20 Iyul 2024 20:11
70
HADİSƏ

Bakıda mənzildə meyit tapıldı

Bakıda mənzildə meyit tapılıb.

Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.