Naxçıvana gedənlər sənədləri “mygov”la təsdiq edəcəklər
Sərnişinlər ölkədaxili uçuşlarda fiziki sənəd təqdim etmədən, “mygov” tətbiqi vasitəsilə şəxsiyyətlərini təsdiq edə biləcəklər.
Adalet.az xəbər verir ki, Bakı–Naxçıvan–Bakı marşrutu üzrə səyahət edən Azərbaycan vətəndaşları üçün yeni rəqəmsal qeydiyyat xidməti istifadəyə verilib. Bu xidmət sayəsində sərnişinlər qeydiyyat zamanı şəxsiyyət məlumatlarını “mygov” tətbiqi vasitəsilə təqdim edə bilərlər.
Yeni xidmət çərçivəsində qeydiyyat masasında yerləşdirilən QR kod mygov tətbiqi vasitəsilə skan edilir. Vətəndaş “mygov” tətbiqində ötürülən məlumat siyahısı ilə tanış olub icazə verdikdən sonra sərnişinin şəxsiyyət məlumatları avtomatik olaraq qeydiyyat sisteminə ötürülür və qeydiyyat prosesi daha sürətli, rahat və operativ şəkildə həyata keçirilir.
Xidmət Bakı və Naxçıvan hava limanlarında tətbiq olunur və qeydiyyat prosesinin daha səmərəli təşkili ilə sərnişinlər üçün rahat və çevik xidmət mühiti yaradır. Yeni həll hava limanlarında rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi və sərnişin təcrübəsinin daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən layihələrin tərkib hissəsidir.
Rəqəmsal qeydiyyat xidməti alternativ xarakter daşıyır. Sərnişinlər istədikləri halda əvvəlki qaydada fiziki şəxsiyyət vəsiqəsini təqdim etməklə də qeydiyyatdan keçə bilərlər.
Digər Xəbərlər
20 Iyul 2026 18:36
ƏƏSMN Məşğulluq Strategiyasının icrası üzrə keçiriləcək tədbirləri açıqlayıb
20 Iyul 2026 14:33
Azərbaycanda çevik iş vaxtı modelləri yaradılır
19 Iyul 2026 17:00
DYP motosiklet və moped sürücülərinə müraciət etdi
19 Iyul 2026 09:17
FHN hava ilə bağlı əhaliyə müraciət etdi
18 Iyul 2026 17:24
Çimərlikdə maşın sürənləri hansı cəza gözləyir? - VİDEO
18 Iyul 2026 10:17
“Bakıda “Rus evi” bərpa edilsin” kimi təkliflərə cavabımız mənfi olmalıdır...”
18 Iyul 2026 09:05
Zəlzələ qurbanlarının sayı 5 mini ötdü
17 Iyul 2026 18:14


Bakı -°C

