20 Iyul 2024 16:14
77
SİYASƏT

Ərdoğan: "Qardaşım Əliyevə təşəkkür edirəm"

"Nə biz "oldu, bitdi"lərə icazə verəcəyik, nə də Kipr türk xalqı təhdidlərə boyun əyəcək". 

Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Əməliyyatının 50-ci ildönümü ilə bağlı Lefkoşada keçirilən tədbirdə deyib.

"Adanın qədim və əsl ünsürü Kipr türklərinin yox sayılması mümkün deyil. ŞKTR-nin tanınması, iki dövlətli çözümün həyata keçirilməsinə yönəlmiş səylərimizi qərarlı şəkildə davam etdiririk. Şuşada təşkil edilən TDT-nin qeyri-rəsmi zirvəsində Prezident Ərsin Tatarın iştirakı buna misaldır. Bu prosesdə göstərdiyi mətanətə görə Azərbaycan Prezidenti qardaşım Əliyevə bir daha təşəkkür etmək istəyirəm", - deyə Ərdoğan vurğulayıb.