Əlirza HƏSRƏT: BURAXMADILAR
(Şair Əjdər Olu azadlıqda görmək arzusuyla)
İçimdə kükrəyən doluyam,qaram,
Divanə ney kimi sızlayır yaram.
Xəbərin oldumu,Ağalar Bayram,
Yenə Əjdər Olu buraxmadılar.
Keçdi,dayanmadı ümid qatarı,
Neynirlər budaqdan kal düşən barı?
Görəsən bildimi "şair dostları",-
Yenə Əjdər Olu buraxmadılar.
Əl-ayaq soyudu əkin-biçindən,
Bir durna ayrılıb qərib köçündən.
Qazamat od tutub yanır içindən,
Yenə Əjdər Olu buraxmadılar.
Nağıl qurtarmamış düşdü alması,
Yamandır dibçəkdə gülün solması.
Dəhşətdir şairin dustaq olması,
Yenə Əjdər Olu buraxmafılar.
Ov perik düşübsə,ovçu çoxalıb,
Yalançı çoxalıb,gopçu çoxalıb.
Bəlkə aramızda qoçu çoxalıb,
Yenə Əjdər Olu buraxmadılar.
Zəvvarı gəlməyən ocaq,pir yetim,
Açanı yoxdursa,demək sirr yetim.
Neyləsin bu qələm,bu şeir yetim,
Yenə Əjdər Olu buraxmadılar.
...Ədalət qələbə çalacaq sonda,
Günəş parladıqca,açılar don da.
Əlirza,gün gələr demərik onda,
Yenə Əjdər Olu buraxmadılar?!..
Digər Xəbərlər
25 Sentyabr 2026 19:46
Firidun Ağazadənin şeirləri
25 Sentyabr 2026 18:00
“ZƏFƏR TARİXİMİZ SƏTİRLƏRDƏ”
25 Sentyabr 2026 11:33
Ruhun üç çevrilməsi və yazılmış vərəq - Əli Şirin Şükürlü yazır
25 Sentyabr 2026 11:32
Ay Bəniz Əliyarın ŞEİRLƏRİ
25 Sentyabr 2026 09:30
""Allah" sözünü böyük hərflə yazmaq dil qaydalarına görə səhvdir"
24 Sentyabr 2026 13:55
AMEA-da “I Türkoloji Qurultayı arxiv sənədlərində” kitabının təqdimatı keçirildi
24 Sentyabr 2026 10:51
“Kaş ki”lər bitmir... - Pərvanə Bayramqızı yazır
24 Sentyabr 2026 08:38


Bakı -°C

