adalet.az header logo
  • Bakı -°C
21 Fevral 2026 14:01
87
İDMAN
A- A+

Əjdər Cəfərov baş katib təyin olundu

Azərbaycan Badminton Federasiyasında (ABF) baş katib vəzifəsinə yeni təyinat olub.

Federasiyanın mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, bu vəzifə Əjdər Cəfərova həvalə olunub.

Cəfərov Əjdər Xosrov oğlu daha öncə ABF prezidenti Taleh Ziyadovun idman məsələləri üzrə müşaviri vəzifəsini icra edib. O, idman funksioneri kimi zəngin karyeraya malikdir.

Əjdər Cəfərov 2011 – 2016-cı illərdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində çalışıb. İdman ustası, əməkdar məşqçi və olimpiya kateqoriyalı beynəlxalq hakimdir.