hətta ordakı müəllimin izahına matqalırdılar .Çünki biz daha dərin keçirik bu fənni . Mən inanıram ki, şagirdləriniçindən ədəbiyyat üçün lazımlı olan bir neçə şəxsiyyət yetişəcək.Amma bunuonlara mütləq şəkildə aşılamıram. Ən azından o universitetdəki müəllimin səhvlərinietmirəm . Bundan çox əminəm .

-Atanız Fikrət Sadıq, qardaşınız Orxan Fikrətoğlu vəsiz Aysel Fikrət. Bu imzaların kölgəsində qalmaq qorxusu var və ya narahatetmir? Məsələn, atanız sizdən daha çox qəbul olunurdu. Qardaşınız da dahapopulyardı.

-Bu məni niyənarahat etsin ki, məgər mən onların davamı deyiləm .Əvvəla atam Fikrət Sadıq özsözünü demiş şairdir .O indi də var . Orxanın və mənim adımda ,həmişə dəyanımızdadı .Fikrət Sadıqın qızı olduğum üçün yalnız sevinirəm. Narahatlığımonun fiziki yoxluğudur.Yalnız məni təqdim etmədən ondan uzun uzadı danışırlar, sonraartıq mən o çıxışı ürəklə edə bilmirəm ,kövrəlirəm .Bircə bunu tərgitsəydilər.Atamı yaşadıram. Atamın yaradıcılıq yolunda kiçik və həmişə ayıq bir əsgər mövqeyindəyəm .Onun adına ,sözünə keşik çəkirəm.Siz buna kölgə deyirsiz ? Mən işıq deyirəm,nur deyirəm .Mən onun nurundayam,kölgəsində yox . Orxana gəldikdə , Orxan mənim üçün qardaşımdan əlavə dahi biryazardır .Hərdən mənə elə gəlir ki, onunoxucusu olmaq bacısı olmaqla ayrı və fərqli iki yoldur.Yalnız ikisi də sevgidənkeçir.

Mənim dayım dayazardır ,şairdir , jurnalistdir. Aqşin Babayev . Mən onun da haqqında keçmişdədanışmayacam .Yəni təkcə bu üç işıqlı insanın abu-havasında böyümək elə özüxoşbəxtlik və uğurdu .O ki, qaldı mənim yaradıcılığıma senzuram göz önündə .Ədəbiyyatdavə mədəniyyətimizdə öz yolu olan üç böyük insan şeirlərimi ,esselərimi bəyənib.Bizim ailədə hər birimizin öz yolu, öz dili var.

Düzünü desəmgeri çəkilmək barədə heç düşünməmişəm . Nəqədər ömrüm var, yazıb yaradacam və mənim yaradıcılığımla da zorum yox . Bu barədəazadam. İddiam yoxdu . Ədəbi mühitin haqsızlığı məni qorxutmur , çünki oxucugözü var . Ümumiyyətlə,yaradıcılıq elə bir sevgi ərazisidir ki, orda sən tək vəazadsan. Nəticədə yaranan əsər isə gözəl dillə yazılıbsa, daima xoşbəxtdir.

Adlar haqqındadediyini anladım .Olub ki, atama demək istədiklərin ,qardaşımdan çəkindiklərin.Dayıma cürət etmədiklərin mənə deməyə cəhd ediblər .Yalnız mən həmişə bu adlaralayiq cavab ,səbir göstərə bilmişəm .Əlbəttə, asan deyil .

Atam mənə görə lazımı dəyərini almayan bir şairdir

-Statuslarınız oxuyuram, bəzən atanızın adına olanlaqeydlikdən gileylənirsiniz. Məsələn, hansı jestlər edilmədirki, edilmir?

-Atam mənə görəlazımı dəyərini almayan bir şairdir .Yalnız bu mənim ürəyimdə qalan birfikirdir.Yalnız o bunu dərd etməzdi ,son günə qədər sakit və müdrik yaşadı .O təmizadını sevirdi .Yaşadığı uzun ömürdə onun bir düşüncəsi oldu, o da yazıb yaratmaq . Mənə elə gəlir ki, onuntəvəzökar yaşayışı ,davranışı yaradıcılığı ilə bir-birini tamamlayırdı . Atamgileylənməzdi . Xalqının şairi ola bildi əsas odur . Haqqın şairi ola bildi, əsasodur .Onu gözəl xatırlayırlar ,təmənnasız sevirlər ,dillərdə şeirləri əzbərdir.Bundan böyük dəyər ola da bilməz . Jestlər deyəndə ki, o heç kimdən jest gözləmirdi. Amma son günləri zəng gözləyirdi ən yaxın dostlarından ,bəziləri artıqdünyada yox idi ,bəziləri isə başları qarışıq idi . Darıxırdı atam .Heç şikayətetməzdi .O həmişə yaşantılarlını bizə bəlli etməzdi . İndi düşünürəm ki, bəlkədə yaşamağa qorxarıq deyə .

-Hər şeyə gecikirsiniz? Yuxuya dalıb ömrə gecikmək,görüşə gecikmək. Bəlkə uğurun müəyyən anlamda sizdən qaçması gecikməklərinizəgörədir.

-Kim deyir ki men uğura gec qalıram. Şeirlərdən ,esselərdən frazalardı bunlar , hamısımən deyiləm . Hər yerə gecikmirəm ,vaxtında gəlirəm çox yerə .Yaradıcılıq uğurusiz nəyə deyirsiz . Mən ona cəhd etməmişəm .O meydana heç qarışmıram buna mənimvaxtım yoxdu .Sizin dediyiniz o uğur mənim dediyim uğurlara üst-üstə gəlməyəbilər . Ona görə də bu baxımdan qatıldığım heç bir işdən uğursuz dönməmişəm.Ona görə bilirəm ki, uğura gecikmək mənə aid deyil.Sadəcə öz yolum var bu da mənimuğurumdu .

-Elə bil dünyaya o heç gəlmədi,

Özgənin ömrünü yaşayan qadın. Kimin ömrünü yaşayırsınız?

-Mənöz ömrümü yaşayıram. Özgənin ömründə mənim iki gözəl,həm savadlı ,həm ağıllı,balam kimi bala yoxdu .Özgə ömrü yaddır.Özgənin ömrünü yaşamaq ölüm kimi birşeydi .

Şeirdəkiqadın bunu edir.Bu şeirə görə çox adam mənə yaxınlaşıb . Sanki mənə yazmısandeyib . Qadın xoşbəxt olmalıdır . Onun başqa yolu yoxdur. Hər qadın bunalayqdir, Azərbaycan qadını buna ikiqatlayiqdir. Dünyada ən dəhşətli bədbəxtlik kiminsə ömrünü , kiminsə sevgipayını yaşamaqdı.Mənim ömrümü yaşayan var deyəsən hardasa.Yalnız mən öz ömrümdəyəm.Hələ uzun müddət orda qalacam və bundan sonra daha xoşbəxt .

Söhbətləşdi: Emin Piri