Elçin Alıoğluna qarşı sui-qəsd hazırlanıb
Bakı Ağır Cinayətlər Məhkəməsində “Trend” Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini, “Baku Network” analitik platformasının rəhbəri, Azərbaycanın aparıcı siyasi şərhçilərindən və beynəlxalq təhlükəsizlik sahəsində ekspertlərindən biri olan Elçin Alıoğluna qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Adalet.az xəbər verir ki, məhkəməyə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28-ci (cinayətə cəhd) və 277-ci (dövlət xadimi və ya ictimai xadimin həyatına sui-qəsd) maddələri üzrə ittiham olunan Sarıcanov Abülfəzl Azər oğluna qarşı cinayət işi təqdim edilib. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxs Elçin Alıoğluna qarşı hücumu məqsədyönlü şəkildə hazırlayaraq, cinayətin vaxtını və detalları diqqətlə planlaşdırıb.
Bu gün hakim Səbinə Adil qızı Məmmədzadənin sədrliyi, hakimlər Eldar Hüseyn oğlu İsmayılov və Sabir Sübhi oğlu Hüseynovun iştirakı ilə keçirilən hazırlıq iclasında tərəflərin mövqeləri dəqiqləşdirilib və işin gələcək baxış qaydası müəyyən edilib.
Digər Xəbərlər
06 Dekabr 2025 20:20
Məhkəmə Tulin Ələkbərova ilə bağlı həbs qərarı verdi
06 Dekabr 2025 12:36
Külli miqdarda dərmanın ölkəyə gətirilməsinin qarşısı alındı
05 Dekabr 2025 16:11
DİN və AQTA birgə tədbir keçirdi - 1 tondan artıq yararsız at əti aşkar olundu - VİDEO
05 Dekabr 2025 10:04
Tulin Ələkbərova tələbəsi ilə birlikdə saxlanıldı
04 Dekabr 2025 20:07
Güzəştli mənzillərin seçiminə edilmiş kiberhücum cəhdinin qarşısı uğurla alındı - BİRGƏ MƏLUMAT
04 Dekabr 2025 18:36
"Elə bil toyda oynayırdılar" - Ərəblərin məhkəməsində şahidlər danışdı
04 Dekabr 2025 13:43
Yasamalda avtomobil qaçıran şəxslər saxlanıldılar
04 Dekabr 2025 11:42


Bakı -°C

