20 Iyul 2024 13:45
94
DÜNYA

Kiprdə sülh üçün uzadılan əli… -Ərdoğan

50 il əvvəl qəhrəman mehmetciklər Kipr türkünün istiqlalına vurulması istənilən xənzəri söküb atmaq üçün tarixi addım atdı. O gün bütün dünyaya Kipr türkünün tək olmadığını və heç vaxt tək qalmayacağını göstərdik.

Adalet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kipr Sülh Əməliyyatının 50-ci ildönümü ilə bağlı Lefkoşada keçirilən tədbirdə deyib.

O bildirib ki, Türkiyə sülh üçün müzakirələrə açıqdır:

“Adadakı gerçəkləri görməzdən gələrək heç bir yerə varmaq mümkün deyil. Kiprdə federal bir həllin mümkün olmadığına inanırıq. Bu günə qədər çözümü səmimiyyətlə istəyən, bunun üçün fədakarlıq edən, riski gözə alan, iradə sərgiləyən tərəf Kipr türkü və Türkiyə olub. Biz müzakirəyə, Kiprdə daimi sülh və problemin həllini təmin etməyə hazırıq. Çözüm yolunda uzadılan heç bir əli isə havada qoymarıq”.