Erməni nazir: Müstəqillik bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılması müzakirə edilmir

Ermənistanın yeni Konstitusiyasının mətni 10 ay sonra hazır olacaq.
Adalet.az Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ədliyyə naziri Srbui Qalyan jurnalistlərə açıqlamasında bildirib.
Ədliyyə naziri deyib ki, sənəd hazırlanma mərhələsindədir, müxtəlif variantlar müzakirə olunur.
Srbui Qalyan Baş nazir Nikol Paşinyanın son bəyanatına da toxunub. Belə ki, nazir vurğulayıb ki, Müstəqillik bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılması məsələsi müzakirə edilməyib.
Qeyd edək ki, Paşinyan bir müddət əvvəl bildirib ki, yeni Konstitusiyanın mətnində Müstəqillik bəyannaməsinə istinad olmamalıdır.
Xatırladaq ki, Müstəqillik bəyannaməsində Azərbaycana qarşı ərazi iddiaları yer alır. Müstəqillik bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna kəskin etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.
Digər Xəbərlər

Pakistanın müdafiə naziri: Hindistanla gərginlik nüvə müharibəsinə səbəb ola bilər

Ukrayna PUA-ları Rusiyanın əsas müdafiə zavodlarına hücum edib

Suriya lideri Fransada
