Əhməd Oruc insult keçirdi, vəziyyəti ağırdır
Bir neçə ay əvvəl bağlanan “Azadlıq” partiyasının sədri Əhməd Oruc insult keçirib.
Adalet.az xəbər verir ki, bununla bağlı lent.az-a Əhməd Orucun oğlu Abdul Oruc məlumat verib.
Onun sözlərinə görə, Ə.Oruc ürəyində ağrılarla bağlı dünən günorta saatlarında Elmi-Tədqiqat Kardiologiya İnstitutuna həkim qəbuluna gedib. O, institutda olarkən insult keçirib.
Oğlu qeyd edib ki, hazırda atasının vəziyyəti ağırdır və reanimasiyadadır.
Xatırladaq ki, bu ilin iyun ayında siyasətçinin oğlu Günxan Oruc vəfat edib. Günxan Oruc işlədiyi şirkətdə yıxılaraq çanaq sümüyündən xəsarət alıb, Mərkəzi Gömrük Hospitalında əməliyyat olunduqdan sonra ona gips qoyulub. 20 gün sonra həkim gipsi açıb və Günxan Oruc şok keçirərək həyatını itirib.
Digər Xəbərlər
14 Mart 2026 14:28
Hava şəraiti infarkt riskini artıra bilər
14 Mart 2026 12:47
Şəhid ailələri üçün tibbi müayinə aksiyası təşkil olunub - FOTOLAR
13 Mart 2026 17:57
TƏBİB bizə lazımdırmı?
13 Mart 2026 14:53
Azərbaycanda 1287 yeni İİV xəstəsi qeydə alınıb
13 Mart 2026 14:09
Murad Dadaşovun səhətində problem yarandı, xəstəxanaya yerləşdirildi - FOTO
13 Mart 2026 14:04
Azərbaycanda 10 nəfər qızılcaya yoluxub
13 Mart 2026 10:07
Şəkərli diabet xəstələri niyə saatlarla növbədə gözlədilir? - VİDEO
10 Mart 2026 13:20


Bakı -°C

