"Ərazilərimizdəki 10 mindən yuxarı erməni silahlısı tərksilah edilməlidir" - Nazir
Bu gün xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən irəli sürülmüş sülh təkliflərinə, bölgədə münasibətlərin normallaşmasına xidmət edən təşəbbüslərə baxmayaraq, Ermənistan rəhbərliyinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı davam etdirdiyi hərbi-siyasi təxribatların bu səylərə zərbə vurduğunu diqqətə çatdırıb.
Ermənistan Baş naziri Nikol Paşinyanın 2 Sentyabr tarixində qondarma rejimə ünvanladığı təbrikin onun tərəfindən Qarabağ bölgəsi daxil Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsi barədə bəyanatlarla tam ziddiyyət təşkil etdiyini vurğulayıb. Bununla yanaşı, Ermənistanın yaratdığı qondarma rejimin “seçki” adı altında qanunsuz fəaliyyətinin pislənməsinin əhəmiyyəti qeyd edilib. Bölgədə ən böyük təhdidin 10 mindən yuxarı erməni silahlı qüvvələri olduğu xatılanıb, onların ərazilərimizdən çıxarılmasının və tərksilah edilməsinin zəruri olduğu bildirilib.
Digər Xəbərlər
23 Sentyabr 2026 10:40
“Qafqazda qədim olan nə varsa, hamısı bizimdir”
23 Sentyabr 2026 10:39
“Kreml belə bir addım atarsa, bu müharibənin daha geniş məkana yayılmasına...”
23 Sentyabr 2026 10:35
Qriqoryan İrəvana niyə gec qayıdıb?
23 Sentyabr 2026 10:22
Prezident daha bir dövlət proqramını təsdiqlədi
23 Sentyabr 2026 09:36
Azərbaycan qazının Bolqarıstana tədarükü genişləndirilə bilər
23 Sentyabr 2026 00:05
Ceyhun Bayramov BMT rəsmisi ilə müzakirə apardı
22 Sentyabr 2026 23:57
Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü - YENİLƏNİB
22 Sentyabr 2026 23:53


Bakı -°C

