20 Iyul 2024 18:20
75
DÜNYA

Pakistan bu qırıcılarını nüvə silahı ilə təchiz edir

Pakistan JF-17 döyüş təyyarələrini nüvə silahı daşıya bilən qanadlı raketlərlə təchiz etmək prosesindədir.

Adalet.az xəbər verir ki, bununla bağlı “Millitari” Teleqram kanalı məlumat paylaşıb.

Bildirilir ki, 2003-cü ildən bəri Çinlə birgə layihə olan bu təyyarələr “Raad” raketləri ilə təchiz oluna bilər.

“Bu yaxınlarda çəkilmiş bir fotoşəkildə “Raad I” raketi daşıyan JF-17 döyüş təyyarəsi göstərilir ki, bu da sözügedən qırıcıların tezliklə bu raketlərlə təchiz olunacağına dair ehtimalları təsdiqləyir. “Raad”ın təxmini uçuş məsafəsi 350 km-dən çoxdur”, - deyə kanal qeyd edib.