Elm sahəsində liderlik edən ölkələr...
Bünyamin Bünyadzadənin təqdimatında...
Bu gün dünyanın bütün ölkələrində elm mərkəzlərinin fəaliyyətini bilirik. Lakin bir reallıq var ki, dünyanın elm sahəsində aparıcı ölkələrinin iştirakı olmadan müasir elmi yeniliklər az hallarda olur. Bununla bağlı ABŞ Milli Elm Fondunun (NSF) məlumatına əsasən, dünyada elm və mühəndislik sahəsində 2 555 959 məqalə dərc olunub. Bu da on il əvvəl qeydiyyata alınmış 1755 850 məqalədən daha çoxdur.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, son on il ərzində bu sektorda qlobal tədqiqatların həcmi hər il təxminən 4% artıb, Çinin artım tempi isə dünya üzrə orta göstəricilərdən iki dəfə çoxdur. ABŞ 2008-ci ildə bu sahədə lider olsa da, hazırda elmi-tədqiqat işləri sahəsində dünyanın aparıcı ölkəsi kimi Çin tərəfindən sıxışdırılıb.
ABŞ 2008-ci ildə 394 979 elmi məqalə dərc etdirməklə Çini (249 049) qabaqlayıb. Keçən il isə Çin 528 263 məqalənin dərci ilə 422 808 məqalə dərc etdirmiş ABŞ-ı üstələyib. Hindistan 2018-ci ildə 135 788 elmi məqalə ilə üçüncü yeri tutub. Avropa İttifaqının dərc olunmuş məqalələrinin ümumi sayı 622 000 təşkil edib ki, bu da ümumi dünya göstəricisinin dörddəbiri deməkdir. Bu göstərici Çin üçün 20,67, ABŞ üçün 16,54 faizdir.
Digər Xəbərlər
20 Dekabr 2025 15:00
“600 bal toplayan 200 nəfərin göstəricisini ləğv etmişik” - DİM sədri
18 Dekabr 2025 12:33
"Ali təhsil müəssisələri rəqabətə hazır olmalıdırlar" - Nazir
18 Dekabr 2025 12:05
Təhsilin İnkişafı Fonduna yeni sədr təyin olundu
18 Dekabr 2025 10:45
Azərbaycan Universiteti ilə ADNSU arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb
17 Dekabr 2025 12:01
45 məktəbdə istilik sistemi yeniləndi
17 Dekabr 2025 10:33
Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir - VİDEO
12 Dekabr 2025 14:24
Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
10 Dekabr 2025 18:50


Bakı -°C

