Ən uğurlu evlilik yaşı məlum olub

Deyəsənalimlər də falçılığa başlayıblar. Tədqiqatlar bir yana, rəqəmlərin magiyasınısaf-çürük edib, evlənmək üçün uğurlu yaşı tapıblar. Adalet.az Rusiya mətbuatınaistinadən xəbər verir ki, alimlər ən uğurlu nikah yaşının 37 olduğunu iddiaedirlər. Üstəlik, bu hər iki cins üçün uğurlu yaşdır. Amma bu iddianın maraqlıtərəfi də var ki, 37 yaşa qədər də 37 faiz əks cinsə imtina etməlisən, yoxsa izdivacbaş tutmaz. İndi gəl baş aç ki, bu "başbilənlər” nə deyir... Ən əsası – 37 faiz, neçə aşiq edir, görəsən?
Güman ki,alimlər 7 rəqəminin müəmmasının təsirinə düşüblər. Amma unudublar ki, 7 rəqəmimüqəddəs sayılsa da, çoxluğu uğur gətirmir. Düzdür, antik yunanlar insan həyatınınən uyğun mərhələ adlayışlarını 7 rəqəmi ilə əlaqələndirirdilər: "İnsan 7 yaşdatəhsilə başlamalı, 17 də bitirib, müstəqil bilik genişləndirilməsini seçməli,27 yaşında öz işini qurmalı, 37 yaşda evlənməli, 47 yaşında uzun müdriklikyoluna qədəm qoymalıdır. Xoş o insanın halına ki, 77 yaşında da ömrünü başavuracaq”.
Bununlayanaşı alimlər babalı da boyunlarından atırlar. Deyirlər ki, işdi-şayət 37 yaşaqədər yaxşı qismət çıxsa, əldən verməyin, yoxsa ömrünüzü damdabaca ilə başavurmalı olacaqsınız.
Şəfiqə ŞƏFA
Digər Xəbərlər

3 məşhur öncəgörəndən 2025-ci il üçün dəhşətli PROQNOZ

Dünya okeanı qaralmağa başlayıb - Alimlərdən həyəcan təbili
jpg-1748332056.jpg)
Dünyanın 2-ci böyük qülləsi tikilir:“Bürc Xəlifə”dən sonra “Axmat Tower”
jpg-1716797106.jpg)