Əhməd əl-Şaraa İsrailin hücumuna reaksiya verdi

Suriya administrasiyasının müvəqqəti rəhbəri Əhməd əl-Şaraa İsrailin mayın 2-nə keçən gecə Dəməşqdəki prezident sarayının ərazisinə endirdiyi hava zərbələrini təhlükəli eskalasiya hesab edib.
Adalet.az xəbər verir ki, bu barədə Suriya prezidentinin ofisi məlumat yayıb.
"Əhməd əl-Şaraa prezident sarayının İsrail işğalçı qüvvələri tərəfindən bombalanmasını ən kəskin şəkildə pisləyir, o, bunu təhlükəli eskalasiya adlandırıb", - məlumatda qeyd olunub.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katz birgə bəyanatla çıxış ediblər. Onlar Suriya paytaxtında prezident sarayının yaxınlığındakı hədəfə hücum barədə məlumat veriblər. Yəhudi dövlətinin nümayəndəsinin bu addımı “Suriya rejiminə açıq siqnal” adlandırılıb.
Digər Xəbərlər

Ərdoğan-Tramp-Putin-Zelenski görüşü keçirilə bilər

Fahreddin Altun Azərbaycan mətbuatının 150-ci ildönümünü təbrik etdi

Bu ölkədə meymunçiçəyi virusuna görə tədbirlər görülür

İsrail və HƏMAS arasında TARİXİ RAZILAŞMA

Fidan: Türkiyə Rusiya və Ukrayna arasında danışıqlar üçün ideal yerdir

Abxaziyada Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıb

Doha’da “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans - FOTOLAR
