Əhməd İsmayılov jurnalistləri dildən düzgün istifadəyə çağırdı
Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunmasının vacibliyi ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətin diqqət mərkəzindədir. Dövlət başçısının AMEA-nın 80 illik yubileyində jurnalistləri ədəbi dil məsələsində xüsusi məsuliyyət daşıyan peşə sahibləri kimi qeyd etməsi, həmçinin bir müddət öncəki müsahibəsində bir daha bu vacib məqama toxunması medianın qarşısında daha böyük öhdəliklər qoyur.
Adalet.az xəbər verir ki, bu sözləri “Audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində” mövzulu elmi-praktik konfransda Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O qeyd edib ki, media subyektlərində çalışan əməkdaşlar tərəfindən dilin düzgün, səlis və ədəbi normalara uyğun tətbiqi vacib məsələlərdəndir. “Biz bu gün cəmiyyətin daha çox diqqət mərkəzində olan audiovizual mediada ədəbi dilimizin düzgün işlədilməsi məsələsini müzakirə edirik. Amma ölkə mediasının digər seqmentlərində də ədəbi dilimizin norma və prinsiplərinin qorunması bizim üçün eyni dərəcədə aktualdır. Artıq Mətbuat Şurasında Dil Komissiyası yaradılıb. Ölkə mediasının sistemli monitorinqinin aparılmasının bu sahədə buraxılan səhvlərin operativ formada aradan qaldırılmasına təkan verəcəyinə əminik.
Medianın İnkişafı Agentliyinin əsas prioritetlərindən biri də dövlət dilimizin mediada düzgün istifadə edilməsi prosesinə hassas yanaşmaqdan, bu sahədə jurnalist peşəkarlığının artırılmasına təkan verməkdən ibarətdir”,- deyə icraçı direktor vurğulayıb.
Digər Xəbərlər
13 Fevral 2026 14:16
Mətbuat Şurası Azərbaycan Televiziyasını təbrik etdi
10 Fevral 2026 13:31
“Media haqqında” qanuna dəyişiklik edilir
09 Fevral 2026 12:31
Bu məlumatları yayan media subyekti məsuliyyət daşıyacaq - Ali Məhkəmə
06 Fevral 2026 15:29
Mətbuat Şurası liseyindəki hadisə ilə bağlı jurnalistlərə çağırış etdi
03 Fevral 2026 18:31
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib - FOTOLAR
03 Fevral 2026 12:05
Mətbuat Şurası sosial media istifadəçilərinə çağırış etdi
27 Yanvar 2026 16:25
MEDİA Azərbaycan-Türkiyə strateji müttəfiqliyini hədəf alan dezinformasiyaya münasibət bildirdi
27 Yanvar 2026 11:54


Bakı -°C

