adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Oktyabr 2015 17:24
92680
RUBRİKA

Ekstremal yataqxanada - FOTOREPORTAJ

11 ilkeçib, amma heç nə dəyişməyib. Sadəcə başa düşdüm ki, köhnə məkan sən böyüdükcə balacalaşır. Hər nəolursa olsun buralara bir də gəlməyəcəyimə söz verdim. Məhəlləmiz ölüb. Sönüb.Əslində ay ərzində bir neçə dəfə bu məhəlləmizə baş çəkirəm. Burada əmilərimqalır, onlara tez-tez qonaq gəlirəm.Uşaqlıq illərimin keçdiyi "Obşijitel” binasının ilk mərtəbəsində mən və ailəmyaşayırdı. Dəhlizimizdə keçirdiyimiz anları yada salmaq açığı sıxıntıdan başqaheç nə vermirdi. Çünki hazırkı vəziyyətdə tək olanda həmin yoldaşlarıma əlimçatmır.

Nizami rayonunda yerləşən "Rüstəm Rüstəmov-13” küçəsindənsöhbət açıram...

Əslindəməqsədim keçmiş illəri yada salmaqla bərabər bir müxbir kimi binanın Ağdam rayonundanolan məcburi köçkünlərinin və digər sakinlərin problemlərini işıqlandırmaqdır.Qapıları döysəm də hələ qarşıma bir tanış insan çıxmırdı. İndi sözügedənyataqxanada Azərbaycanın müxtəlif şəhərlərindən olan "xarici vətəndaş”laryaşayır. 2004-cü ildə biz də 15 kvadrat metrlik evimizi başqasına satıb gedəndəheç ağlıma gəlməzdi ki, nə vaxtsa bura qayıdacam və uşaqlıq ömrümün keçdiyi həminevin qapısını döymək istəyəndə qapının yeri hörülmüş vəziyyətdə olacaq. Çox təsirləndimvə üzüldüm. İndi sözügedən mənzilin yeni sahibi necə deyələr, evin içini ovubmüasir mənzilə çevirib. Bunu başqa divardan açılmış qapıdan qonaq olandagördüm. Qaçqın yataqxanamızda bu cür müasir vəziyyətə salınmış evlər çoxdur.Amma məsələ ondandır ki, adəti deyimə uyğun olmayan təəssürat yaratdı məndə:"Altı bəzək. Üstü təzək”. Yataqxanaya "Ümumi yaşayış yeri” adı elə-belə verilməyib.Çünki burada əvvəllər məcburi köçkünlərin və qaçqınların məişət tələbatlarınıödəmək üçün təchiz olunan hamam və mətbəxümumi istifadə üçün nəzərdə tutulmuş və hər bir mərtəbənin dəhlizlərindəmövcud idi. Yəni heç bir evdə mətbəx və ya hamam-tualetə rast gəlinmirdi. Lakinzamanla köhnə və yeni sakinlərin müasir standartlara cavab verən mənzildə yaşamaqarzularını reallaşdırması nəticəsində binanın daxildən "ovulması”na gətirib çıxardı.İndi hansı mənzilin qapısını döysən, orada kiçik bir eyvanda yer almış hamam vəmətbəxə rast gələ bilərsiz. Yuxarıdaqeyd etdiyimiz "Objijitel”, yəni Ümumi yaşayı yeri” adını rahatlıqla namədənsilə bilərik. Maraqlıdır ki, sakinlərin bu təşəbbüsü binanın strukturuna ağır zərbəvurur ki, gələcəkdə onları gözləyən təhlükələrin olması şübhə doğurmur. Aidiyyətiqurumların buna göz yumması isə birmənalı qarşılanmır. Sözsüz ki, sakinləriqınamaq olmazdı. Nəticədə belə düşünmək mümkündürsə, köhnə bina işgəncəyə məruzqalıb. 70-ci illərdə tikilmiş binanın mənzilləri göz oxşasa da, xarici görünüşüvə dəhlizləri heç dəyişməmişdi – eynilə qaçqın yataqxanası kimi qalıb.

Söhbətaçdığımız binada keçmiş SSRİ hakimiyyəti vaxtında Bakı Sınaq Mexaniki TəmirZavodunun işçiləri qalırdılar. Yaşayış binası elə həmin Zavodun işçi heyətiüçün tikilmişdi. Qarabağ müharibəsindən sonra, 1992-ci ildə yüzlərlə ailələri bu yerlərə köçürdülər.Hər kəs kimi bizim ailəmizə də 15 kvadrat metrlik təkotaqlı və bir eyvanı olan ev verilmişdi.Çox çətin vaxtlar idi, eyni zamanda ailə başçılarımızın evi dolandırmaq üçün nəəziyyətlər çəkdiklərinin fərqinə varmayan ərköyün və xoşbəxt uşaqlıq illərimizolub. Binanın qarşındakı həyət isə bizim futbol meydançamızdır. Dəfələrlə məhəllələrarası kubok oyunları keçirmişik (kubokumuz isə həmişə futbol topu olurdu). İndiisə qeyri-qanuni əməllərindən geri qalmayan "xarici vətəndaşlar” eyvanlarını önəçəkərək xatirələrimizin üstündən də xətt çəkiblər.

65 yaşlı qocanın 40 yaşlı bina dərdi

Axır ki,bir qədər axtarışdan sonra bu şəlakətli yataqxanada bir tanış qarşıma çıxdı. Paşa dayı mənigörəndə çox sevindi və evinə dəvət elədi. Deyir uşaqlığın yadımdan çıxmaz: "Hələalça ağacına daş atıb meyvə dərmək istəyərkən şüşəmizi sındırmağını unutmaqmümkün deyil (gülür)”.

Paşadayı ilə beləcə uzun müddət söhbət edib içimizdəki xatirələri oyatdıq. İndi 65yaşı var. Deyir qocalıq ömrün ən duyğusal vaxtıdı, sən də gəldin lap kövrəldim.İndi balaca sakinlər də gözə dəymir, əvvəllər bayırda tez-tez görünən uşaqlarvar idi. İndikilər hamısı sarılıb telefona, kompüterə. Yəqin ki, özün də gəzibgörmüsən”.

Dövlətinev verəcəyini gözləyən bu ahıl insan aidiyyəti qurumlardan da gileylənir: "Bəziqonşularımıza şəhərin kənar qəsəbələrində yer verilib. Artıq 3 ildən çoxdur ki,biz də ev gözləyirik. Ancaq təəssüf ki bizi saya alan yoxdur. Dəfələrlə Mənzilİstismar İdarəsinə baş çəkmişik. Hər dəfə deyirlər səbir edin, yaxşı olacaq.Keçən dəfə qulağıma xəbər çatdı ki, tikintilər dayandırılıb. Belə olmaz, bubinanın 40-dan çox yaşı var. SSRİ-nin tikilisi olanda nə olar. Axır-əvvəlburanı da sökəcəklər. O zaman isə 5-dən-3-dən pul verib başımızı aldadacaqlar,sonra isə buradan da didərgin düşəcəyik. Hələ 2006-cı ilin noyabr ayında baş verən zəlzələni demirəm. O zaman binanınböyür hissəsi çatlamışdı, baxan olmadı. Sovet keyfiyyətinə axı nə vaxta kimietibar etmək olar. İndi sakitçilikdi, amma bir gün bu bina başımıza uçsa onda məsuliyyətinnə olduğunu dərk edən tapılacaq. Sənin babanı da yaxşı tanıyıram, oğullarının hərəsinəAğdamın Xıdırlı kəndində böyük bir ev tikdirmişdi. Eləcə də bizim də 2 mərtəbəlievimiz qaldı Ağdamda. O gün nəvəm mənə internetdən kəndimizi göstərir, həyətimizigörəndə ürəyimə elə bil nəsə sancdılar, başıma qaynar su tökdülər. Çox pisoldum. Hər tərəfi alaq-ot basmışdı, evimizin bircə bünövrəsi qalıb”.

Qorxu dolu keçmişi bərpa etmək olmur

Köhnəqonşumuzla sağollaşıb binanın indiki halına şahid olmaq üçün dəhlizləri pillə-pilləgəzdim. Yuxarı mərtəbələrdə gördüyüm mənzərə mənim kimi yüksəklik qorxusu olanbir insanı təəccübləndirməyə bilməzdi.Burada yuxarı qalxmaq üçün pilləkən olduğuna sevindim, çünki yeganəvasitə həmin pilləkənlər idi, tutacaqlar isə bəzi mərtəbələrdə yox həddinəçatmışdı - bir hissəsi sınıb düşmüşdü. Hər birimiz uşaq olmuşuq və bilirik ki,uşaq yıxıla-yıxıla böyüyür. Ancaq yüksək mərtəbədən aşağıdakı qatlara yıxılmaq kimibir faciə həmin uşağın böyüməsinə imkan verməyəcək. Yadımdadır ki, 2000-ci illərinəvvəllərində 4-cü mərtəbənin eyvanında bir dostum yaşayırdı. Adı Yusif olan buuşaq evlərinin eyvanı nasaz olduğuna görə, həmin mərtəbədən yıxılmışdı. Beləyerdə deyərlər ki, "anası namaz üstdə olub”. Binanın eyvanlarındakı asılqanlarşəbəkəsi Yusifə sipər olub onu ağır xəsarətlərlə yerə endirdi. Həmin faciəninizləri hələ də onun üzündə - qaşında, ağzında və bədəninin bir neçə yerindəqalıb. Nə olsun. Yenidən həmin eyvanı bərpa etdilər. Amma qorxu dolu keçmişi bərpaetmək olmur. Yəqin ki, torpaqlarımızdan didərgin düşməsəydik bu cür hallararast gələ bilməzdik. Psixoloji sarsıntılar üzündən özünə qəsd edənlər də olub.

"20 il əvvəl qaçqınları bu mənzillərə yerləşdirəndəonlara söz verilmişdi ki, müvəqqətidir”

ƏsasənAğdam rayonundan gələn məcburi köçkünlərin yaşadığı bu binanın strukturu bir nəfərüçün nəzərdə tutulmuş otaqlardan ibarətdir. Şamil Soltanov 20 ilə yaxın müddətdəsözü gedən Zavodda işləyib, daha sonra isə məcburi köçkün kimi, həmin binada məskunlaşıb:

"İnditicarətlə məşğulam, 10 il əvvəl ailəmi də götürüb köçdün Masazır qəsəbəsinə.Şükür Allaha, 4 otaqlı evimi tikdirib yaşayıram. Burada dostumun oğlu yaşır, tələbədir. Hərdən görüşəndəmənə deyir ki, çalışıram ki dərsdən gələn kimi otağıma qapılım. Çünki burada mənimləeyni ölçüdə olan bir mənzildə 7-8 nəfər külfəti olan ailələr yaşayır. İstəmirəmki, belə bir mənzərə ilə rastlaşım. Mənim qaldığım mənzildə nə hamam var, nə dətualet. Dəhlizin ən küncündə vaxtilə ümumi istifadəyə verilmiş hamam-tualetyerləşir. Qapıları da sökülüb. Şəraitdən isə danışmağa dəyməz. Suyu ümumu mətbəxdə,köhnə qaz sobasının üstündə qızdırıb yuyunuram. Dəfələrlə şikayət etmək istəmişəm,amma buradakı qonşuların susqunluğu mənə stimul vermir. Tələbənin haradayaşadığı vacib deyil, bir gün burda, başqa bir gün isə digər bir evdə kirayətutub yaşayacaq. 20 il əvvəl qaçqınları bu mənzillərə yerləşdirəndə də onlara sözverilmişdi ki, müvəqqətidir. Amma bu müvəqqəti yaşayış o qədər uzun çəkdi ki,artıq burada məcburi köçkün ailələri barmaqla sayılası qədər qalıb”.


Sakinlərinproblemləri istəmədən nostalji emosiyalarımı pozdu. İçimdəki nigarançılığa sonqoymaq üçün binanın səlahiyyətli nümayəndəsi sayılan Mənzil İstismarı İdarəsiilə əlaqə saxladım. Təəssüf edirəm ki, cavab verən olmadı. Daha sonra həminkatibə cavab verərək qurumun əsas idarə heyəti sayılan rəis və mühəndisin olmadığınısöylədi. Hər halda sakinlərin söylədikləri mənə kifayət edəcək məlumatlar bəxşelədi. Lakin hər hansı bir təsəlliyə ehtiyac var idi. Məcburi köçkün kimi yurddandidərgin düşəndə də təsəlli ala-ala gəlmişik.

Rüfət Soltan