20 Iyul 2024 15:18
70
DÜNYA

Qəzza zolağında ölənlərin sayı açıqlandı

Qəzza zolağında İsrail Müdafiə Qüvvələrinin (IDF) hərəkətləri nəticəsində həlak olan fələstinlilərin sayı 2023-cü ilin oktyabr ayından indiyədək 38,9 min nəfəri keçib

Adalet.az xəbər verir ki, bu barədə anklavın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Ötən il oktyabrın 7-dən bəri İsrailin hücumu nəticəsində ölənlərin sayı 38 919 nəfərə çatıb", - deyə məlumatda bildirilir.

Səhiyyə Nazirliyinin məlumatına görə, bu müddət ərzində daha 89 622 fələstinli yaralanıb.