Zelenski Rutte ilə müzakirələr apardı
Ukrayna Prezidenti Volodimir Zelenski ilə NATO Baş katibi Mark Rutte arasında telefon danışığı olub. Tərəflər üçtərəfli sülh danışıqlarını müzakirə ediblər.
Adalet.az xəbər verir ki, bu barədə Zelenski özünün “Telegram” kanalında yazıb.
“Bütün əsas diplomatik məsələlərdə mövqelərimizi razılaşdırdıq. Sevinirəm ki, bir çox mövzuda baxışlarımız bir-birinə uyğun gəlir. Amerikayla və Rusiyayla növbəti üçtərəfli formatın hazırlanması barədə danışdım və tərəflərin mövqelərində ola biləcək dəyişikliklər haqqında bildiklərimizi paylaşdım”, - o bildirib.
Bundan əlavə, Zelenski Rutte ilə energetika məsələlərini və PURL proqramı üzrə işləməyin vacibliyini müzakirə etdiklərini qeyd edib.
Digər Xəbərlər
21 Fevral 2026 19:51
ABŞ qoşunları Qətər və Bəhreyndən təxliyə olunur
21 Fevral 2026 12:17
“Məhkəməsi 6 səsə qarşı 3 səslə prezidentin fövqəladə iqtisadi səlahiyyətlərə...”
21 Fevral 2026 10:58
Yaponiyada quş qripinə görə 560 min toyuq məhv ediləcək
21 Fevral 2026 10:57


Bakı -°C

