20 Iyul 2024 17:49
72
DÜNYA

13-cü mərtəbədən yıxılan qız sağ qaldı

Novosibirskdə 22 yaşlı qız 13-cü mərtəbənin pəncərəsindən yıxılıb.

Adalet.az xəbər verir ki, bu barədə “Maş” (Mash) Teleqram kanalı məlumat yayıb.

“O, 13-cü mərtəbədəki pəncərədən yıxılaraq, qazona düşüb və sakitcə oturub, daha sonra təcili yardımla xəstəxanaya gedib”, - məlumatda bildirilib.

Onun vəziyyəti haqda detallar açıqlanmayıb.