Əfv Sərəncamının icrası başa çatdı - YENİLƏNİB

Əfv Sərəncamının icrası yekunlaşıb.
Adalet.az xəbər verir ki, əfvin icrası Penitensiar Xidmət müəssisələrində, İcra və Probasiya xidmətlərində həyata keçirilib.
***
Əfv Sərəncamının icrasına başlanılıb.
Adalet.az xəbər verir ki, əfvin icrası Penitensiar Xidmət müəssisələrində, İcra və Probasiya xidmətində təşkil olunur.
Qeyd edək ki, Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.
Sərəncama əsasən, 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib.
Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib
Digər Xəbərlər

Bu lampalara görə 5 min cərimələnəcəksiz

Pilotsuz uçuş aparatlarının təhlükəsizlik qaydalarının pozulmasına görə cəzalar müəyyənləşdi

Azad edilmiş ərazilərdəki seçki məntəqələri tam bərpa edilə bilər

Daha 15 dayanacaq pavilyonu quraşdırılacaq
jpg-1748606325.jpg)
Erməni dilemması: Paşinyan kilsənin dilini "kəssə" Qafqazda sülh olar-ŞƏRH

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

Bahar Muradova parlamentdə hesabat verdi - YENİLƏNİB
