"Ən gözəl kişi mənim sənətimdi" - Müsahibə

Səhnəyəgələndən bəstələri, fərqli ifa tərzi, ekstravaqant geyimləri, fikirləri iləgündəm yaratdı. Qınayanları, sevənləri, qibtə edənləri oldu. Hər nə etdisəmüzakirə olundu. Özü və yaradıcılığı haqqında danışanda zamanı qabaqladığınıdeyir. Nə bilmək olar, bəlkə də haqlıdı. Tarixin səhifələrində yaşadığıdövranda qəbul edilməyib, zəmanəsində dəli deyilib illər sonra dahiadlandırılanlar o qədər olub ki! Təki bu da onlardan biri olsun!
Ürəyidolu idi. Sözün birini qoyub, o birini danışırdı. Əsəbləşdi, qarğıdı, özdediyini özü təkzib etdi, kövrəldi, kükrədi. Bir sözlə, həmişəki kimi maraqlı vətəzadlı Elza Seyidcahan - bəstəkar, müğənni, gözəl qadın və son zamanlar yeni məşğuliyyətiolan şairliyi ilə "Ədalət" qəzetinin qonağı oldu.
İradəTuncay: Sizin yaradıcılığınızla danışığınız arasında çox böyük fərq var.Özünüzü ifadə edə bilmirsiz. Hərdən fikirləşirəm ki, çox qeyri-adi, fərqlimahnıları yaradan adam necə bu qədər bəsit danışa bilər?
ElzaSeyidcahan: Pafosla danışmalıyam?
İradəTuncay: Yox, pafosla nə üçün! Bəlkə də çox oxumamısız, mütaliəniz azolduğundandı...
ElzaSeyidcahan: Sizinlə razı deyiləm... Bəlkədə sadə danışıram, fikrimi tam çatdıra bilmirəm, bu mövzudan digərinə keçirəm.Bunlar hamısı mənim emosianallığımdandı. Amma həmişə fikrimi aydın, məntiqləifadə etmişəm. Mən siyasətçi deyiləm ki, gözəl danışım.
İradəTuncay: Bəlkə o zaman susmaq lazımdı?
ElzaSeyidcahan: Susuram da elə... Başqalarının fikrinə də hörmətlə yanaşıram. Ammakimsə mənə məcburi öz fikrini sırıya bilməz. Mən elə insanam ki, kənardan özümügörməyi çox gözəl bacarıram. Burda məni, tutalım nə qədər tərifləsəniz də, bunalayiq olmasam, o tərifi qəbul etmərəm.
İradəTuncay: Mən sizin ancaq musiqinizi tərifləyəbilərəm, şeirlərinizi yox! Şeirlərinizi qəbul eləmirəm. Onlar heç şeir dədeyil. Sizi musiqidə heç kim inkar edə bilməz! Şəxsən mən ilk dəfə sizə qulaqasanda anlamışdım ki, yeni bir musiqi tərzi gəlir.
"Mənuğur məbədimi artıq qurmuşam. Dalımca danışanlar o məbədin gümbəzini qururlar”
ElzaSeyidcahan: Vaxt var idi mənim musiqimidə tərifləmirdiz. Mən vaxtilə musiqi yazmağa başlayanda məni qəbul eləmirdilər.Mənimlə bir başlayanlardan, hətta ara müğənnilərindən pul alıb efirəburaxıblar, amma məndən yox. Rəhmətlik Telman Adıgözəlov telekanallarda deyərdiki, Elza istedadlı qızdı, onu irəli çəkin. Mənə də həmişə dəstək olub deyirdiki, sən onsuz da Elza Seyidcahan olacaqsan. Mən ondan soruşurdum ki, mənə buyaxşılığı niyə edirsiz, cavab verirdi ki, mən bunu elədim, ya eləmədim onsuz dasən irəli gedəcəksən, sənin gələcəyini görürəm. Aktyorlar üçün yazdığım o himntarixə düşüb. Deməyim odur ki, məni dəyərləndirənlərolub və indi də var. Kimlər ki, məni qəbul eləmir, onlar məni vurmaq, meydandanuzaqlaşmaq istəyənlərdi. Mahnılarım artıq qəbul olunmağa başlayanda, mükafatlarqazananda, həmin o "biz"ləyənlər dərhal tərifə keçdilər. Haqqımdalağ-lağı danışanlar içlərində yana-yana qalanlardı. Onlar bilirsiz kimlərdi?Çör-çöplər, yuxarıda yeri olmayıb, aşağını bəyənməyənlər, yəni uğursuzlar. Mən uğur məbədimi artıq qurmuşam. Dalımcadanışanlar o məbədin gümbəzini qururlar. Amma o qədər boş danışıb qanqaraldırlar ki, bəzən yaxınlarım belə məni anlamır. Oğluma deyirəm ki, mənəmükafat verirlər. Cavab verir ki, səni ələ salırlar, ona görə verirlər. Deyirəmki, qoy səni də ələ salıb mükafat versinlər də... Mənə mükafatı verənlərbaşdanxarab adamlar deyillər. Onlar ziyalı, səviyyəli insanlardı. Mənə elə yerdənmükafat veriblər ki, o bir neçə günə üzə çıxanda qurbağa gölünə daş atılacaq. Hələlikbircə onu deyə bilərəm ki, mükafatı verən başqa ölkədi. Yaxınlarım çox vaxt əsəbiləşirlər,haqqımda yazılanlar onları da qıcıqlandırır. Deyirəm ki, qurban olum, həmişəsizin arxanızdayam. Amma mənə görə əgər sizi də təhqir edəcəklərsə, məndənimtina edin, onlar mənə bir daş atanda siz ikisini atın, deyin ki, Elza bizdəndeyil, dözməyin, qəbul eləməyin... (kövrəlir).
İradəTuncay: Niyə ağlayırsız?!
ElzaSeyidcahan: Sadəcə anlayıram ki, siz də məni vurmağa çalışırsız. Mən bunu hissedirəm. Mən sizdən gözləyirdim ki, İradə xanım, sizin kimi bir insan mənəqahmar çıxsın. Amma mənə dedilər ki, siz mənim haqqımda yaxşı danışmamısız.Deyirdilər, məni tənqid edənlərdən biri İradə Tuncaydı. Dedim ki, mən onuniradını qəbul edərəm, ona görə yox ki, o Məmməd Arazın qızıdı, ona görə ki, əvvəlayaşca böyükdü, ikincisi özünə, qələminə dərin hörmətim var. Dünən televiziyadasizi izlədim, necə gözəl, səlis danışırdız, bir mövzudan o birinə hissolunmadan keçirdiz. Fikirləşdim ki, bunumənə deyənlər bəlkə ara vurmaq istəyirlər, yalan deyirlər. Ona görə də bura gəldim.Amma gördüm ki, yox, yalan deyilmiş... Yenə də Allah canınızı sağ eləsin. Mənbura Məmməd Arazın kitablarını götürməyə gəlmişəm. Verməsəniz də başqa yerdənalaram. Amma onu bilin ki, sizə böyük hörmətim var.
İradəTuncay: Sizi bura ona görə dəvət eləmədim ki, əsəbiləşib kövrələsiz...
ElzaSeyidcahan: Kövrəlməyim təkcə bu səbəbdəndeyil, evdə qanqaraçılıq var. Elə haqqımda danışılanlara, yazılanlara görə.Artıq tənqiddən təhqirə keçiblər. Oğlum da yaman əsəbiləşmişdi. Güclə qabağınıalmışam. Həmin o təhqir edəndən də polisə şikayət eləmişəm.
İradəTuncay: Həddən artıq ciddiyə alırsız haqqınızda deyilənləri.
SübhanMahmudlu: Həm də çox aqressivsiz, bəlkə də, bu üzdən məsələyə belə əsəbiyanaşırsız...
ElzaSeyidcahan: Yox, mən aqressiv deyiləm, həmişə təmkinimi qorumağa çalışmışam.Burda əsəbiləşdim bir az, bağışlayın. Dediyim kimi, haqqımda yazılan təhqirdolu son şeir məni təbdən çıxartdı. Ürəyim doludu, problemlərim çoxdu. İkigündür gözümə yuxu getmir. Bir tərəfdən dostları da oğlumun beyninidoldururlar... Oğlumu birtəhər başa salmışam ki, səni qızışdıranlara fikir vermə.
İradəTuncay: Baxın, Elza xanım, musiqi cameasında elit və ara müğənnilər olduğu kimijurnalist və yazarlar arasında da bu təbəqələşmə var. Mətbuatın yuxarı təbəqəsindəsizin haqqınızda heç bir təhqiramiz söz yazıla bilməz. Bu gün bu təhqirlərigüman ki, təşkil eləyən var, vaxtınızı, iş-gücünüzü buna həsr eləməyin nə mənasıvar?
ElzaSeyidcahan: Axı bu təhqirləri oxuyan sadə xalq bunu bilmir! Görün nə yazıblar(Cavidan adlı bir qızın ona "ithaf" elədiyi şeiri oxuyur) Burda nəinkiməni, atamı belə təhqir edir. O qızın buna nə ixtiyarı var? Belələrini ancaq gərəkməhkəmələrdə süründürəsən! Onu müflis eləməyincə, əl çəkən deyiləm! Yoxsa gələcəkdəbelələrinin qabağını almaq olmaz.
ŞəfiqəŞəfa: Elza xanım, belə görünür ki, siz təxribata tez uyan adamsız...
ElzaSeyidcahan: Yox, mən təxribata uymuram. Sadəcə, nə qədər dözmək olar, artıq buadamları yerində oturtmaq lazımdır!
İradəTuncay: Axı belə şeylər sizi sənətinizdən kənara çəkir, vaxtınızı alır!.. Əsəblərinizsəhhətiniz gedir...
ElzaSeyidcahan: Mən belə şeylərə baş qoşan deyildim, illərdir danışırlar, mən heçkimə fikir vermədən yazmaqda, bəstələməkdə davam edirəm. Amma artıq ağınçıxardıblar. Həm də sizin kimi hörmət etdiyim adamların da mənə qarşı çıxması qəlbimətoxundu. Mən sizi çox istəyirəm.
İradəTuncay: Qarşılıqlıdı, mən də sizi çox istəyirəm, amma bir bəstəkar kimi görməkistəyirəm, şair kimi yox!
ElzaSeyidcahan: Siz gərək belə danışmayaydız. Məmməd Arazın qızısınız, gərək eləilk siz məni başa düşəydiz.
İradəTuncay: Nəsiminin kəkələmək şeiri deyirsiz, o hansı janrdadı? (sonradan baxdıq - həqiqətən belə qəzəl varmış. Ammahürufatın sırasıyla yazılıb. Kəkələmək deyil - redaktordan)
ElzaSeyidcahan: Onu siz tapmalısız e... Bu boyda "Ədalət" qəzetidi. Gedinaraşdırın, məndən niyə soruşursuz ki!..
İradəTuncay: Qəzet şeir araşdıran orqan deyil!
ElzaSeyidcahan: Mən yaradıcılığımı açıqlamalı deyiləm. Hansı sənət və ya qələmadamı öz əsərini açıqlayıb onun izahını verir ki! Mən bəstəkaram, mahnımı yazıbortaya çıxardıram və ya şeir yazıram. Müsiqişünaslar, tənqidçilər var, götürübaçıqlasınlar. Bəzən buna ehtiyac qalmır. Elə sadə adamlar yazdıqlarımın izahınıverirlər ki, özüm də mat qalıram. Həmin adamlar nə vəzifəlidirlər, nəyazardılar. Sadə vətəndaşdılar. Ammabaşqaları anlamadıqlarından məcbur oluram. Bax, Nəsiminin qəzəlinə qayıdaq:insan sevəndə kəkələyir, hisslərini, sözlərini aydın çatdıra bilmir.
ŞəfiqəŞəfa: İfadə edəndə, danışanda kəkələyə bilər, yazanda adam kəkələmir.
ElzaSeyidcahan: Mənim aləmimdə belədi. Əsərlər, şeirlər həyatdan götürülüb. İnsanınövladı necə özünə əzizdisə, mənim də yaradıcılığım əzizdi. Mən onu yaratmışam,mənim bəhrəmdi. Şikəst uşağı valideyni aparıb uşaq evinə atanda qınayırıq ki,insan öz övladını necə atar! Bax, yaradıcılıq odur, pis də olsa, yaxşı da olsasənindi.
ŞəfiqəŞəfa: Belə çıxır ki, siz öz yaradıcılığınızı şikəst hesab edirsiz?..
ElzaSeyidcahan: Sizlərin gözüylə baxanda belə çıxır. Mənim aləmimdə belə deyil, qüsursuzdu.
SübhanMahmudlu: Maraqlıdı, siz hər şeyi necə düşünürsüzsə, elə də görmək istəyirsiz...
ElzaSeyidcahan: Bu mənim düşüncəmdi, mənim fikirlərimdi. Nə siz mənə öz fikirləriniziyeridə bilərsiz, nə də mən sizə. Sizin düşüncənizə müdaxilə eləmirəm ki, niyə mənəhansısa fikri yeritməyə çalışırsız? Siz təpədən dırnağa başqa insansız, mənbambaşqa.
ŞəfiqəŞəfa: Elza xanım, onsuz da bəstələrinizlə, geyimləriniz və fikirlərinizlə gündəmdəydiz,çox müzakirə olunurduz. Bir də şeir yazmaq nəyinizə gərək idi? Şeirə başlayandafikirləşmirdiz ki, bu da tənqidə səbəb ola bilər?
"Heçkəs yazmayanda mənşeir yazırdım”
ElzaSeyidcahan: Xeyr, mən şeir yazmağa uşaqlıqdan başlamışam. O vaxt nə bəstəkaridim, nə də indiki Elza Seyidcahan! Heç kəs yazmayanda mən şeir yazırdım. 8yaşımdan yazıram - təbiətə, anaya, vətənə aid. Hətta uşaq vaxtı şair olmaq istəyirdim.Anam məni o vaxt Sumqayıtda şairlər dərnəyinə aparardı. Sonra pavidlaqablarında nağara çalmağa başladım. Anam o qabların ağzını kəsib dəri üzlük çəkdi.Əllərimin yara olduğunu görüb nənəmgil mənə əsl nağara alıb yolladılar.Əmimoğlanları o nağaranı çalmaqdan partlatdıqdan sonra qarmona başladım. Bu dəfədə nənə köməyə gəldi, mənə qarmon hədiyyə elədi. Sonra birdən şeirlərimə musiqiyazmağa başladım...
ŞəfiqəŞəfa: Yəni şeiri yaradıcılığınızın bazası hesab edirsiz. Musiqi yazmaq təsadüfənalınıb...
ElzaSeyidcahan: O da Allahın bir işidi də, qarmondan imtahan verirdim, elə bilAllah özü yönəltdi məni bəstəkarlığa. Anam da bunu görüb mənim üçün piano aldı.Məni qarmondan uzaqlaşdırdı, halbuki qarmonla toylara getmək istəyirdim. Hissedirdi ki, bəstəkar olacam, məni qarmondan ayırdı. Anam uzaqgörən qadındı,dahilər dahisidi. Məktəb oxumayıb, amma ağıllı qadındı. Mənə bayaq deyirsiz ki,yaxşı danışmaq üçün çox kitab oxu. Bəyəm mənim danışığımda çatışmamazlıqgörürsüz?! Sadəcə, emosionalam, bəziləri kimi yalandan özümü göstərib kişiaxtarmıram!
İradəTuncay: Bunun məsələyə nə dəxli var, bəyəm dedim ki, siz kişi axtarırsız?
"Mollaanama dedi ki, qızın falçı olacaqdı, bəstəkar yox!”
ElzaSeyidcahan: Deməyim odur ki, göstərişi sevmirəm. Gözə girmək istəyən qadınlarkimi poza vermirəm. Səmimiyəm, necəyəmsə elə də varam. Bir sözlə, beləcə bəstəkarlığada başladım. Konservatoriyaya girmədən oncə qəribə yuxular görərdim. Piri babakimi Nuranu kişidən yuxuda xahiş edirdim ki, başıma əlini çəksin, mən dəkonservatoriyaya girim. Anam məni mollaya aparırdı. Molla anama dedi ki, o kişibunun başına əl çəksə idi qızın falçı olacaqdı, bəstəkar yox! Sonra anam məniBülbül adına musiqi məktəbinə gətirdi. Orda Niyazi bəstəkar Telman Hacıyevətapşırdı ki, məni yoxlasın. Oxudum, uşaqlar başladı mənə gülməyə, yəqin elə ovaxtdan istedadımı görüb paxıllıq ediblər. Əvvəlcə nəzəriyyə şöbəsinə qəbuloldum, 3-cü kursdan bəstəkarlığa keçdim. Tez ailə həyatı qurduğum üçün bir müddətuzaq düşdüm. Evdə yazırdım mahnılarımı, mənim istedadımdan qorxum evdə qarşımıalırdılar. O "Aygün" filmi var ha! Eyni mənim həyatımdı. İnanın, şöhrətliolmağı heç istəməmişdim. Konservatoriyanı bitirib Sumqayıtda müəllimlik etməkistəyirdim...
ŞəfiqəŞəfa: Bəs necə oldu ki, müğənni oldunuz? Arzulamadığınız halda hardan çıxdı buistək?
"Mahnılarımbir yana,gözəlliyimində onları üstələdiyinibilirdilər”
ElzaSeyidcahan: Mən heç də müğənni olmaq istəməmişdim. Arzum ancaq bəstəkar olmaqidi. Nənəm rəhmətə getməklə, sanki yolumu açdı. Dəfndən gələndən sonrakonservatoriyaya getdim. Bəstələrim vardı. Onları göstərdim. Pis iş görmürdümki, sənətlə məşğul idim. Sonra gördüm ki, istedadı olmayanları hansısa"sponsor"lar irəli çəkdi. Fikirləşdim ki, bu cür adamlara mahnıyazana qədər elə özüm oxuyaram da... Səsim var, oturuşuğum-duruşuğum, xaricigörkəmim yerində, hər nə qədər də sizin dediyiniz kimi "danışığımı bilməsəm"də özümü bilən adamam. İçmirəm, narkotik istifadə etmirəm, qəlyan çəkmirəm, əsl,gül kimi Azərbaycan xanımıyam. Mən bu günə qədər nə geyimimlə, nə dəyaradıcılığımla bir nəfərin də tərbiyəsini pozmamışam. Əksinə, maarifləndirmişəm.Heyvanlara, təbiətə, Ramazan ayına həsr etdiyim konsertlərimlə insanlara nəyisətəbliğ etməyə, aşılamağa çalışmışam. Mənim müəllimlərim, böyük bəstəkarlarkonsertlərimə gəlir, məni başa düşürlər, bəyənirlər. Bəzi müğənnilər var, mənimmahnımı oxuyurdular, amma gözəlliyimdən o qədər qorxurdular ki! Mahnılarım biryana, gözəlliyimin də onları üstələdiyini bilirdilər. Amma layiqli müğənnilər dəvar ki, bunu həmişə dəyərləndiriblər. Brilyant Dadaşova mənə deyirdi ki, səngözəlsən, səhnədə axıra kimi qal ki, qoy sənə görə baxsınlar. Otur pianoarxasında, məni sonadək müşayiət elə. Mən Brilyant xanıma çox borcluyam.Oxudum, dövlətim də mənə dəyər verdi, oldum Əməkdar Artist. Bəstəkarlarİttifaqının üzvü oldum. Böyük bəstəkarlarla işləmişəm, indi də davam edirəm.Anlamayan özü bilər. Ona qalsa Arif Məlikovu, Tofiq Quliyevi, Qara Qarayevi dəvaxtı ilə əziblər. Qara Qarayev deyirdi ki, "xoşbəxtəm ki, məni yeddi nəfərbaşa düşür".
ŞəfiqəŞəfa: Sizi neçə nəfər başa düşür, Elza xanım?
"Heyvanlarlabağlı konserti Avropada görsəydilər mənim alnımdan öpərdilər”
ElzaSeyidcahan: Məni bir nəfər başa düşsün, o elə mənə bəsdi. Bilim ki, o bir nəfərAzərbaycan üçün bayraq qaldıranlardandı. İkiüzlülük eləmir, kimsənin haqqınıyemir. Layiqli adam olsun. Millətini, dövlətini lənətləyən adamların məni başadüşməsini də heç istəmirəm. Mən fikir eləmirəm ki, məni kimsə başa düşəcək, yayox. Mən heyvanlara konsert verəndə o qədər tənqidi şərhlər gəldi ki!Övladlarım, qohumlarım dilə tuturdular ki, bu konsertdən vaz keçim. Bunuanlamadılar, halbuki bu konserti Avropada görsəydilər mənim alnımdan öpərdilər.Ayaqlarını cütləyib o konserti qınayanların gözlərinə soxardılar. Orada heyvanainsandan daha çox qiymət verirlər. Avropada düz də edirlər. İnsan var ki, o qədəryaxşılıq edirsən, çörəyə çatdırırsan, naxələf çıxır, amma heyvan bəsləyirsən,sonadək sadiq qalır. Avropada bir qadın var, deyir ki, "mən eşşəklərinanasıyam". Eşşək dünyanın ən ağıllı heyvanıdı. Təhlükə görəndə dayanır, itələyirsəndə getmir, ta təhlükə aradan qalxanadək. Eşşək öz-özünü təmizləyir, bütün günüinsanlara xidmət eləyir... Məni dilə-dişəsalanlar isə heç o eşşək qədər insanlığa xidməti olmayanlardı. Bir jurnalist soruşmuşdu ki, konsertin ilksıralarında hansı heyvanları oturdacaqsız, dedim meymunları. Çünki Darvinə görəmeymun bizim əcdadımızdı, özüm də meymun ilindənəm. Ona görə də meymunlara hörmətelədim. Camaat konsertə də gəldi, hərəsi əlinə bir meymun da götürdü. Çoxuğurla keçdi. Hələ bir neçə müddət o konsertin ab-havasında çıxa bilmədilər.
İradəTuncay: Yəni prinsipə düşüb elədiz bunu? Siz odu-atəşi bilərəkdən üstünüzəyığırsız.
ElzaSeyidcahan: Təkcə prinsip məsələsi deyil e, İradə xanım. Mən sadəcə anlamayanlabu cür davranıram. Siz bəyəm, sizə qarşı çıxanlara üsyan eləməmisiz? Acığadüşüb dediyinizi etməmisiz?
İradəTuncay: Siz musiqiyə elə istedadlı gəldiniz ki, indi insanlar bunu qəbul eləyəbilmirlər. Şeir sizin zəif yerinizdir. Vurmağa da yeni yer tapılıb... Mən şəxsənsizin şeirlərdən bir-ikisini oxudum, gördüm məni əsəbiləşdirir, daha oxumadım.Bəlkə də yazdığız şeirləri mahnının içində oxusaydız, onların zəifliyi hiss olunmazdı.
ElzaSeyidcahan: Bu yaxınlarda Kazana gedirdim. Elə təyyarədəcə mənim şeirimiqınayanlara cavab yazdım. Mənə mükafat verən adamlar bu şeiri əzbərdən dedilər.
Eh...dəlidilər e vallah!
Nəbilsinlər ki, bir-birimizi
dəlicəsinəsüzürük
Süzübgedirik.
İstəyirikgedək lap uzaqlara
Gedəbilmirik çünki
Bağlıyıqbütün ki
Bugün biz sənə, mənə,
onabağlanmışıq axı!
Bilmirlərki, ondadı hər şey...
Dəlicəsinəölürük biz, sevirik biz
Vəhşicəsinəyanın, qanın, anın...
İradəTuncay: Yox bu şeir deyil...
ElzaSeyidcahan: Mən demirəm ki, bu şeirdi, bu mənim müraciətimdi. Qafiyəyə salınmış"fonovoy" müraciətdi. Mən yazıb bunu səhifəmə atıram. Kim istəyiranlasın, kim də istəyir qınasın. Mənimşeirlərimin nəyi pisdi. Bəlkə içində bir biabırçılıq var?!
İradəTuncay: Əgər buna poeziya demək istəyirsizsə, deyil. Şeirin qaydası var, bəlliölçüsü, forması var... Necə ki, musiqinin bəstələmə qayda-qanunları var!
"Sizlərdanışdıqca mən şeir yazacam”
ElzaSeyidcahan: Məni şeirlərim yox, sizlər şair edirsiz. Sizlər danışdıqca mən şeiryazacam. Hər kəs susanda mən artıq şeir yazmayacam. Mən bu şeirləri özümçünyazıram, kitab çıxarmaq niyyətim yoxdu. Düzdü, çox üstümə gəlsələr, acığa düşübkitab da çıxardaram. Mən öz şeirlərimə Məmməd Araz kimi şairlərin yanındacızma-qara deyə bilərəm. Qalan hallarda isə kimin yazısından əskikdi?! Beləbaxanda mənim cızma-qaralarım çoxlarının şeirindən yaxşıdı.
ŞəfiqəŞəfa: Belə çıxır ki, şeirləri acığa yazırsız?
ElzaSeyidcahan: Sadəcə danışanlara şeirimlə, sənətimlə cavab verirəm. Mənə Yeni AzərbaycanPartiyasından petisiya ilə bağlı zəng vurmuşdular. Dedilər ki, Serj Sarkisyanınhərbi cinayətkarlığı əleyhinə səs toplayırıq. Siz də qoşulun, fanatlarınız var,onları da cəlb edin. Mənim vətənpərvər mahnılarım var, amma yenə də içimdə birkin yığılıb qalmışdı və Sarkisyana etirazımı bu cür yazdım. Mən indi jurnalistlərə,yazarlara da şeir yazmışam. Orda da lazım olanı demişəm, sözü ortaya atmışam,götürən götürəcək. Danışmıram, sözümü belə ifadə edirəm. Bunu etiraf sayırsız,giclik hesab edirsiz, öz işinizdi.
ŞəfiqəŞəfa: Sizin şeirləriniz haqqında ədiblər nə deyirlər. Dəstəkləyənlər varmı?
"Şeirlərimləbağlı ədiblərə əziyyət vermək istəmirəm”
ElzaSeyidcahan: Mən onları niyə narahat edim ki! Şeirlərimlə bağlı ədiblərə əziyyətvermək istəmirəm. Şərh eləmək istəyən özü bilər. Yazıçı Çingiz Abdullayevmüsahibəsində deyir ki, hərdən Allaha məktub yollayır. Mən də yazmışam daAllaha məktub, mən eləyəndə niyə söz olur? Mən istəmirəm bu qədər gündəmə gəlim.Çünki gündəmə gələndə hər sözümü, hərəkətimi söz edib bəzəyirlər. Evimdənarazıçılıq olur. Halbuki bilirəm pis-yaxşı nədi. Sənətimlə, işimlə məşğulam.Beyons, Madonna kimi səhnəyə çılpaq çıxmıram ki!
ŞəfiqəŞəfa: Amma siz bir dəfə demisiz ki, lazım gəlsə, sizin ideyalarınıza uyğunolsa, səhnəyə çılpaq da çıxa bilərsiz...
ElzaSeyidcahan: Hə, çılpaqlıq orda bir sənət nümunəsi olsa, çıxaram. Yoxsa rejissoröz mənfəətləri üçün bunu istədi deyə, soyunmaram. Mən də az bilmirəm e... Yerigələndə rejissordan çox bilirəm. BuHollivud ulduzlarından danışırıq amma, yeri gələndə çox şeyi onlardan qabaq eləmişəm.Mənim dəmir sancaqlı saç düzümümə baxın! Rihanna məndən sonra bunu edib. AygünKazımova İnstagramda yazır ki, Rihanna onu təkrarlayıb. Xəbəri yoxdu ki, mən 2il öncə ikisini də qabaqlamışam. Bəhsə girib çimərlik paltarında çıxaram, görərlərki, Cennifer Lopes də mənim yanımda heç nədi, Beyons da! Səhnə də elə rəqs edibşou göstərərəm ki! Ledi Qaqanı gördüz də, necə şou göstərdi. Səhnədəsoyunub-geyindi. Geri çevriləndə ağzında uşaq əmziyi vardı, yəni özünü bir körpəkimi təqdim elədi, səhnə yaratdı. Amerikanın nüfuzunu qaldırdı. Heç ElvisPreslinin vaxtında Amerika şou-biznesinin belə hörməti yox idi.
ŞəfiqəŞəfa: Yeri, gəmişkən bu stil ideyalarını sizə kim verir, özünüz fikirləşirsiz?
ElzaSeyidcahan: Mənim ruhuma yaxın olan insanlar! Bir neçə belə stilistlər var ki,onların işini mən qəbul edirəm, bəyənirəm. Onlar da mənə məsləhət verir. Ammaçox şeyi mən onlara deyirəm ki, nəyi nə cür eləsinlər. Məsələn, bu dəmirsancaqlı saçımla bir ay bütün konsert və tədbirlərə getdim. Layihənin də adınıqoydum "İron Rose" (Dəmir qızılgül). Çox maraq oyatdı. Paxıllığımı çəkibgözü götürməyənlər əlbəttə ki, ona da ağız büzdülər. Amma sevənlərim dəstəklədi.Məni o qədər təmiz qəlblə sevənlər var ki... Hətta uzun illərdir ki, sevməkdədavam edirlər. Bu dəqiqə istəsəm, mənlə evlənən olar. Hətta elə bir insan var ki, deyir "sənqocalanda, heç kimə lazım olmayanda gəlibsəni alacam. Mənim məhəbbətimin saf olduğunu görəcəksən".
ŞəfiqəŞəfa: Yeri gəlmişkən, ailə qurmaq haqqında düşünürsüzmü? Artıq oğlunuzu evləndirib,qızınızı da nişanlamısız. Özünüz haqqında düşünməyin vaxtı deyilmi?
ElzaSeyidcahan: Qızımı da ərə verim, görsəm ki, mənə qarşı həqiqi hiss bəsləyənlayiqli adam var, niyə də olmasın. İslamda da deyilir ki, qadın təkolmamalıdır. Həyatda mənə dost, sirdaş ola biləcək adam olarsa, düşünərəm bubarədə. Amma hələ ki evlənməyi əsas plan kimi qarşıma qoymamışam. Sənətim başımı elə qarışdırır ki, bunaehtiyacım yoxdur. Sənətim məni yedirir, geydirir, bütün hissləri yaşadır,ehtiraslandırır, qoruyur. Qazandırdıqlarını başıma çırpmır. Kişi pul verir,deyir otur evdə, sənətim pul verib deyir gəz dünyanı! Bir sözlə, ən gözəl kişimənim sənətimdi.
ŞəfiqəŞƏFA,
SübhanMAHMUDLU
Digər Xəbərlər

"Mən televiziyaya çıxmaq üçün işləmirəm" - Qurban Qurbanovla söhbət

Aqil Abbas: Zəngəzur dəhlizi ya açılacaq, ya da açılacaq... - MÜSAHİBƏ
jpg-1749573902.jpg)
Ən uğurlu döyüş, ən kədərli gün: Komandirin silahdaşları danışır

Aqil Abbas: "Deputat qazandığının hamısını evə apara bilmir" - MÜSAHİBƏ
jpg-1718088931.jpg)
"Seyid Cəfər Pişəvərinin qatilləri DTK, sürücü Karnik Melixyan və cərrah Əsriyan..." - MÜSAHİBƏ

Asəf Quliyev yeni filmin çəkilişlərinə hazırlaşır

Mutizmli uşaqların ünsiyyət bacarıqları ailə mühitindən asılıdırmı?- Psixoloqdan açıqlama
