Türkiyə Prezidentinin təyyarəsi Laçına eniş etdi - YENİLƏNİB + VİDEO

Bu gün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına səfərə gəlib.
Adalet.az xəbər verir ki, Laçın Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qeyd edək ki, bu gün Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvəsinin II iclası keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək.
***
10:00
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədən Azərbaycanın Laçın şəhərinə yola düşüb.
Adalet.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Bildirilib ki, Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Şahbaz Şəriflə Laçın Beynəlxalq Hava Limanının açılışında iştirak edəcək.
Digər Xəbərlər

Rövşən Rzayev İsmayıllıda qəbul keçirdi - FOTOLAR

"Ermənilər qadağan olunmuş mərmilərdən istifadə edirdilər" - Aprel döyüşlərində yaralanmış hərbçi

Prezident BƏƏ-nin iş adamlarını qəbul edib - FOTOLAR

Azərbaycan Ordusu "Smerç”dən atışlar icra etdi - VİDEO

Laçında Prezidentin kövrəldiyi anlar- VİDEO

Pəncərə şüşəsini daşla vurub sındırır, sonra ordumuzu günahlandırırlar: Erməni məntiqi

Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilib - YENİLƏNİB + FOTOLAR
