“Əgər bu lokallaşdırılmasa, bütün ölkəyə...”- Pediatr qızılcayla bağlı həyəcan təbili çaldı...
Xəbər verdiyimiz kimi ölkəmizdə son zamanlar qızılca xəstəliyi uşaqlar və tələbələr arasında geniş yayılmaqdadır.
Adalet.az-a açıqlamasında pediatr Vaqif Qarayev qızılca xəstəliyinin yayılma səbəblərindən danışıb:
“Qızılcadan qorunmağın yeganə yolu peyvənddir. Əgər bu xəstəliyə kimsə yoluxursa, deməli peyvənd olunmayıb. Bu bütün dünyada belədir. Əgər peyvənd yoxdursa, o ərazidə insanlar qızılcaya yoluxacaq. Bu xəstəlik lokal bir yerdə yayılıbsa, orda tələbə yaşlı gənclərdə bu xətəlik varsa, deməli onlar da peyvənd olunmalıdır. Peyvənd altına düşən yoluxucu xəstəliklərdə yeganə qorunma yolu peyvənddir. Əgər bu lokallaşdırılmasa, bütün ölkəyə yayılacaq. Əslində qızılca xəstəliyi pandemiyadan əvvəl də var idi və onda daha çox idi. Amma indi təcrid başlandı, məktəblər bağlandı deyə xəstəliyin qarşısı alındı. Pandemiyadan sonra isə xəstəlik yenidən geniş yayılmağa başladı. Hələ təkliflər var ki, məktəblər bağlansın”.
Qeyd edək ki, bu gün Kürdəmirdə 7 məktəbdə şagirdlər atasında qızılca yayılıb və 9 nəfər xəstəxanaya yerləşdirilib.
Vasif Əlihüseyn
Digər Xəbərlər
30 Sentyabr 2026 17:43
Tükənmişlik sindromu yaşayanlar oxusun
30 Sentyabr 2026 15:22
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi
30 Sentyabr 2026 10:44
FHN əməkdaşlarının sağlamlığı daim diqqətdə saxlanılır - VİDEO
29 Sentyabr 2026 13:08
İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir
29 Sentyabr 2026 11:52
Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - DİQQƏTLİ OLUN!
28 Sentyabr 2026 18:18
Heyvan dişləyibsə dərhal nə etməli? – Səhiyyə Nazirliyindən Sağlam radioda vacib xəbərdarlıq
28 Sentyabr 2026 11:44
Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb
28 Sentyabr 2026 09:36


Bakı -°C

