Zelenski: Rusiyanın hücumu nəticəsində 2 ölü, 7 yaralı var

Rusiyanın Ukraynaya gecə saatlarında hücumu nəticəsində 2 nəfər həlak olub, yeddi nəfər yaralanıb, onlardan dördü uşaqdır.
Adalet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, ötən gecə Rusiya hərbçiləri Ukrayna ərazisinə 4 ballistik raket və 142 dron atıb.
"Bu vaxta qədər 7 yaralı barədə məlumat var, onlardan 4-ü uşaqdır. Təəssüf ki, həlak olanlar var – onlar bir qadın və onun oğludur", - V.Zelenski yazıb.
Qeyd olunub ki, mayın 6-sı axşam saatlarından Zaporojye, Donetsk, Jitomir, Xerson və Dnepr vilayətlərinə çoxlu sayda zərbələr endirilib.
Digər Xəbərlər

Tramp terrorçulardan daha təhlükəlidir

Zelenskidən Ukrayna xalqına MÜRACİƏT: Həyat həmişə geri qayıdır

Ərdoğan: PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək
jpg-1746698458.jpg)