Ukrayna PUA-ları Rusiyanın əsas müdafiə zavodlarına hücum edib

Ukrayna Təhlükəsizlik Xidmətinin uzaqmənzilli pilotsuz uçuş aparatları mayın 7-nə keçən gecə Rusiyanın arxa cəbhəsindəki iki hərbi-sənaye kompleksi zavodunu – “Bazalt” və “Splav”ı vurub.
Adalet.az xəbər verir ki, bu barədə “RBK-Ukrayna” mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrin bildirdyinə görə, “Bazalt” Rusiya Federasiyasının əsas müdafiə müəssisəsidir və Rusiya ordusunun bütün qolları üçün silah və sursat istehsal edir. O, Moskva vilayətindəki Krasnoarmeysk şəhərində yerləşir.
“Splav” isə Rusiyada yaylım atəşi raket sistemləri və patronları layihələndirən və istehsal edən yeganə müəssisədir. O, Tula şəhərində yerləşir. PUA-ların zərbələrindən sonra müəssisənin ərazisində güclü yanğın baş verib.
Digər Xəbərlər

Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi

Vatikanda yeni Papa seçilmədi...

Hindistanda helikopter qəzaya uğradı - Ölənlər var

Rusiya üç günlük hərbi əməliyyatları DAYANDIRDI

Pakistanın müdafiə naziri: Hindistanla gərginlik nüvə müharibəsinə səbəb ola bilər

Suriya lideri Fransada

Erməni nazir: Müstəqillik bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılması müzakirə edilmir
