ƏƏSMN Məşğulluq Strategiyasının icrası üzrə keçiriləcək tədbirləri açıqlayıb
Prezident İlham Əliyevin yeni Sərəncamı ilə təsdiq edilmiş "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda 6 prioritet istiqamətdə tədbirlərin görülməsi təmin ediləcək.
Adalet.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Onların sırasına məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi, əmək bazarının tənzimlənməsi sahəsində normativ hüquqi bazanın və institusional strukturun təkmilləşdirilməsi, işçi qüvvəsinin bacarıqlarının inkişaf etdirilməsi və əmək standartlarının təkmilləşdirilməsi, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi və səmərəliliyinin artırılması daxildir.
Bundan başqa, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi, sosial dialoqun inkişaf etdirilməsi və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi kimi istiqamətlər görüləcək tədbirlər siyahındadır.
Sənəd regionlarda gənclərin startap layihələrinin dəstəklənməsi, özünüməşğulluq proqramına cəlb olunan şəxslərin biznes subyektləri kimi formalaşdırılmasını təşviq edən yeni mexanizmlərin yaradılmasını nəzərdə tutur.
Tədbirlər planına əsasən, 2026–2030-cu illərdə dayanıqlı iş yerlərinin yaradılması məqsədilə KOB subyektləri üçün keyfiyyətli məsləhət xidmətlərinə çıxış imkanları, aqrar sektorda əmək məhsuldarlığının artırılması məqsədilə müasir texnologiyaların tətbiqi genişləndiriləcək. Xüsusilə kənd yerlərində turizm infrastrukturunun inkişafı sahəsində tədbirlər həyata keçiriləcək.
"İşəgötürənlər və sahibkarlar birlikləri haqqında" Qanun layihəsi hazırlanacaq, əmək miqrasiyası üzrə qanunvericilik təkmilləşdiriləcək, iş yerində öyrənmə (usta yanında şagirdlik və təcrübəkeçmə) üzrə yeni mexanizmin yaradılması üçün normativ hüquqi baza yaradılacaq.
Həmçinin qeyd edilən dövrdə məşğulluq sahəsində göstərilən xidmətlərin elektronlaşdırılmasının genişləndirilməsi, məşğulluğunun təmin edilməsi prosesində süni intellektə əsaslanan xidmətlərin yaradılması, peşə hazırlığı mərkəzləri şəbəkəsinin genişləndirilməsi, beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması, "Peşələr üzrə elektron atlas" informasiya sisteminın yaradılması, peşə və kvalifikasiya standartlarının davamlı olaraq yenilənməsi nəzərdə tutulur.
Həmçinin "Yaşıl iqtisadiyyat"a keçid kontekstində müasir bacarıqların əldə olunması məqsədilə peşə hazırlığı proqramlarının təkmilləşdirilməsi, dual peşə təhsili modelinin əhatə dairəsinin genişləndirilməsi, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslər üçün aktiv məşğulluq proqramlarının sayının artırılması, regionlarda işsiz və işaxtaran şəxslər (xüsusilə gənclər) üçün onlayn və hibrid təlimlərin təşkili planlaşdırılır.
"Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatından istifadə etməklə əmək münasibətlərinin leqallaşdırılması istiqamətində tədbirlərin görülməsi, dövlət uşaq müəssisələrindən məzun olmuş əməkqabiliyyətli şəxslərin məşğulluğunun dəstəklənməsi üzrə tədbirlərin həyata keçirilməsi, təhsil müəssisələri tərəfindən məzunların əmək bazarına adaptasiyası vəziyyətinin öyrənilməsi üzrə dövri müayinələr aparılması və s. kimi tədbirlərin görülməsi nəzərdə tutulur.
Digər Xəbərlər
20 Iyul 2026 14:33
Azərbaycanda çevik iş vaxtı modelləri yaradılır
20 Iyul 2026 11:35
Naxçıvana gedənlər sənədləri “mygov”la təsdiq edəcəklər
19 Iyul 2026 17:00
DYP motosiklet və moped sürücülərinə müraciət etdi
19 Iyul 2026 09:17
FHN hava ilə bağlı əhaliyə müraciət etdi
18 Iyul 2026 17:24
Çimərlikdə maşın sürənləri hansı cəza gözləyir? - VİDEO
18 Iyul 2026 10:17
“Bakıda “Rus evi” bərpa edilsin” kimi təkliflərə cavabımız mənfi olmalıdır...”
18 Iyul 2026 09:05
Zəlzələ qurbanlarının sayı 5 mini ötdü
17 Iyul 2026 18:14


Bakı -°C

