Pakistanın müdafiə naziri: Hindistanla gərginlik nüvə müharibəsinə səbəb ola bilər

Hindistan və Pakistan arasında gərginliyin artması nüvə müharibəsinə səbəb ola bilər.
Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistanın müdafiə naziri Havaca Asif “Geo News” telekanalına açıqlamasında bildirib.
“Əgər onlar (Hindistan hökuməti - red.) regionu total müharibə meydanına çevirsələr və təhlükəsizlik təhdidi yaranarsa, o zaman hər an nüvə müharibəsi başlaya bilər”, - o deyib.
Asif vurğulayıb ki, Yeni Dehli hökuməti Pakistanı nüvə müharibəsinə sövq edərsə, Hindistan bunun yaratdığı nəticələrlə üzləşməli olacaq.
Qeyd edək ki, Hindistan aprelin 22-də Pahalqam bölgəsində 26 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab olaraq mayın 6-da Pakistan ərazisinə və Azad Kəşmir bölgəsinə raket zərbələri endirib. İslamabad hökuməti hücumlar nəticəsində 6 mülki obyektin vurulduğunu və 26 nəfərin öldüyünü bildirib.
Digər Xəbərlər

Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi

Vatikanda yeni Papa seçilmədi...

Hindistanda helikopter qəzaya uğradı - Ölənlər var

Rusiya üç günlük hərbi əməliyyatları DAYANDIRDI

Ukrayna PUA-ları Rusiyanın əsas müdafiə zavodlarına hücum edib

Suriya lideri Fransada

Erməni nazir: Müstəqillik bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılması müzakirə edilmir
