Elçin Əmirbəyov Brüsseldə mina problemi haqqında məlumat verib
Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olduğu illərdə mina və digər partlayıcı qurğularla çirklənmiş ərazilərin təxminən 13,4 %-i, yəni 11 667 km² hələ də təmizlənməmiş qalır.
Adalet.az "The Belgium Times"da dərc olunmuş məqaləyə istinadən verdiyi xəbər verir ki, bu məlumatlar Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Azərbaycanın Brüsseldəki səfirliyində jurnalistlərlə görüşü zamanı təqdim edilib.
Materiallara əsasən, 1991-ci ildən bəri 3400-dən çox Azərbaycan vətəndaşı mina, PHS və digər partlayıcı qurğuların qurbanı olub. Təkcə 2020-ci ilin noyabrından 2023-cü ilin noyabrına qədər olan dövrdə 412 yeni hadisə qeydə alınıb, onlardan 341 nəfər yaralanıb, 71 nəfər həlak olub.
Məlumatda həmçinin ərazilərin minalardan təmizlənməsi prosesində aşkar edilmiş qurğular haqqında ətraflı statistika da yer alır:
- 39 728 piyada əleyhinə mina,
- 22 822 tank əleyhinə mina,
- ümumilikdə 232 522 partlayıcı qurğu, o cümlədən 169 972 partlamamış döyüş sursatı və 62 550 mina.
Bu günə qədər 2 427 km² ərazi minalardan təmizlənib, bu da mina ilə çirklənmiş ərazilərin ümumi sayının 20,8 %-ni təşkil edir. Genişmiqyaslı mina çirklənməsi həmçinin məcburi köçkünlərin geri qayıtması üçün də ciddi maneə olaraq qalır./Report
Digər Xəbərlər
12 Yanvar 2026 19:00
Kəmaləddin Heydərov Fələstin səfiri ilə görüşdü
12 Yanvar 2026 16:43
"Bu gün ölkəmizdə qazlaşma 96 %-ə çatıb" - Prezident
12 Yanvar 2026 15:42
Bakı və Abşeronda su təchizatının təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiqləndi
12 Yanvar 2026 15:33
"Leysan yağışları yağan kimi şəhər nəqliyyatı iflic vəziyyətinə düşür" - Dövlət başçısı
12 Yanvar 2026 15:32
"Elektrik enerjisi ilə təchizat bütün ölkəni əhatə edib" - İlham Əliyev
12 Yanvar 2026 15:31
"Daha iki böyük su anbarının tikintisinə hazırlıq işləri gedir" - Prezident
12 Yanvar 2026 15:27
Prezident müşavirə keçirdi - Bu məsələlər müzakirə olundu - YENİLƏNİB
12 Yanvar 2026 14:06


Bakı -°C

