27 Iyun 2024 15:20
393
GÜNDƏM

Sayıqlama:"Bizi Ermənistan Bakısına qaytarsınlar, Kirovabada..."

İyunun 21-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin keçirilməsi  ermənilərin yuxusunu ərşə çəkib.

 Adalet.az xəbər verir ki, erməni ekspert Qriqori Ayvazyan yuxusu ərşə çəkilənlər sırasındadır. Beləki o, erməni mediasına “qızdırmalı” halda, sayıqlamalarla müşaiyət olunan  müsahibəsində deyib ki,  Azərbaycanda Ermənistan ərazisi hissələrə bölünərək öz uydurma adları ilə “Qərbi Azərbaycan” adlandırılıb. 1813-28-ci illərdə Qafqaza köçdüklərini unudan Ayvazyan Azərbaycanda keçirilən “Qərbi Azərbaycana qayıdış” festivalında Ermənistanın rayonlarına Azərbaycan yer adlarının təqdim edildiyini bildirib.

İndi durub Ayvazyan kimi kor bir ekspertə dərs keçə bilmərik ki,  Qərbi Azərbaycanda vaxtilə azərbaycanlıların yaşadıqları 499 kənd xaraba qalıb, 734 kənddə indi ermənilər yaşayır. Ermənistanda azərbaycanlılara məxsus 700 dən artıq inzibati ərazi vahidinin adları dəyişdirilib. Bunu siz köçəri haylar etmisiniz.

Minlərlə kənd ,şəhər, dağ, dərə, düz, çay, yamac, göl  və zirvələrimizin adını dəyişdirib erməniləşdirərsənsə, bizim də haqqımız odur ki, o yurdlarımızı unutmayaq , ora dönəcəyimiz günü ümidlə gözləyək!

Ayvazyan həm də narahat edən odur ki,”Qərbi Azərbaycan” təşkilatı bu tip tədbirləri tək Azərbaycanda keçirmir. O,   bundan əvvəl “Qərbi Azərbaycan” hökumətini qurduqlarını, Varşava və Londonda bir neçə tədbir keçirdiklərini, orada kral ailələrin nümayəndələrinin də iştirak etdiyini xatırladıb:“Buna görə də qeyd etməliyik ki, mənim fikrimcə, Artsaxı müvəqqəti işğal etməklə onlar öz planlarını və iştahlarını dayandırmayıblar və indi bütün Ermənistanın Azərbaycan olduğunu, İrəvanın Azərbaycan şəhəri olduğunu düşünürlər, konkret addımlar da atırlar. Onlar Ermənistanın qalan hissəsini Azərbaycan -Türkiyə tandemi daxilində indiki Ermənistan Respublikasına 19200 kvadrat kilometr ərazi iddiası olan anklav kimi təsəvvür edirlər. Ancaq demək istəyirəm ki, Ermənistanın indiki Azərbaycan Respublikasının 50 faizindən çoxunun Ermənistan əraziləri, yəni Şərqi Ermənistan olduğunu söyləməyə daha çox haqqı var.

Bizim də 500 mindən çox azərbaycanlı ermənimiz var və biz onlardan tələb edə bilərik və etməliyik ki, bizi Ermənistan Bakısına qaytarsınlar, qoşunlarını bütövlükdə işğal olunmuş Artsaxdan, həmçinin Kirovabaddan çıxarsınlar. Biz o istiqamətdə işləməliyik”.

Qeyd edək ki, erməni mediasının ötən həftə bir iddiası işıq üzü görmüşdü . Media yazırdı: Babayanın qohumları onun adından deyirlər ki, əgər 2000 insan toplaşa bilsə, onlar Xankəndiyə oradan çıxdıqları kortejlə qayıda biləcəklər.

 P.S. Sizə deyirəmmi, Ayvazyan qızdırmalıdır və sayıqlayır. Əslində isə bu tip separatçı fikir ermənilərin böyük əksəriyyətinin  həyat kredosudur.

Əntiqə Rəşid