20 Iyul 2024 16:00
72
DÜNYA

Trampı vuran şəxs qətliam törətmək istəyib

İyulun 13-də seçki kampaniyası zamanı ABŞ-nin keçmiş prezidenti Donald Trampı sui-qəsd təşkil edən Tomas Metyu Kruks əldəqayırma bombalardan istifadə edərək qətliam törətməyi planlaşdırırmış.

Adalet.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb. 

Qəzetin yazdığına görə, bir neçə aydır ki, gənc ev ünvanında təhlükəli maddələr olan bağlamalar alıb. O, həmçinin Trampın seçki kampaniyasında çıxış tarixlərini də izləyib. Hadisə yerində təhlükəsizlik qüvvələri uzaqdan qoruyuculu iki əldəqayırma bomba, gülləkeçirməz jilet və 30 ədəd patronla birlikdə 3 jurnal tapıblar.

Bundan əlavə, Krooks ötən ilin avqustunda Demokrat Partiyasının qurultayı və ABŞ-ın hazırkı prezidenti Co Bayden haqqında məlumat üçün İnternetdə axtarış edib. 

İyulun 13-də Pensilvaniyada mitinq zamanı Donald Trampa sui-qəsd edilib. Siyasətçiyə bir neçə dəfə atəş açılıb, bundan sonra qulağı qanlı halda səhnədən görüntülənib və xəstəxanaya yerləşdirilib. Müalicə aldıqdan sonra Tramp xəstəxanadan buraxılıb.